Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
25-08-2025, 15:57
Rusiyada əsgər anasının ürəyi oğlunun məzarı başında partladı


Rusiyada əsgər anasının ürəyi oğlunun məzarı başında partladı

Rusiya-Ukrayna müharibəsində həlak olan 23 yaşlı Maksim Şaripovun anası oğlunun məzarı başında ölüb.
Hadisə Transbaykal vilayətinin Baley şəhərində baş verib.
Qeyd olunur ki, rusiyalı qadın tez-tez oğlunun məzarını ziyarət edirmiş və bu gün qəbiristanlıqda onun ürəyi dözməyib. Onun meyiti oradakı işçilər tərəfindən aşkar edilib.
Maksim Şaripov tank batalyonunda xidmət edib və 2022-ci ilin oktyabrında Otradnoye kəndi yaxınlığında ölüb. Onun nəşi iyun ayında dəfn edilib.
25-08-2025, 15:52
Arakçi Lavrova zəng etdi


Arakçi Lavrova zəng etdi

Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Abbas Arakçi arasında telefon danışığı olub.
Bu, İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Arakçi Lavrova İranın nüvə proqramının nizamlanmasına dair Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarları ilə telefon danışığının nəticələri barədə ətraflı məlumat verib.
Rusiya tərəfi Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatik səylərə əhəmiyyətli töhfə verməyə hazır olduğunu təsdiqləyib. Qarşılıqlı maraq doğuran bir sıra digər aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İkitərəfli gündəliyin prioritet məsələlərinə, o cümlədən 2025-ci il yanvarın 17-də prezidentlər tərəfindən imzalanmış Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin icrası, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə dair əldə edilmiş razılaşmalara toxunulub.
Etibarlı siyasi dialoqu davam etdirmək və diplomatik xidmətlər arasında koordinasiyanı gücləndirmək üçün qarşılıqlı öhdəlik ifadə olunub.
Müxtəlif səviyyələrdə, ilk növbədə, ən yüksək səviyyədə qarşıdan gələn təmasların qrafiki müzakirə edilib.
25-08-2025, 15:44
İsa Həbibbəylinin qızı vəzifəsindən azad edilib


İsa Həbibbəylinin qızı vəzifəsindən azad edilib

Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.
Buna səbəb Günay Mənsimovaya verilən xüsusi şəhadətnamənin müddətinin bitməsi olub.
Məlumatı Ədliyyə Nazirliyi "ajans.az" saytına verilən açıqlamada da təsdiqləyib. "Günay Mənsimovanın notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti 2025-ci ilin avqust ayında bitib. Günay Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmayıb", - açıqlamada qeyd olunur.
Qeyd edək ki, Günay Mənsimova Azərbaycan Milli Elmlər Akademiyasının (AMAA) prezidenti akademik İsa Həbibbəylinin qızıdır.
25-08-2025, 15:29
Putin Pezeşkianla danışdı: görüşəcəklər


Putin Pezeşkianla danışdı: görüşəcəklər

Rusiya prezidenti Vladimir Putinlə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Telefon danışığı zamanı Vladimir Putin Alyaskada keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələri barədə məlumat verib. Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlik davam edən diplomatik səyləri dəstəklədiyini bildirib.
İkitərəfli gündəliyin bir sıra cari məsələləri, o cümlədən enerji və nəqliyyat sektorları müzakirə edilib.
İranın nüvə proqramı ətrafında vəziyyət və Cənubi Qafqaz regionunda baş verən proseslərə də toxunulub.
Vladimir Putin və Məsud Pezeşkian Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə daha da genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyib və Çində keçiriləcək ŞƏT sammitində görüşmək barədə razılığa gəliblər.
25-08-2025, 15:23
“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB


“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

"Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

09:49

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam məhdudlaşdırılıb.
Bu barədə FHN-dən bildirilib.
Qeyd edlib ki, bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.

***

09:09

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın hələ də davam edir.
Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
Ötən gün günorta saatlarından (11:50 radələrində) başlayan yanğının yayılmasının qarşısı alınıb, eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
25-08-2025, 15:10
Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır


Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib.
Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov onunla görüşüb.
O, görüşdən sonra bildirib ki, Şahin Şıxlinski yanında bir məhbusun da olmasını xahiş edib.
Popovun sözlərinə görə, Şıxlinski saxlandığı kameranı toyuq hininə bənzədib. "Kamera təmirli olsa da, iri bədənli məhbus üçün dar hesab olunur", - o, URA nəşrinə açıqlamasında qeyd edib.
Diaspor rəhbəri həbsxana şəraitində ciddi sağlamlıq problemləri yaşadığını deyib.
"O, yaşlı və xəstə bir insandır, hesab edir ki, heç bir qanunsuz iş görməyib, sadəcə vəziyyətin qurbanı olub. Onun elə bir xəstəliyi var ki, hər an təcili tibbi yardım lazım ola bilər. Arzuolunandır ki, Şıxlinskinin kamerası təkadamlıq olmasın və yanında bir məhbus da olsun ki, lazım gəldikdə həyəcan qaldırıb həkimləri çağırsın", - deyə Popov qeyd edib.
Komissiya üzvləri vəziyyət barədə Sverdlovsk vilayətinin ombudsmanı Tatyana Merzlyakovaya məlumat veriblər. Hüquq müdafiəçiləri bu problemi, həmçinin Penitensiar Xidmətin rəhbərliyinə də çatdıracaqlar.
Xatırladaq ki, ötən ay Moskvanın Basmannı Məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.
Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.
O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib.
25-08-2025, 14:19
Müəllimlərin müddətli vakansiya seçimi yekunlaşdı


Müəllimlərin müddətli vakansiya seçimi yekunlaşdı

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi bu gün saat 11:00-da yekunlaşıb.
Bu barədə İnsan Resursları Mərkəzindən bildirilib.
Namizədlərə şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi etmək imkanı yaradılıb.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 22 avqust saat 11:00-da başlamışdı.
25-08-2025, 13:57
Mərkəzi Bankda yeni təyinat


Mərkəzi Bankda yeni təyinat

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinə yeni direktor təyin edilib.
Bununla bağlı AMB sədri Taleh Kazımov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Gülzar İslam qızı Tahirova təyin olunub.
G.Tahirova bu təyinatadək adıçəkilən departamentdə direktor müavini vəzifəsində çalışıb.
25-08-2025, 13:51
Qəzzada daha 4 jurnalist HƏLAK OLDU


Qəzzada daha 4 jurnalist HƏLAK OLDU

Qəzzanın cənubunda yerləşən Nasser xəstəxanasına zərbə endirilib.
Xəbəri "Əl-Cəzirə" və "Reuters" agentlikləri yayıb.
Məlumata görə, İsrailin hücumu nəticəsində azı 15 nəfər həlak olub. Ölənlər arasında jurnalistlər də var.
İsrail Müdafiə Qüvvələri hadisə ilə bağlı rəsmi açıqlama verməyib. "The Times of Israel" nəşri adı açıqlanmayan İsrail rəsmisinə istinadən bildirib ki, İsrail Xan Yunisdəki Nasser xəstəxanasına hava zərbələri endirməyib.
"Əl-Cəzirə" iki jurnalistin öldürüldüyünü bildirib. Daha sonra ölən jurnalistlərin sayının dördə çatdığı bildirilib. Ölənlər arasında "Reuters" agentliyinin operatoru Hossam əl-Masri də var. Məhəmməd Salama, Məryəm əbu Daqa və Moaz əbu Taha adlı jurnalistlərin də həlak olduğu bildirilir.
25-08-2025, 13:30
Mirzoyan Azərbaycanla paraflanmış sazişdən danışdı


Mirzoyan Azərbaycanla paraflanmış sazişdən danışdı

Ermənistan səfirlərinin Qafanda keçirilən görüşündə xarici işlər naziri Ararat Mirzoyan çıxış edib.
Mirzoyan avqustun 8-də Vaşinqtonda keçirilən görüşlər nəticəsində əldə olunmuş razılaşmalara toxunub. Ermənistan və Azərbaycan arasında paraflanmış sazişdən danışan Ararat Mirzoyan bərqərar olmuş sülhün Ermənistan və region üçün əhəmiyyətini vurğulayıb. O bu yeni reallıqlarda Ermənistan Respublikasının xarici siyasətinin baxışını, açılmış yeni imkanları və onların həyata keçirilməsi üçün görülməli olan işləri təqdim edib.
A.Mirzoyan vurğulayıb ki, regionda sülh gündəliyinin ardıcıl həyata keçirilməsi və Ermənistan Respublikası vətəndaşları üçün sabit, təhlükəsiz və firavan mühitin təmin edilməsi hökumətin, o cümlədən diplomatik xidmətin əsas vəzifələridir. Ararat Mirzoyan regional kommunikasiyaların blokunun açılmasının verdiyi imkanlara, beynəlxalq kommunikasiya kanallarının genişlənən şəbəkəsində Ermənistanın səmərəli iştirakını təmin etmək səylərinə və bu məqsədlə Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin həyata keçirilməsi üçün qarşıda duran işlərə toxunub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!