Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
18-08-2025, 18:05
Şəhidlərə hörmətsizlik edən əcnəbilər HƏBS OLUNDU


Şəhidlərə hörmətsizlik edən əcnəbilər HƏBS OLUNDU

Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edən əcnəbilərlə bağlı məhkəmə qərarı çıxarılıb.
Səbail Rayon Məhkəməsində Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Nəticədə həmin şəxslər haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar üç nəfərdi.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Hər 3 şəxs stintaqa cəlb edilib.

***

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
18-08-2025, 17:47
Bakının bu hissəsində nəqliyyatın hərəkəti 10 gün dayandırılır


Bakının bu hissəsində nəqliyyatın hərəkəti 10 gün dayandırılır

Bu gündən etibarən Bakının bir hissəsində 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYNA) məlumat yayıb.
Belə ki, 18 avqust saat 22:00-dan etibarən etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur",- deyə qeyd edilib.
18-08-2025, 17:36
Bu gün böyük gündür - TRAMP


Bu gün böyük gündür - TRAMP

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək görüş barədə hisslərini bölüşüb.
O, bugünkü günü “böyük gün” adlandırıb və heç vaxt bu qədər Avropa liderinin eyni vaxtda Ağ Evə toplaşmadığını deyib.
“Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik”- Tramp qeyd edib.
Xatırladaq ki, bu gün Ağ Evdə ABŞ prezidenti, Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.
18-08-2025, 17:30
Ağdamlılara şad xəbər! - Böyük qayıdış başlayır


Ağdamlılara şad xəbər! - Böyük qayıdış başlayır

Bu ilin sonuna kimi işğaldan azad edilmiş Ağdam şəhərinin mərkəzinə keçmiş məcburi köçkünlərin köçü gözlənilir.
Bunu Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas bildirib.
“Artıq Ağdamın 3 kəndinə əhali köçüb. Ağdam şəhərinə də əhalinin köçü bu ilin sonuna kimi gözlənilir", - o qeyd edib.
Deputat bildirib ki, ona şəhərdən ev verilməsi ilə bağlı müvafiq qurumlara müraciət edib.
"Hələlik mənim müraciətimə cavab verilməyib”, - deputat əlabə edib.
Qeyd edək ki, artıq Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə keçmiş məcburi köçkünləri köçü baş tutub.



18-08-2025, 17:03
Avropa panikada: Zelenski ‘‘xilasedicilər dəstəsi’’ ilə Ağ Evə yürüşə başladı


Avropa panikada: Zelenski ‘‘xilasedicilər dəstəsi’’ ilə Ağ Evə yürüşə başladı

Bu gün Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüş bütün dünyanın diqqət mərkəzindədir. Bəzi ekspertlər bu görüşü Alyaskada keçirilən Tramp-Putin sammitindən vacib hesab edir.
Görüşün gündəliyində Rusiya-Ukrayna müharibəsinin gələcəyi, təhlükəsizlik zəmanətləri və atəşkəs var. Tramp son açıqlamalarında atəşkəs deyil, məhz sülh müqaviləsi istədiyini bildirib. Bu isə Moskvanın torpaq tələblərinin yenidən gündəmə gətirilə biləcəyi barədə narahatlıqları gücləndirib.
Dünya mediası yazır ki, Zelenski əvvəlki təcrübələrdən fərqli olaraq, bu dəfə “təklənməmək” üçün Vaşinqtona yalnız getmir.
Qeyd edək ki, Ağ Evdə Trampla Zelenski arasında keçirilən sonra görüş qalmaqalla yadda qalıb. Tramp və vitse-prezident Cey Di Vens Zelenskiyə sərt tənqidlər yönəldib, görüş gərgin ab-havada nəticəsiz başa çatıb.
ABŞ mediası qeyd edir ki, Zelenskiyə dəstək məqsədilə Avropanın bir sıra dövlət başçıları və hökumət nümayəndələri də Vaşinqtona yollanır. Onlar Ukraynanın mövqeyinin zəifləməsinə yol verməmək üçün Zelenski ilə birlikdə Ağ Evdə olacaqlar. Avropalı diplomatlardan biri qeyd edib ki, belə səviyyədə “təcili diplomatik səfər” son dəfə İraq müharibəsi öncəsi müşahidə olunub. Bu səfər Qərb paytaxtlarında mövcud panikanın və Tramp-Putin yaxınlaşmasından doğan qorxuların göstəricisidir.
Fransız mətbuatı isə xatırladır ki, Zelenski artıq bir dəfə Ağ Evdə fiasko ilə üzləşib. Tramp onu açıq şəkildə zəif mövqedə olan lider kimi göstərmişdi. İndi isə vəziyyət daha mürəkkəbdir. Çünki Tramp artıq Putinin irəli sürdüyü “ümumi sülh sazişi”ndən danışır. Bu sazişdə Rusiya öz mövqeyini möhkəmləndirə bilər, halbuki Zelenski yalnız müvəqqəti atəşkəs və müdafiə təminatları istəyir. "Le Figaro" yazır ki, Zelenski bu dəfə Ağ Evdə öz səsini eşitdirmək üçün çox ağır mübarizə aparmalı olacaq.
Britaniyanın "The Independent" nəşri xəbərdarlıq edir ki, Zelenski bu dəfə də Ağ Evdə “pusquya” düşə bilər. Məqalədə qeyd olunur ki, Trampın üslubu çox sərtdir və o, tez-tez danışıqları şəxsi üstünlüyünü nümayiş etdirmək üçün alətə çevirir. "Zelenski Oval kabinetdə özünü “məktəb həyətində tək qoyulmuş uşaq kimi” hiss edə bilər, çünki Trampın Putinə güzəşt etməsi ehtimalı hələ də realdır", - nəşr qeyd edib.
Avropa mediası isə diqqəti başqa məqama yönəldir: Zelenski tək deyil. "Politico" yazır ki, Avropa liderləri Vaşinqtonda Ukrayna prezidenti ilə yanaşı masaya oturmaqla Trampın Rusiyanın torpaq tələblərinə razılıq verməsinin qarşısını almaq istəyirlər. Xüsusən də Avropa üçün bu görüş “sülh prosesinin taleyini müəyyənləşdirə biləcək” mərhələ sayılır. Nəşr qeyd edir ki, fevral ayında baş tutan Zelenski–Tramp görüşünün uğursuz nəticələri danışıqları bir neçə ay geriyə salmışdı. Avropa indi eyni səhvin təkrarlanmamasına çalışır.
"The Economist" isə xəbərdarlıq edir ki, “Tramp–Putin paktı” ehtimalı hələ də gündəmdədir. Nəşrin analitikləri bildirirlər ki, Tramp müharibəni özünün “tarixi diplomatik qələbəsi” kimi təqdim etmək üçün Zelenskiyə böyük təzyiq göstərə bilər. Bu isə Avropanı və Ukraynanı çox çətin seçim qarşısında qoyacaq: ya Rusiyanın istədiyi güzəştlərə getmək, ya da ABŞ-ın dəstəyini itirmək. The Economist yazır ki, hazırda Avropa üçün təhlükə ən yüksək həddədir və Zelenskinin hər bir addımı tarixi nəticələr doğura bilər.
Zelenskinin Ağ Evdəki görüşü sadəcə ikitərəfli danışıqlar deyil, həm də Qərbin Ukrayna məsələsində birliyinin sınağıdır. Bir tərəfdə Putinin “böyük sazişi”, digər tərəfdə isə Avropanın panik içindəki dəstəyi dayanır. İndi əsas sual budur: Zelenski Ağ Evdə bu dəfə də “siyasi pusqu”dan çıxmağı bacaracaqmı?
18-08-2025, 16:55
Qəbulun nəticələri açıqlandı


Qəbulun nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
Bu barədə DİM məlumat yayıb.
Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 603 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 585 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 19-u günün ikinci yarısından etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olunanlar 21 - 28 avqust (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında veriləcək.
18-08-2025, 16:32
İşçinin hüquqlarını pozan şirkət 20 min cərimələndi


İşçinin hüquqlarını pozan şirkət 20 min cərimələndi

“Dalyan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Sumqayıt şəhəri ərazisində yerləşən MMC-nin fəaliyyəti ilə əlaqədar müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat inzibati cərimə edilib.
Eyni zamanda Cəmiyyətin direktoru Ağayev Zamin Zahid oğlu barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı Regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat inzibati cərimə edilib.
18-08-2025, 16:02
İsrailin yeni səfiri İlham Əliyevin qəbulunda


İsrailin yeni səfiri İlham Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunan səfiri Ronen Krauszun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gələcəkdə daha da dərinləşəcəyinə əminliyini vurğulayıb.
Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu deyib.
Dövlət başçısı səfirin ölkəmizə tarixi dövrdə - ABŞ-ın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə nailiyyətlərin əldə edildiyi bir zamanda gəldiyini bildirərək bunun regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, həmçinin qarşıdurmaya son qoymaq üçün əhəmiyyətli olduğunu qeyd edib.
Prezident İlham Əliyev bütün bunların bağlantılar və müxtəlif növ qarşılıqlı əlaqələr baxımından Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni imkanlar açdığını vurğulayıb.
Prezident İlham Əliyev İsrail şirkətlərinin həmişə olduğu kimi gələcəkdə də ölkədə fəal işləyəcəklərinə ümidvarlığını ifadə edib.
Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Etimadnaməsini dövlət başçısına təqdim etməkdən şərəf hissi duyduğunu deyən səfir yenidən Bakıya gəlməkdən xoşbəxt olduğunu vurğulayıb. O, 2010-2015-ci illərdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini məmnunluqla xatırlayıb.
İsrail-Azərbaycan münasibətlərinin həqiqətən də strateji xarakter daşıdığını deyən Ronen Krausz qeyd edib ki, ölkələrin liderləri və xalqları arasında əsl dostluq münasibətləri mövcuddur.
Səfir ölkəmizdə yəhudi icmasına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib, özünün dəfələrlə Qubadakı Qırmızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu vurğulayıb.


18-08-2025, 15:57
Pezeşkian Zəngəzur dəhlizindən danışdı


Pezeşkian Zəngəzur dəhlizindən danışdı

“Ermənistana səfər bizim qonşu ölkələrə prioritet səfərlərimizin davamıdır”.
Bunu İran prezidenti Məsud Pezeşkian hazırda İrəvanda olan İran prezidenti Məsud Pezeşkian Mehrabad hava limanında deyib. Onun sözlərinə görə, qonşu ölkələr münasibətlərin qurulması və inkişafı üçün prioritetdir.
"Bizim qonşu və dost Ermənistanla güclü strateji əlaqələrimiz var və biz həmişə bir-birimizlə sosial, siyasi, iqtisadi və mədəni məsələlərdə yaxşı münasibətlər qurmağa çalışmışıq", - Pezeşkian qeyd edib.
"Bunun üçün bütün lazımi şərait yaradılıb və İranla Ermənistan arasında əlaqə mümkün qədər asanlaşdırılıb. Ona görə də bu səfər zamanı biz razılaşmalarımızı və əlaqələrimizi, o cümlədən kommunikasiya və mədəni marşrutları, xüsusilə Şimal-Cənub dəhlizini gücləndirmək yollarını müzakirə edəcəyik".
"Şərq-Qərb marşrutuna gəlincə, bu, təbii ki, bu istiqamətdə ticarət yolunun inkişafı üçün əlverişli platformaya çevriləcək və biz onu genişləndirməyə çalışırıq", - Pezeşkian əlavə edib.
Ermənistan və Azərbaycan arasında sülh sazişindən sonra Amerika şirkətlərinin Ermənistanda – Zəngəzur dəhliznə gəlməsilə bağlı narahatlıqlardan danışan Pezeşkian qeyd edib:
"Amerika şirkətlərinin regionda olması ilə bağlı narahatlıqların olması təbiidir, çünki onlar bir şirkətin maraqlarını təmsil edir və gələcəkdə başqa fəaliyyətlə məşğul ola bilərlər. Biz bu məsələləri Ermənistan rəsmiləri ilə müzakirə edəcəyik".
“Digər məsələlər, o cümlədən texniki, mühəndislik, tikinti, mədənçıxarma, incəsənət, sosial və turizm sahələrində mükəmməl sənədlər hazırlanıb və orada imzalanması nəzərdə tutulur”, - deyə prezident qeyd edib.
18-08-2025, 15:44
Pezeşkian İrəvandadır - VİDEO


Pezeşkian İrəvandadır - YENİLƏNİB - VİDEO

İran prezidenti Məsud Pezeşkian Ermənistana iki günlük rəsmi səfər edib.
Armenpress-in məlumatına görə, İran prezidentini Yerevanın Zvartnots hava limanında Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
İran prezidenti Ermənistan səfəri öncəsi Tehranda yüksək vəzifəli şəxslərlə görüşüb. İran prezidentinin rəsmi saytında dərc olunan məlumata görə, Ermənistanla enerji, nəqliyyat, ticarət, investisiya, səhiyyə, ətraf mühitin mühafizəsi, elm, mədəniyyət və turizm sahələrində mümkün əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Bildirilir ki, tərəflər əsas çağırışları və əməkdaşlıq imkanlarını müəyyənləşdirib, onların həlli strategiyalarını müzakirə ediblər.
Avqustun 19-da İran prezidentinin səfəri çərçivəsində İrəvanda Ermənistan-İran biznes forumu keçiriləcək.
İran prezidentinin İrəvandan Belarusa səfər edəcəyi məlumdur.

[media=https://www.youtube.com/live/JI8UddC2CDw?si=HJUkR9DsxFNeo5jY]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!