Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
3-09-2025, 23:34
AZƏRBAYCAN RESPUBLİKASININ    PREZİDENTİ CƏNAB  İLHAM ƏLİYEVƏ


AZƏRBAYCAN

RESPUBLİKASININ

PREZİDENTİ CƏNAB İLHAM

ƏLİYEVƏ



CƏNAB PREZİDENT!
Sizə BÖYÜK LİDER deyə müraciət edirəm. Çünki Siz bu ada layiqsiniz.
Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Donalt Trampın Sizə bu cür müraciət etməsi heç də təsadüfi deyildir. Sizin ABŞ-a tarixi səfərinizi dünyanın bütün siyasi güc mərkəzləri diqqətlə izləyirdi. Bu, İlham Əliyev diplomatiyasının qələbəsidir. Bu səfərin 2025-ci il, “Konstitusiya və Suverenlik ili” elan etdiyiniz bir ildə baş verməsi heç də təsadüfi deyildir. Sizin dünyada baş verən siyasi hadisələrin konturlarını öncədən nəzərə alaraq dünyanın siyasi xəritəsində baş verən çatlarda Azərbaycan dövlətinin suverenliyini və təhlükəsizliyini bir daha bəyan etməyiniz xalqımızı qürurlandırdı. Siz dünənki ümidlərimizi bügünkü reallıqlara çevirmisiniz. Sizin yeni qurulan Kəlbəcər şəhərindən bu sözləri bəyan etməyiniz tarixi əhəmiyyətə malikdir. Sizin və Mehriban xanım Əliyevanın Kəlbəcər rayonuna tarixi səfəriniz zamanı Kəlbəcər şəhər sakinləri ilə səmimi görüşünüz və onlara yeni mənzillərin açarlarını təqdim etməyiniz məni bir Azərbaycan vətəndaşı, bir kəlbəcərli kimi çox qürurlandırdı və Sizə təşəkkürümü bildirməyi özümə mənəvi borc bildim.
CƏNAB İLHAM ƏLİYEV!
Siz dünyanın dahi siyasi xadimlərindən biri - xalqımızın ümümmilli lideri, türk dünyasının böyük oğlu Heydər Əliyevin arzularını reallaşdırdınız. Siz yekun sülh sazişinin paraflanmasını imzalamaqla dünyanın siyası güc mərkəzlərinin Cənubi Qafqazdakı təsir imkanlarını neytrallaşdırdınız. Bu siyası addım, Sizin dünyada sülhü dəstkləyən lider olduğunuzun tam təsdiqidir. Dünyanın ən nəhəng iqtisadi layihəsi olan, Qərb və Şərqi birləşdirən Zəngəzur Dəhlizinin reallığa çevrilməsi də İlham Əliyev zəkasının göstəricisidir və bu yol ƏLİYEV YOLUDUR!
Siz bu addımı atmaqla türkdilli xalqları bütövləşdirirsiniz. Bu, xalqlarımızın birliyinin, müdrikliyinin göstəricisidir. Bu münasibətlə Sizi bir daha təbrik edirəm və gələcək uğurlarımızın sevincini yaşamağı arzu edirəm. Uca Allah Sizi, ailənizi və xalqımızı qorusun!

Dərin hörmət və ehtiramla: İlqar Vəliyəddin oğlu Misirzadə.
Tarix: 27.08. 2025. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının - Siyası İdarəetmə fakultəsinin məzunu
3-09-2025, 23:10
Biləsuvarda 3 maşın toqquşdu - ölən var


Biləsuvarda 3 maşın toqquşdu - ölən var

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Köhnə Bakı–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki minik və bir yük avtomobilinin toqquşması ilə nəticələnən qəzada bir nəfər həyatını itirib.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların hamısının Cəlilabad rayon sakinləri olduğu bildirilir.
Hadisənin təfərrüatları araşdırılır.
3-09-2025, 22:27
Zelenski Fransaya getdi


Zelenski Fransaya getdi

Ukrayna prezidenti Volodimir Zelenski Fransaya gedib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
O, istəklilər koalisiyasına” daxil olan Avropa ölkələrinin liderləri ilə görüşcək.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merts "İstəklilər koalisiyası"nın iclasının sentyabrın 4-də keçiriləcəyini bildirmişdi. Görüş videokonfrans vasitəsilə keçiriləcək.
Mertsin sözlərinə görə, əsas müzakirə mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları və onun gələcək dəstəyi ilə bağlı məsələlər olacaq. Almaniya kansleri qeyd edib ki, Ukrayna üçün “ən mühüm təhlükəsizlik zəmanəti” onun ordusuna kifayət qədər dəstək verməkdir. “İstəklilər koalisiyası” Ukrayna Silahlı Qüvvələrinə yardımı davam etdirmək niyyətindədir.
3-09-2025, 21:22
Moskvaya gedən bir qrup azərbaycanlı deportasiya edildi


Moskvaya gedən bir qrup azərbaycanlı deportasiya edildi

Moskvanın "Domodedovo" hava limanında bir qrup Azərbaycan vətəndaşı deportasiya olunur.
Azərbaycan vətəndaşları hava limanına eniş etdikdən sonra Rusiyaya buraxılmayıb və geri göndərilirlər.
Hadisənin məhz hansı səbəbdən baş verdiyi məlum deyil.
3-09-2025, 20:55
Hər şey tezliklə sona çatacaq - Tramp


Hər şey tezliklə sona çatacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində paylaşım edərək HƏMAS-a bütün 20 girovu dərhal geri qaytarmaq çağırışı edib.
O, paylaşımında bundan sonra hər şeyin sürətlə dəyişəcəyini və tezliklə sona çatacağını bildirib.
3-09-2025, 20:40
Azərbaycanlıları güllələyən şəxsi ömürlük cəza gözləyir


Azərbaycanlıları güllələyən şəxsi ömürlük cəza gözləyir

Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində güllələnən azərbaycanlılarla bağlı hadisənin təfərrüatı və hadisəni törədənin kimliyi məlum olub.
Hadisəni törədən şəxs 1973-cü il təvəllüdlü, Ukrayna vətəndaşı, Fastiv şəhər sakini İvanenko Oleksandr Volodimiroviçdir.
O, 2022-ci ilin yazından 2023-cü ilin payızına qədər Ukrayna ordusunda döyüşüb.
Kiyev vilayət prokurorluğunun rəhbəri Dmitro Prokudin isə bildirib ki, hadisə avqustun 31-də baş verib və qətli törədən şəxslə küçədə qarpız satan şəxslər arasında insident yaşanıb.
O qeyd edib ki, qarpız satan şəxslər etnik azərbaycanlılardır və Ukrayna vətəndaşlarıdır:
"Bu, ata Fərman Rəhimov və oğlu İsmayıl olub. Onlara yaxınlaşan həmin şəxslə söhbəti zamanı aralarında münaqişə yaranıb. Yaxınlaşan şəxs keçmiş hərbçi olub. Mübahisə münaqişəyə çevrilərkən 52 yaşlı Fastiv sakini evinə gedərək tapança götürüb, geri qayıdaraq ata və oğulu güllələməyə başlayıb. Nəticədə İsmayıl Rəhimov dünyasını dəyişib. Yaralı ataya lazımi köməklik göstərilib. Xoşbəxtlikdən onun zədəsi ciddi deyildi və o qədər də ağır nəticələrə səbəb olmayıb. O, artıq xəstəxanadan çıxıb, indi oğlunun dəfni ilə məşğuldur".
Prokuror deyib ki, hadisə yerinə ilk olaraq təsadüfən həmin ərazidə olan polis əməkdaşı gəlib:
"Həmin an o, xidmətdə olmayıb, amma vətəndaşlıq borcunu yerinə yetirib. Polis əlisilahlı şəxsi dərhal saxlayıb. Sonra hadisə yerinə digər hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib, hücum edən şəxsi həbs ediblər".
Dmitro Prokudin həmin şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürüldüyünü vurğulayıb:
"Bu maddələrin ən ağırı iki və ya daha çox şəxsi öldürməyə cəhddir. Məhkəmə onu təqsirli bildiyi halda, bu maddələr ilə onu ömürlük həbs cəzası gözləyir.
Bütün lazımi ekspertizalar təyin edilib. Hazırda ibtidai istintaqda bu cinayətin irqi və ya milli ədavət və ya düşmənçilik zəminində törədildiyi barədə heç bir hal və ya əsas müəyyən edilməyib".
3-09-2025, 20:19
Putin qərar verməlidir - TRAMP


Putin qərar verməlidir - TRAMP

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna sülh danışıqlarından danışıb.
Ağ Evdə Polşa Prezidentini qəbul edən Tramp Putin üçün heç bir bəyanatının olmadığını bildirib.
"O, mənim mövqeyimi bilir. Qərar verməlidir. Ya razı qalacağam, ya da yox", - Tramp vurğulayıb.
ABŞ Prezidenti Putinin qərarından razı qalmayacağı təqdirdə, bunun nəticələrinin olacağını da qeyd edib.
3-09-2025, 19:48
İlham Əliyevin Çinə səfəri başa çatdı


İlham Əliyevin Çinə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfəri sentyabrın 3-də başa çatıb.
Pekin Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.



3-09-2025, 18:36
İlham Əliyevlə bir neçə kəlmə danışdıq - PUTİN


İlham Əliyevlə bir neçə kəlmə danışdıq - PUTİN

Azərbaycanla Rusiya arasında fundamental münasibətlər hər şeyi öz yerinə qoyacaq.
Bunu Rusiya prezidenti Vladimir Putin Çində keçirdiyi mətbuat konfransında deyib.
"Mövcud vəziyyətə əsaslanan münasibətlərdə həmişə suallar olur, problemlər var, amma bu gün biz prezident İlham Əliyevi salamladıq, bir neçə kəlmə danışdıq, fundamental münasibətlər, qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq", - deyə Putin qeyd edib.
Qeyd edək ki, Çində keçirilən parad başlamazdan öncə Azərbaycan və Rusiya liderlərinin qeyri-rəsmi formatda təmasları olub.
Belə ki, otağa daxil olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyev və xanımı Mehriban Əliyevanı salamlayıb.
3-09-2025, 18:14
Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin! - PUTİN


Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin! - PUTİN

Zelenski ilə görüş ehtimalını heç vaxt istisna etməmişəm.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Çində mətbuat konfransında bildirib.
Putin Ukrayna lideri Volodimir Zelenskini görüşə hazır olduğu təqdirdə, Moskvaya dəvət edib.
"Əgər Zelenski hazırdırsa, o zaman Moskvaya gəlsin. Görüş baş tutacaq", - Putin deyib.
O, Zelenskini Ukraynanın “hazırkı administrasiyasının rəhbəri” adlandırıb.
"Ümumiyyətlə, mən belə bir görüşün mümkünlüyünü heç vaxt istisna etməmişəm. Bu görüşlərin bir mənası varmı?", - Putin bildirib.
Putin Trampın ondan Zelenski ilə görüşməsini xahiş etdiyini qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!