Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
23-08-2025, 14:50
Yasamalda cinayət: 37 yaşlı qadın öldürüldü


Yasamalda cinayət: 37 yaşlı qadın öldürüldü

Bakının Yasamal rayonu ərazisində avqustun 23-də 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emil Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.
23-08-2025, 14:40
Avropada 5-ci, MDB-də birinci: Kəlbəcərə daha qısa YOL - FOTO+VİDEO


Avropada 5-ci, MDB-də birinci: Kəlbəcərə daha qısa YOL - FOTO+VİDEO

Azərbaycanın ən çətin relyeflərindən birində, Murovdağ silsiləsinin altında nəhəng infrastruktur layihəsi başa çatmaq üzrədir.
Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası ilə tanış olub, 11,7 kilometr uzunluğa malik Murovdağ tunelinin texniki açılışını ediblər.
Tunel Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır.
Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib.

Murovdağ tuneli yalnız Azərbaycanın deyil, həm də dünyanın ən uzun avtomobil tunellərindən biridir.

Uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB məkanında isə birinci yeri tutur. Tunel dörd hərəkət zolağından ibarətdir, sağ və sol hissələri birləşdirən 38 keçid tuneli ilə təchiz olunub.
Tunelin açılışı gələn ilə nəzərdə tutulub. Avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub.



Qeyd edək ki, Avropada və dünyada uzun avtomobil tunelləri strateji əhəmiyyətə malikdir.
Norveçdəki "Lerdal" tuneli (24,5 km) hazırda dünyanın ən uzun yol tunelidir. İsveçrənin "Gotthard" yol tuneli (16,9 km) Alp dağlarının altında yerləşir və Avropanı şimal–cənub xətti üzrə birləşdirir. Avstriyanın "Arlberg" tuneli (13,9 km) və Fransa–İtaliya sərhədindəki "Frejus" tuneli (12,8 km) də qitənin mühüm dağ keçidlərində nəqliyyatın təhlükəsizliyini təmin edir.

Murovdağ tuneli isə bu siyahıya qoşularaq regionda ən uzun avtomobil tuneli statusunu qazanır. MDB ölkələrində bu miqyasda heç bir yol tuneli yoxdur.
Layihə çərçivəsində əlavə olaraq ümumi uzunluğu 2636 metr olan dörd tunel də inşa olunur. Bu yol bölgənin kənd təsərrüfatı, turizm və ümumilikdə sosial-iqtisadi həyatına yeni nəfəs gətirəcək.
Belə çətin coğrafi şəraitdə tunel inşası Azərbaycanın gücünü, iradəsini və yenidənqurma prosesinə verdiyi prioriteti nümayiş etdirir.
Dünya təcrübəsi göstərir ki, uzun yol tunelləri yalnız nəqliyyat rahatlığı deyil, həm də strateji təhlükəsizlik, iqtisadi inteqrasiya və regional inkişaf üçün mühüm vasitədir.

23-08-2025, 14:00
Azərbaycanlı tələbə Türkiyədə saxlanıldı, deportasiya edilir


Azərbaycanlı tələbə Türkiyədə saxlanıldı, deportasiya edilir

İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbə Nənəxanım Babazadə saxlanılıb.
İş yerində saxlanılan tələbə Baş Mühafizə İdarəsinə göndərilib. O, daha sonra deportasiya olunmaq üçün Çatalca Geri Dönüş Mərkəzinə aparılıb.
Magistratura pilləsi üzrə təhsil alan N.Babazadə bir müddət əvvəl universitetin yeməklə bağlı qiymət artımlarına etiraz etdiyi üçün xarici terror təşkilatı ilə əlaqədə ittiham olunub.
O, hazırda Geri Dönüş Mərkəzində saxlanılır.
23-08-2025, 13:54
Küçədən tapdığı 8 yaşlı uşağı zorla diləndirdi - Məhkəmədən AĞIR CƏZA


Küçədən tapdığı 8 yaşlı uşağı zorla diləndirdi - Məhkəmədən AĞIR CƏZA

Bakıda valideyn himayəsindən məhrum edilən azyaşlını zorla diləndirən şəxsə hökm oxunub.
İlqar adlı şəxs 2017-ci il təvəllüdlü, valideyn himayəsindən məhrum qalan Nihadı (ad şərtidir - red.) 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək nəzarəti altında saxlayaraq küçələrdə dilənməyə məcbur edib.
Məlumata görə, İlqar azyaşlını 2023-cü ilin sentyabrında Qaraçuxur qəsəbəsində küçədən apararaq evində saxlayıb və onu dilənçiliyə məcbur etmək üçün hədə-qorxu ilə psixoloji təzyiq göstərib.
Uşaqdan gündə 30–120 manat arası pul tələb edən İlqar verdiyi "tapşırıqları" eləmədiyi üçün azyaşlını döyüb, siqaret kötüyü ilə yandıraraq işgəncə verib.
Azyaşlı məhkəmədə ifadəsində bildirib ki, qazandığı bütün pulları İlqar əlindən alıb, müqavimət göstərdikdə isə döyülüb. Hadisənin şahidləri də uşağın dəfələrlə avtomobillərə yaxınlaşıb pul istədiyini, sonra isə həmin pulları İlqara verdiyini təsdiqləyiblər. Bəzi sürücülər isə uşağın "İlqar əmi məni döyəcək" deyə kömək istədiyini ifadələrində qeyd ediblər.
2024-cü ilin yanvarında Sabunçu rayonu, Zabrat qəsəbəsində marketin qarşısındakı işıqforun yanında dilənən Nihad sürücülərdən birinə kömək üçün yalvarıb. Həmin şəxs dərhal polisə məlumat verib və bundan sonra əməliyyat tədbirləri nəticəsində azyaşlı sığınacağa yerləşdirilib.
Tofiq isə ittihamı qəbul etməyərək, sadəcə kirayədə yaşadığını və uşağa nəzarət etməyi xahiş olunduğunu deyib. Lakin məhkəmə şahid ifadələri, polis araşdırması və ekspertiza rəylərini əsas götürərək onun günahını sübuta yetirilmiş hesab edib.
İlqar Cinayət Məcəlləsinin müvafiq maddəsi (144-2.2.3 - Məcburi əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
23-08-2025, 13:33
Polisə vatsapla şikayət edildi: sürücü cəzalandırıldı


Polisə vatsapla şikayət edildi: sürücü cəzalandırıldı

BDYPİ-yə edilən müraciət əsasında təhlükəli manevr edən sürücü məsuliyyətə cəlb olunub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsinin “050 8000 902” nömrəli “WhatsApp” qaynar xəttinə daxil olmuş vətəndaş müraciətində bir avtomobil sürücüsünün digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratdığı və təhlükəli manevrlərlə qəza şəraiti yaratdığı əks olunub.
Dərhal aparılan araşdırma nəticəsində həmin sürücü müəyyən edilib və barəsində inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, yol hərəkəti qaydalarına əməl etmək, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmaq həm şəxsi təhlükəsizlik, həm də ümumi yol hərəkəti təhlükəsizliyinin qorunması baxımından zəruridir.
23-08-2025, 13:01
Sabahın havası: 38 dərəcə isti olacaq


Sabahın havası: 38 dərəcə isti olacaq

Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.
23-08-2025, 12:43
Bu kəndin bütün məzunları tələbə oldu


Bu kəndin bütün məzunları tələbə oldu

İşğaldan azad olunmuş Ağdərə rayonu Talış kənd tam orta məktəbinin məzunlarının hər biri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb.
Talış kənd tam orta məktəbini 2024-2025-ci tədris ili üzrə 4 nəfər bitirib. Məktəbin məzunu Nigar Məmmədli imtahanda yüksək nəticə göstərərək 609 balla Bakı Dövlət Universitetinə qəbul olub. Digər məzunlar Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetində, Lalə Alışova isə Memarlıq və İnşaat Universitetində təhsil alacaqlar.
23-08-2025, 12:36
Kürdə balıqlar məhv oldu - Araşdırma APARILIR


Kürdə balıqlar məhv oldu - Araşdırma APARILIR

Kür çayının Azərbaycana daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Xidmətim həyata keçirdiyi nəzarət tədbirləri zamanı aşkarlanan hallarla əlaqədar ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.
Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
22-08-2025, 22:07
Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz!


Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz!

“Mən Zəngəzur dəhlizinin nə olduğunu bilirəm, buna heç kim müqavimət göstərə bilməz!”
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Çin mətbuatına müsahibəsində deyib.
Belarus lideri bildirib ki, Ermənistan üçün Azərbaycanla əlaqə yaratmaq çox lazım idi.
“Mən ABŞ Prezidenti Donald Trampı Azərbaycan və Ermənistan arasında sülh sazişinin təşəbbüskarı kimi təbrik etdim. Trampa bildirdim ki, Azərbaycanla Ermənistanı yaxşı fürsət tapıb danışıqlar masasına oturtdunuz ”, - deyə, Lukaşenko bildirib.
O, Zəngəzur dəhlizinə İranın münasibətindən də danışıb:
“Təbii ki, İranın xoşuna gəlmir, çünki İranla sərhəddədir. Amma buna heç kim müqavimət göstərə bilməz. Bu, sülh müqaviləsidir, ABŞ bu dəhlizin Ermənistan ərazisindən çəkilməsinə kömək edəcək. Beləcə, Azərbaycan öz əraziləri ilə təkcə hava yolu ilə birləşməyəcək”, - deyə, Belarus lideri vurğulayıb.
22-08-2025, 22:03
ƏSAS ALTMIŞI ADLAMAQDIR


Rəşad MƏCİD - 61

ƏSAS ALTMIŞI ADLAMAQDIR

Son illərdə mənə elə gəlir ki, xüsusilə vəzifə, mənsəb sahibləri dostlarıma qarşı bir az ədalətsiz olmuşam, bircə addım atmadığım halda, özümə qarşı diqqət gözləmişəm. Beləcə, neçə dostdan uzaq durmuşam, bunu bir Allah bilir. Bu da xarakterdir, dəyişəsi deyil. Ancaq bu gün 70-ə çathaçatda artıq nə isə təmənnada olmağıma güman yeri qalmadığı bir vaxtda mehriban, diqqətcil tələbə yoldaşıma layiq olduğu ad günü təbrikini yazmağım, yəqin ki, kimsədə səmimiyətimə zərrəcə şübhə doğurmaz.
Jurnalistika fakültəsinin köhnə binasında hamı bir-birini yaxşı tanıyırdı. Çünki hamı özünü tez tanıtmaq həvəsində idi, filan qəzetdə işləyirəm, filan qədər məqaləm, şeirim çap olunub və sair və ilaxir. Bizim qrupun əksər istedadlı uşaqlarını rəhmətlik Qulu Xəlilov ilk dərs günündə, özü də haqlı olaraq qamçıladı; - bir neçə nəfərdən başqa jurnalistika sahəsində işləyən yox idi! Mən Zəngilandan gəlib neft sahəsində çalışırdım (çalışmağa fəhləlikdən başqa bir yer tapmaq olmurdu), cəlilabadlı İlham kolxozda hesabdar, qubalı Rahim konserv zavodunda nəzarətçi işləyirdi. İş yerimizi dedikcə kişinin başından alov qalxırdı sanki. Bu gün respublikamızın tanınmış jurnalisti Rövşən Binətlinin özünü komsomolçu kimi təqdim etməsi Qulu müəllimi lap hövsələdən çıxardı:
- Ay, qızıldiş kamsamol, ay uşaqlar, Allah evinizi tiksin, niyə bu istedadlı uşaqların qarşısını kəsirsiniz, diplom almaq üçün gərək jurnalistika fakültəsinə girəydiniz, hə? Bura istedadlı adamların yeridi axı. Gedin hüquqa girin, müəllimliyə girin, dədənizin puluynan katib olun, prokuror olun! Görün nə qədər istedadın qarşısına keçmisiniz axı?!...
Hələ orta məktəbdə oxuyandan rayon qəzetində yazılarım çıxsa da, ən böyük arzum jurnalist olmaqdısa da, bu irad mənə çox təsir eləmişdi. Ona görə də tənəffüslərdə çox vaxt itirmirdim, evdə çatdırmadığımı fakültənin 3-cü mərtəbəsindəki boş otaqlarda tamamlamağa çalışırdım.
Tələbə yoldaşlarım, o cümlədən Rəşad Məcidlə də qısa salam-əleykümlərim elə o dövrdən başlamışdı. Bir də Zeynəb xalanın çayxanasında 2-3 sosiska (birini pişik ayağıma dolaşıb əlimdən alardı) ilə bir çaynik çayla nahar edəndə bu gursəsli tələbə yoldaşımızın adətən başda oturduğu, çox zamanda hesabı ödədiyi məclisə dəvət alsam da, oturmağa vaxt eləmirdim. Bu məclislərin birində Aqil Abbası başda gördüm, birində digər məşhur jurnalisti, başqa bir vaxt respublikada tanınmış adamla masalar qoşalaşar, stulların sayı artardı, səs-küy də çoxalardı. Mən isə yerində olmayan tələbə kimi özümə qapanardım. Bu şeiri də o vaxt yazmışam:
Yersiz görünməkdən qorxduğumdandır,
Hələ də yerimi tapa bilmirəm.
İllər keçdi, 525-ci qəzet fəaliyyətə başladı və doğrudan da maraqlı mətbu orqana çevrildi. Mən MTN orqanı olan, əslində sərhədlərimizdən yazan “Sərhəd” qəzetində məsul katib idim. Qəzetin hər bir əməkdaşı, o cümlədən redaktor, məsul katib sərhəd və müharibə bölgələrinə səfərlər edir, məqaləsini tamamlayan kimi dərhal ezamiyyət kağızını hazırlayardı. Hərbi müxbir kimi daha çox ermənilərin qaniçənliyindən, vəhşiliklərindən yazırdım. Bir gün zəng olundu ki, Xocalı faciəsi ilə bağlı müsabiqənin münsif heyətinə seçilmişəm. Şifrələnmiş 70-dən çox yazı oxudum, qiymətləndirdim, indi adını çəkmək istədiyim bir nəfərdən zəng gəldi, mənə yazısının adını və məzmununu bildirmək istədi, qəti surətdə haqsızlığa yol verməyəcəyimi bildirdim.
Müəyyən olunmuş vaxtda yazı müəllifləri və münsiflər bir zala toplaşdıq. Əsas təşkilatçılardan biri də Rəşad Məcid idi. O, çox mehribancasına dəvət etsə də, 7 nəfərlik münsifdə mənim soyadım qeyd olunmuş yanındakı stola əyləşmədim, zalda özümü daha rahat hiss edirəm, dedim. Fürsətdən istifadə edən bir jurnalist cəld özünü yuxarı saldı, mənə ayrılmış yeri tutub, adım yazılı lövhəni üzüqoylu çevirdi. Rəşad Məcidin səmimi təbəssümü zaldakıların, həm də mənim diqqətimdən qaçmadı. Bir azdan qızğın mübahisə getdi, kimsə birinci yerə layiq olduğunu iddia etməyə çalışdı. Biri lap irəli gedərək “kimdir axı Mahir Cavadlı ki, bizim yazılara o qiymət verə, mən belə bir jurnalist tanımıram”- dedi.
Onda Rəşad Məcid haqqımda xoş sözlər deyərək, bu qədər ağrılı yazını oxuyub qiymətləndirdiyimə görə minnətdarlığını bildirdi, məni zala təqdim elədi. Ayağa qalxanda o jurnalist pul kimi qızardı,- onun “Sərhəd” qəzetinə gətirdiyi yazıları yanındaca redaktə edir, qaçqın olduğu üçün yaxşı da qonorar yazırdım (baş redaktorumuz mərhum şair Ramiz Duyğun bir-iki dəfə qonorar cədvəli ilə dəqiqləşdirmə apardıqdan sonra bir daha bu məsələ ilə maraqlanmazdı).
Rəşad Məcidin təklifi ilə mükafata layiq görülmüş üç yazı oxundu və seçimin düzgün aparıldığına şübhə yeri qalmadı. Tədbiri yekunlaşdırıb çay süfrəsinə gedəndə gülümsəyərək atmaca da atdı: “Allah insaf versin, dedim gəl otur rəyasətdə, bilmirsən adamların əksəriyyəti yuxarı tribunalardan qorxur?”
Düz sözə qarşılıq heç nə deyə bilmədim. Rəşad Məcid həm məclisi ələ alaraq haqqı bərpa etmiş, həm də mənim pərtliyimi aradan götürmüş oldu. Belə situasiyalarda onun məharəti danılmazdır.
Bilərəkdən R.Məcidin şeirləri və mətbu yazıları haqqında fikirlərimi yazmıram, çünki onun qələmindən çıxan hər bir sətir, hər bir misra geniş müzakirəyə səbəb olur, haqqında ustad şairlər söz deyiblər, “Ulduz” jurnalının baş redaktoru istedadlı şair Qulu Ağsəsin şeir kitabına ön söz əvəzi yazdığı fikirləri ən azı təkrarlamaq üçün hər iki şairin fikir dəryasında üzməyi bacarmalısan.
Rəşad Məcid, demək olar ki, gündəlik sosial şəbəkə istifadəçisidir. Feysbuk paylaşımlarında, yazdığı şərhlərdə təkcə məsuliyyətini çiynində daşıdığı Mətbuat Şurasının, Yazıçılar Birliyinin mövqeyində dayanmır, dövlətin, dövlətçiliyin, azad və doğru sözün, müstəqil düşüncənin, saf məsləkin qoruyucusu kimi çıxış edir. Bilik və çoxillik təcrübəsi ilə mətbu orqanları, onları yönəldənləri düzgün fikirləri dolğun ifadələr fonunda oxucuya çatdırmağı tövsiyə edir, şok effekti yarada biləcək yanlış sərlövhələrlə ictimai rəyi çaşdırmamağa çağırır. Dünyanı düşündürən qlobal problemlərlə bağlı şərhləri də mətbuat başçısının sağlam bəşəri düşüncəyə malik olmasının ifadəsidir.
Avqustun 21-də yazıçı, şair, jurnalist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin doğum günüdür. Tələbə yoldaşım, həmkarım, yazılarımı ən çox çap etdirdiyim qəzetin rəhbəri, üzvü olduğum AYB-nin məsul şəxsi, mətbuatımızın baş sözçüsü kimi Rəşad Məcidlə müəyyən tədbirlərdə qısa söhbətlərimiz olub, inanıram ki, bundan sonra da görüşməkdən çəkinməyəcəyik. Təmsil etdiyim Zəngilan rayonunun yaradıcı heyətinin Azərbaycan Yazıçılar Birliyi və yeni fəaliyyətə başlayan “Yeni Zəngilan” qəzeti ətrafında sıx birləşməsi naminə səylərimiz tezliklə səmərəsini verəcək.
Əsas 60 yaşı adlamaqdır, dəyərli Rəşad Məcid, ondan sonra qəti qorxusu yoxdur! Təbrik edirəm, xoş arzularla,

Mahir Cavadlı
İstanbul.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!