İstirahət zonalarında 9 oğurluq - 6 nəfər saxlanıldı .....                        Sumqayıtda binada yanğın - Xəsarət alan var .....                        İsrail Qəzzanı tam ələ keçirməlidir - Nazir .....                        Tokayev və Quterreş Almatıda - BMT-nin islahatı müzakirə edildi .....                        Elçin Əfəndiyevin dəfn yeri AÇIQLANDI .....                        720 namizəd dövlət qulluğu üzrə imtahan verdi .....                        İsti hava avqustun 8-dək davam edəcək .....                        Rusiyada daşqın - Küçələri su basdı .....                        Fransadan HAMAS-a çağırış - SİLAHI YERƏ QOYUN .....                       
Bu gün, 15:44
İstirahət zonalarında 9 oğurluq - 6 nəfər saxlanıldı


İstirahət zonalarında 9 oğurluq - 6 nəfər saxlanıldı

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən bu ərazilərdə fasiləsiz polis xidməti təşkil olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyi ilə yanaşı, xüsusilə də mülkiyyət toxunulmazlığının təmin olunması məqsədilə polis əməkdaşları həm rəsmi geyimdə, həm də mülki formada aşkar və gizli şəkildə xidmət aparırlar.
Səbail rayonu ərazisində qeydə alınan 9 oğurluq faktı üzrə 5 nəfər, Sabunçu rayonunda 3 avtomobildən oğurluq faktı üzrə 1 nəfər saxlanılıb.
Tədbirlərlə nəzarətsiz qaldığına görə oğurlanan əşyalar — çantalar, qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə pul vəsaitləri, şüşələri açıq qalan avtomobillərdən talanan digər qiymətli əşyaların zərərçəkən şəxslərə qaytarılması təmin olunub.
Bununla yanaşı, Xəzər, Sabunçu, Sumqayıt, Lənkəran, Xaçmaz şəhər və rayonlarının sahilboyu istirahət zonalarında nəzarətdən yayınan 87 uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.
Polis əməkdaşları ölkə üzrə bütün istirahət zonalarında təhlükəsizliyin təmin olunması məqsədilə xidmətlərini davam etdirirlər.
Bu gün, 15:35
Sumqayıtda binada yanğın - Xəsarət alan var


Sumqayıtda binada yanğın - Xəsarət alan var

FHN-in "112" qaynar xəttinə Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən təsərrüfat malları satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 300 m2 olan mağazada metal qablarda yığılmış boyalar 120 m2 sahədə yanıb, həmçinin binanın zirzəmisində və mağazanın qarşısında dayanan vətəndaşlara məxsus 2 ədəd minik avtomobilinin ön hissəsi yüksək temperaturun təsirindən əriyib. 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Mağazanın qalan hissəsi, bitişik obyektlər və mənzillər yanğından mühafizə olunub.

Bu gün, 15:26
İsrail Qəzzanı tam ələ keçirməlidir - Nazir


İsrail Qəzzanı tam ələ keçirməlidir - Nazir

İsrail Qəzzanı tam ələ keçirməlidir.
Bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə çıxışında deyib.
“Biz bir siqnal göndərməliyik: bütün Qəzzanı ələ keçirməli, İsrailin bütün zolaq üzərində suverenliyini elan etməli, HƏMAS-ın hər bir üzvünü məhv etməli və fələstinlilərin Qəzzadan könüllü mühacirətinə yardım etməliyik. Bu, girovları geri qaytarmağın və müharibədə qalib gəlməyin yeganə yoludur”, - nazir bildirib.
Bu gün, 15:15
Tokayev və Quterreş Almatıda - BMT-nin islahatı müzakirə edildi


Tokayev və Quterreş Almatıda - BMT-nin islahatı müzakirə edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Almatıda səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş Mərkəzi Asiyada ilk Dayanıqlı İnkişaf Məqsədləri Mərkəzini ziyarət ediblər.
Görüşdə Tokayev mərkəzin açılışında göstərdiyi dəstəyə görə qonağa minnətdarlığını bildirib.
"Mən sizin UN80 adlı vaxtında və uzaqgörən təşəbbüsünüzü də yüksək qiymətləndirirəm. Qazaxıstan BMT-də islahatlar aparmaq səylərinizi tam dəstəkləyir", - Tokayev deyib.
O, Qazaxıstanın BMT-nin fundamental prinsiplərinə çoxtərəflilik, diplomatiya və əməkdaşlığa sarsılmaz sadiqliyini bir daha təsdiqləyib.
A.Quterreş Qazaxıstanın beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və davamlı inkişaf məqsədlərinin təşviqinə verdiyi töhfəni qeyd edib:

Bu gün, 14:50
Elçin Əfəndiyevin dəfn yeri AÇIQLANDI


Elçin Əfəndiyevin dəfn yeri AÇIQLANDI

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer məlum olub.
Bu barədə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Elçin Əfəndiyev Birinci Fəxri Xiyabanda dəfn ediləcək.
“Dəfn mərasimi ilə bağlı bütün məsələlər dövlət səviyyəsində təşkil olunur. Elçin müəllimin Birinci Fəxri Xiyabanda dəfn ediləcəyi artıq qərara alınıb. Dəqiq vaxt və mərasimlə bağlı digər təfərrüatlar isə rəsmi şəkildə yaxın zamanda ictimaiyyətə açıqlanacaq”, – deyə Çingiz Abdullayev bildirib.
Qeyd edək ki, Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən yazıçılardan biri olub. O, həmçinin uzun illər dövlət vəzifələrində çalışıb, mədəniyyət və siyasət sahəsində mühüm xidmətlər göstərib. Bu gün 82 yaşında dünyasını dəyişib.
Bu gün, 14:32
720 namizəd dövlət qulluğu üzrə imtahan verdi


720 namizəd dövlət qulluğu üzrə imtahan verdi

Dövlət İmtahan Mərkəzi 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.
Bu barədə DİM-dən bildirilib.
Dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlanıb. İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 720 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 11 nəfər, BB2 altqrupu üzrə 16 nəfər, BB3 altqrupu üzrə 42 nəfər, BB4 altqrupu üzrə 65 nəfər olmaqla, ümumilikdə 134 namizəd uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan isə saat 16:00-da başlanacaq.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4 – 6 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
Bu gün, 14:17
İsti hava avqustun 8-dək davam edəcək


İsti hava avqustun 8-dək davam edəcək

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da 35-40, bəzi yerlərdə isə 41 dərəcəyədək isti olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Abşeron yarımadasında, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.
Bu gün, 14:03
Rusiyada daşqın - Küçələri su basdı


Rusiyada daşqın - Küçələri su basdı

Rusiyanın Krasnodar diyarında daşqın olub, suya düşənlər xilas edilib.
Krasnodar diyarında yağan güclü yağışlar nəticəsində Defan çayının səviyyəsi kəskin qalxıb.
Tuapsinsk rayonunda vəziyyət ağır olaraq qalır. Bu gün səhər Dəfanovka kəndində körpüdən keçən 4 nəfər güclü axın ilə əlaqədar ağaca dırmaşaraq sağ qalmağı bacarıb və onlar xilasedicilər tərəfindən xilas olunublar.
Bu kənddə içərisində 25 nəfər olan sərnişin avtobusu da körpüdən çaya düşüb. “Kuban-SPAS” xilasedicilərinin operativ müdaxiləsi nəticəsində bütün sərnişinlər xilas edilib.
Olqinka da həyəcan siqnalları verilib. Tu və Kabak çaylarının səviyyəsi kəskin qalxıb. Moldovanovkada küçələri su basıb. Lermontovo kəndində isə qəzalı vəziyyətdə olan körpü tamamilə dağılıb.
Moldovan keçidində sürüşmə səbəbindən nəqliyyat hərəkəti müvəqqəti dayandırılıb, Cübqa yaxınlığında isə əks istiqamətli hərəkət rejimi tətbiq olunub. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, hazırda təhlükəli bölgələrdən uşaq turist qrupları təxliyə olunur.
Bu gün, 13:40
Fransadan HAMAS-a çağırış - SİLAHI YERƏ QOYUN


Fransadan HAMAS-a çağırış - SİLAHI YERƏ QOYUN

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro HAMAS-ı tərksilah olmağa çağırıb.
Jan-Noel Barro bu barədə X-da paylaşım edib.
Fransa XİN başçısı bildirib ki, HAMAS israilli girovları hər hansı şərt irəli sürmədən azad etməli, tərksilah olmalı və Qəzzanın idarə edilməsindən kənarlaşdırılmalıdır.
Jan-Noel Barro Qəzza sakinlərinə böyük həcmdən humanitar yardım göstərilməsinə də çağırış edib.

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!