Netanyahu Türkiyəyə qarşı çıxdı .....                        Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb .....                        Paşinyan:Azərbaycanla Gürcüstanın dostluq modelindən ruhlanırıq .....                        111 qadın taksi sürücüsüdür - Yaxınlarda avtobus da sürəcəklər .....                        Putin onu MDB ölkələri üzrə xüsusi nümayəndə təyin etdi .....                        Keçmiş baş nazir öldü .....                        Azərbaycanda dövlət xidmətləri üzrə xərclər azaldılır .....                        “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edildi .....                        Şimali Kiprin yeni prezidenti bu tarixdə işə başlayacaq .....                       
Bu gün, 16:11
Azərbaycana getməyə hazıram - Simonyan


Azərbaycana getməyə hazıram - Simonyan

“İstisna etmirəm ki, hansısa beynəlxalq formatlar çərçivəsində mən də Azərbaycana gedə bilərəm”.
Bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
"Amma buna qədər müzakirə edilməli olan məsələlər var”, - deyən A.Simonyan Bakıda mühakimə olunan erməniləri missal göstərib.
Simonyan bildirib ki, Azərbaycan parlamentinin sədri ilə görüşündə ab-hava bir çox beynəlxalq həmkarları ilə müqayisədə daha yaxşıdır.
O, əlavə edib ki, Azərbaycan parlament sədrinin sülhə sadiqliyini görüb.
“İkimiz də münaqişənin birdəfəlik bitməsini istəyirik”.
Bu gün, 15:59
"Qarabağ" "Atletik"ə uduzdu


"Qarabağ" "Atletik"ə uduzdu

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında keçirdiyi ardıcıl üçüncü oyunda məğlub olub.
Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv III turda İspaniyanın "Atletik" kollektivinin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 əvvəlki iki matçda da məğlub olub. Ağdam təmsilçisi Portuqaliyada "Benfika"ya 1:7, Bakıda Danimarkanın "Kopenhagen" komandasına 0:5 hesabı ilə uduzub.
Bu gün, 15:50
Estoniyanın xarici işlər naziri Zəfər parkında - FOTO


Estoniyanın xarici işlər naziri Zəfər parkında - FOTO

Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna oktyabrın 22-də Bakıdakı Zəfər parkını ziyarət edib.
Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Nazir parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.



Bu gün, 15:32
“İstiqlal” ordeni kimlərə verilir? - SİYAHI


“İstiqlal” ordeni kimlərə verilir? - SİYAHI

2 gün sonra 80 yaşını qeyd edəcək Baş nazirin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin sərəncamı əsasında "İstiqlal" ordeni ilə təltif olunub.
Sözügedən orden indiyədək 74 nəfər verilib, onlardan 9 nəfəri xarici dövlətlərin vətəndaşlarıdır. 2 nəfər Xəlil Rza Ulutürk və Ziya Bünyadov ölümündən sonra ordenlə təltif edilib.
Milli Məclisin 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsdiq edilən və 06.12.1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən təsis edilən "İstiqlal" ordeni 1992–2005-ci illərdə Azərbaycanın ən ali dövlət təltifi hesab olunub.
"İstiqlal" ordeni ilə təltif edilənlərdən 34 nəfəri Heydər Əliyev tərəfindən, 40 nəfəri isə İlham Əliyev tərəfindən təltif olunub.

Azərbaycan Respublikasının “İstiqlal” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakılara görə verilir:

Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə;

Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə;

Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə;

“İstiqlal” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan əvvəl taxılır.
Bu ordenlə təltif edilən ilk şəxslər Xəlil Rza Ulutürk, Məmməd Araz və Bəxtiyar Vahabzadə olub.
Təltif edilən xarici ölkələrin vətəndaşları isə Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, türk professor İhsan Doğramacı, SSRİ Xalq artisti Mstislav Rostropoviç, Rumıniyanın sabiq Prezidenti İon İliyesko, Səudiyyə Ərəbistanının mərhum Kralı Fəhd bin Əbdüləziz Əl Səud, mərhum vəliəhdi Abdullah bin Əbdüləziz Əl Səud, rus dövlət xadimi Nikolay Baybakovdur.
Bu gün, 15:24
10 aydır itkin düşən kişinin qətlə yetirildiyi məlum oldu - Arvadı tutuldu


10 aydır itkin düşən kişinin qətlə yetirildiyi məlum oldu - Arvadı tutuldu

Bakının Sabunçu rayonunda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Bu gün, 15:20
Xarkovda uşaq bağçası bombalandı


Xarkovda uşaq bağçası bombalandı

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Zərbə nəticəsində şəhərdə özəl uşaq bağçasında yanğın baş verib.
Hadisə nəticəsində 1 qadın həlak olub, daha 6 nəfər isə yaralanıb.
Bağçadakı uşaqlar isə təxliyə edilib.
Hücum zamanı bağçanın yaxınlığında yerləşən ofisə də zərər dəyib.
Bu gün, 15:17
Məsud Pezeşkianın oğlu: “Atamın planı düzgün anlaşılmır”


Məsud Pezeşkianın oğlu: “Atamın planı düzgün anlaşılmır”[/color]

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasını tənqid edənlərə cavab verib.
O, “Telegram” kanalında paylaşım edərək atasının ölkədəki problemləri açıq şəkildə qəbul etdiyini və islahat yolunun da məhz buradan başladığını bildirib.
“Atam mövcud çatışmazlıqları səmimi şəkildə etiraf edir və hesab edir ki, bu, dəyişikliklərin başlanğıcıdır. Onun planı, gələcəyə baxışı və ümidi var, amma ideyaları bəzən cəmiyyət tərəfindən düzgün anlaşılmır”, - Yusif Pezeşkian qeyd edib.
Prezidentin oğlu vurğulayıb ki, problemlərin həlli üçün hökumət, parlament, məhkəmə sistemi, dini strukturlar və xalq arasında birgə əməkdaşlıq vacibdir.
“Yeni nəticələr əldə etmək üçün köhnə üsulları təkrarlamaq olmaz. Bəzən hərəkətə başlamaq üçün sistemi silkələmək lazımdır”, - o yazıb.
Bu gün, 15:06
Estoniya XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət etdi


Estoniya XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət etdi

Ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib.
Nazir burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının mənzərəsini seyr edən qonaqlara Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.




Bu gün, 15:02
Orta Dəhliz Şərqlə Qərbi birləşdirən arteriyalardan biridir - Nazir


Orta Dəhliz Şərqlə Qərbi birləşdirən arteriyalardan biridir - Nazir

Orta Dəhliz alternativ deyil, Şərqlə Qərbi birləşdirən arteriyalardan biridir.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə çıxşında deyib.
Onun sözlərinə görə, 2022-ci ildən etibarən Qərb ölkələrinin Orta Dəhlizə böyük marağı müşahidə edilir.
“Vaxtilə Qərb ölkələri Orta Dəhlizi rəqib marşrut kimi dəyərləndirirdilər. Lakin son illərdə həmin ölkələrin dəhlizə maraqlarının artdığını görürük”, - nazir söyləyib.
R.Nəbiyev qeyd edib ki, Azərbaycan Orta Dəhliz layihəsi üzrə öhdəliklərinə sadiqdir:
“Azərbaycanda dəmir yolu infrastrukturu tam yenilənib, minlərlə kilometr dəmir yolları çəkilib. Doqquz beynəlxalq hava limanından üçü bu yaxınlarda azad olunmuş ərazilərdə inşa olunub. Azərbaycan həmçinin Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafına təqribən 1 milyard ABŞ dolları həcmində investsiya yatırıb”.
Nazir Zəngəzur dəhlizinə də toxunaraq dəhlizin inkişafı üçün böyük perspektivin olduğunu vurğulayıb.
Bu gün, 14:57
Simonyan Sahibə Qafarova ilə görüşü barədə: “Çox müsbət oldu”


Simonyan Sahibə Qafarova ilə görüşü barədə: “Çox müsbət oldu”

Ötən gün Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.
Spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar. Onlar konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Simonyan Sahibə Qafarova ilə görüşü barədə açıqlama verib.
O, görüşün məzmumundan danışıb: "Sahibə Qafarova ilə söhbətimiz oldu, məsələn, hərbi təcavüz haqqında danışdıq. Kimlərsə deyir ki, belə bir şey ola bilər, o mənə dedi ki, bu mümkün deyil, bu qədər addım atmışıq".
Erməni spikerin sözlərinə görə, tərəflər görüşdə çox işlər gördüklərini bildiriblər: "Öz üzərimizə beynəlxalq öhdəliklər götürmüşük. Belə bir fikir var ki, parlamentlər cəmiyyətləri hazırlamaq, onları bir-birinə daha da yaxınlaşdırmaq, sülh reallığında yaşamaq, bir-birinə doğru addımlar atmaq məntiqini öz üzərinə götürməlidir. Çox müsbət, isti görüş oldu".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!