Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
11-10-2025, 21:09
Təbrik edirik!


Təbrik edirik!


Bu gün gözəl balamız Elina Orxan qızı Məmmədovanın 1 yaşı tamam oldu. Bu münasibətlə doğmaları və əzizləri onu ürəkdən təbrik edirlər. Əbülfəz dayısı xüsusi şövqlə təbrik edir, Allahdan ona sağlamlıq, xoş günlər arzulayır. Onu dayı olaraq çox sevdiyini bildirir.
Elinanın ilk yaşının işığına gələn nənəsi Rəşidə xanım, babası Vahid bəy də sevimli nəvələrinə yaşın mübarək olsun deyirlər. Həyat yolunun işıqlı, rəngarəng, ömrünün sağlam, bərəkətli olmasını arzulayırlar.

Bu təbriklərə Elina balanın heç görmədiyi bir qohumu- informasiya portalımızın rəhbəri Tamxil Ziyəddinoğlu da qoşulur. Payız gülü Elinaya gül-çiçək təravətli Bahar ömrü, səadət dolu atalı-analı günlər, firavan həyat, Azərbaycanımız üçün layiqli övlad, dövlətimiz üçün ləyaqətli vətəndaş olmasını arzulayır. Bir də arzu edir ki, uzun illər nənələrinin, babalarının nəfəsi balalarının üstündə olsun, yoluna bələdçi, ömrünə duaçı olsunlar.
11-10-2025, 20:30
İsrail səfiri: Qarabağın üç il ərzində keçdiyi inkişaf yolu inanılmazdır


İsrail səfiri: Qarabağın üç il ərzində keçdiyi inkişaf yolu inanılmazdır

Bu mənim Qarabağa ilk səfərimdir. Çox həyəcanlıyam. Biz dünən Füzuliyə gəldik, şəhər ilə tanış olduq. Daha sonra isə Şuşaya gedərək orada gecələdik. Şuşa haqqında çox eşitmişəm. Bu şəhərə səfər etmək və onu öz gözüm ilə görmək olduqca heyranedicidir.
Bu sözləri beynəlxalq konfrans iştirakçısı, İsrailin Azərbaycandakı səfiri Ronen Kraus söyləyib.
“Hazırda isə biz Zəngilan şəhərindəyik. Yadımdadır, Prezident İlham Əliyev ilə ilk görüşümdə demişdim ki, ilk fürsətdə Qarabağ regionuna səfər edəcəyəm. Qarabağa səfər etmək fürsətinə görə çox xoşbəxtəm. Qarabağın üç il ərzində keçdiyi inkişaf yolu inanılmazdır. Səfərimiz zamanı biz dağıdılmış yaşayış əraziləri və kəndlər ilə yanaşı, yeni inşa edilmiş yaşayış infrastrukturu və evləri gördük. İnanıram ki, Azərbaycan hökumətinin davamlı səyləri və investisiyalar nəticəsində bölgədəki infrastruktur, o cümlədən yollar, körpülər və tunellər daha da çoxalacaq, insanlar öz doğma yurdlarına qovuşacaqlar”, - deyə səfir bildirib.
Qeyd edək ki, İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər zamanı Zəngilanda olublar.
11-10-2025, 20:14
Rusiya kilsəni bombaladı - Ölənlər var


Rusiya kilsəni bombaladı - Ölənlər var

Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka şəhərinə idarəolunan aviasiya bombaları ilə zərbə endirib.
Zərbə nəticəsində İova Poçayev kilsəsi və yaxınlıqdakı yaşayış evləri zədələnib, dinc sakinlər arasında ölən və yaralananlar var.
Bu barədə yerli mənbələr Konstantinovka hərbi-idarə başçısı Sergey Qorbunova istinadla məlumat yayıb.
Onun sözlərinə görə, hücum zamanı iki mülki şəxs həyatını itirib, dörd nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Rusiya hərbçiləri şəhərə FAB-250 tipli aviabomba atıblar və bomba kilsə ərazisinə düşüb. Hadisə zamanı ibadətgahda dinc sakinlər olub.
Zərbə nəticəsində kilsənin fasadı, eləcə də doqquz yaşayış evi dağılıb. Yaralılar polis əməkdaşlarının köməyi ilə Druzkovka şəhər xəstəxanasına aparılıb. Qorbunov bildirib ki, başqa bir zərbə nəticəsində xəsarət alan şəxs də müstəqil şəkildə həmin xəstəxanaya müraciət edib.
Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkinin məlumatına görə, hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onun sözlərinə görə, zərbə yerində iki yaşlı uşaq da aşkarlanıb. Uşaq xəsarət almasa da, atası və babası yaralanıb. Azyaşlı sonradan Kramatorska evakuasiya olunub.
Ukrayna rəsmiləri hücumun mülki infrastrukturu hədəf aldığını bildirir və bu hadisəni “müharibə cinayəti” kimi qiymətləndirirlər.
11-10-2025, 19:56
Sumqayıtda yaşayış binasında yanğın - VİDEO


Sumqayıtda yaşayış binasında yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Qüvvələrin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin 13 m² sahədə yanar konstruksiyaları yanıb, yüksək temperaturun təsirindən beşinci mərtəbədə quraşdırıılmış kondisioner mühərriki əriyib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı beşinci mərtəbənin eyvanında köməksiz vəziyyətdə qalmış 1 uşaq və 2 qadın xüsusi təyinatlı texnika - avtonərdivan vasitəsilə xilas edilib.

11-10-2025, 19:53
Almanın kiloqramı 6-7 qəpiyə düşdü


Almanın kiloqramı 6-7 qəpiyə düşdü

İntensiv yağışlar Quba rayonunda meyvə bağlarına ziyan vurub, almanın kiloqramı 6-7 qəpiyə təklif olunur.
Alma becərilməsi Quba rayonunda kənd təsərrüfatının əsas sahələrindən sayılır.
Qubanın alma bağlarında hər il tonlarla məhsul yetişdirilir. Yığılan meyvə yerli bazarlara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur. Sentyabrın ikinci ongünlüyündən etibarən, rayonun alma bağlarında kütləvi məhsul yığımına başlanıb.
Lakin son həftələrdə hava şəraitinin yağıntılı keçməsi səbəbindən bağlarda məhsul yığımında durğunluq müşahidə olunur. Fermerlər məhsulu vaxtında və itkisiz toplamağa çalışsalar da, aramsız yağışlar buna imkan vermir. Nəticədə mənfi təsirlərə məruz qalan almalara bağbanların "çil" adlandırdığı müxtəlif ölçülü ləkələr düşür. Belə olduqda təsərrüfat sahibləri keyfiyyəti dəyişən meyvəyə alıcı tapa bilmədikləri üçün almanı kiloqramı 6-7 qəpiyə emal müəssisələrinə satmaq məcburiyyətində qalıblar.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov məsələ ilə bağlı bildirib ki, almaya ləkə düşməsinin yağıntı ilə əlaqəsi yoxdur:
"Əgər meyvəyə ləkə düşübsə, deməli, bağlara düzgün aqrotexniki qulluq göstərilməyib və ağacların dərmanlaması vaxtında aparılmayıb. Ona görə də bu məsələdə təbiətin təsirindən danışmaq üçün əsas yoxdur".
Qeyd edək ki, ötən il rayonda alma bağlarının sahəsi təqribən 7 min hektardan çox olsa da, bu il həmin göstərici 6,2 min hektara düşüb. Quba bağlarında daha çox məhsuldarlığı ilə seçilən "Qolden", "Simirenko", "Qrani smit" və "Fuji" sortlarının yetişdirilməsinə üstünlük verilir. Alma becərilməsindən imtina olunan bağ sahələrində isə gilas və digər meyvələr yetişdirilib.
11-10-2025, 19:18
ABŞ Qəzzaya qoşun göndərəcək?


ABŞ Qəzzaya qoşun göndərəcək?

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Qəzza zolağına səfərindən sonra bəyan edib ki, Amerika hərbçiləri bölgədə yerləşdirilməyəcək.
Admiralın sözlərinə görə, ABŞ Qəzzədə sülh razılaşmalarına nəzarət məqsədilə hərbi mövcudluq planlaşdırmır.
“CENTCOM-un rəhbərliyi altında Mülki-hərbi əməkdaşlıq mərkəzinin yaradılması üzərində işləyirik. Bu mərkəz postmünaqişə dövründə sabitliyin təmininə yönələn fəaliyyəti əlaqələndirəcək. Bütün bu işlər Qəzzada Amerika hərbçilərinin iştirakı olmadan həyata keçiriləcək”, – deyə Kuper bildirib.
Bu barədə o, “X” sosial platformasında bildirib.
"Fox News"un məlumatına görə, admiral Kuper Qəzzadakı İsrail hərbi bazasına ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla birgə səfər edib. Səfərin məqsədi atəşkəsin şərtlərinə əməl olunmasına nəzarəti yerində qiymətləndirmək olub.
11-10-2025, 18:50
Ordumuz bu ölkələrlə birgə təlimlərə qoşulacaq


Ordumuz bu ölkələrlə birgə təlimlərə qoşulacaq

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirib.
Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
"Birlik - 2025" birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.
11-10-2025, 18:33
Ərdoğan Qəzzaya gedəcək - "Öncə mən, sonra siz!"


Ərdoğan Qəzzaya gedəcək - "Öncə mən, sonra siz!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Qəzza zolağını ziyarət etməyi planlaşdırdığını bildirib.
O, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının Rizə vilayətində keçirilən toplantısında çıxışı zamanı danışıb.
Ərdoğan partiya üzvlərinin zalda səsləndirdiyi “biz də gedəcəyik” replikasına cavab olaraq deyib: “Əvvəlcə mən ora gedəcəyəm, sonra siz.”
Prezident qeyd edib ki, atəşkəs razılaşmasından sonra bölgədə döyüşlərə qayıdış olmamalıdır. Onun sözlərinə görə, İsrail tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və regionun sabitliyini, həmçinin öz vətəndaşlarının təhlükəsizliyini təhdid edən aqressiv siyasətdən imtina etməlidir.
Ərdoğan həmçinin vurğulayıb ki, Qəzzaya humanitar yardımın çatdırılması heç bir maneə ilə üzləşməməlidir.
Türkiyə lideri çıxışının sonunda iki dövlətin yaradılmasını Yaxın Şərqdə “daimi sülhün açarı” adlandırıb.
Ərdoğanın Qəzzaya nə vaxt gedəcəyi məlum deyil.
11-10-2025, 18:31
Bakıda binada yanğın


Bakıda binada yanğın

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 76 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11-10-2025, 18:25
Daha bir küçədə velosiped zolağı çəkildi


Daha bir küçədə velosiped zolağı çəkildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.
AYNA-dan bildirilib ki, məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda bu istiqamətdə işlər metronun “Elmlər Akademiyası” stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə görülür. Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən İnşaatçılar prospekti ilə kəsişməsinə kimi aparılır.
Bununla yanaşı, müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq.
Növbəti mərhələdə isə mikromobillik zolaqları İnşaatçılar prospektində təşkil ediləcək və paytaxtın mərkəzi küçələrində mövcud olan zolaqlarla daha bir istiqamətdən əlaqələndirmə təmin ediləcək. Xatırladaq ki, daha öncə bu əlaqələndirmə digər istiqamətdən Mikayıl Müşfiq küçəsi vasitəsilə həyata keçirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!