Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
3-12-2025, 16:55
Azərbaycanın məşhur diplomatına yeni vəzifə verildi


Azərbaycanın məşhur diplomatına yeni vəzifə verildi

Uzun illər Azərbaycanın Yaponiyadakı səfiri vəzifəsində çalışmış və bu ilin oktyabrında geri çağırılan Gürsel İsmayılzadə yeni vəzifəyə təyinat alıb.
Təcrübəli diplomat Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.
Bu gün o, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.
Türkiyənin Azərbaycandakı səfirliyinin sosial media hesabında bu görüşlə bağlı paylaşım edilib.
“Səfirimiz Birol Akgün Azərbaycan Xarici İşlər Nazirliyində Türkiyə bölməsinin də yer aldığı Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinə təyin olunmuş Gürsel İsmayılzadəyə nəzakət ziyarəti edib”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Gürsel İsmayılzadə 2 dönəm Azərbaycanın Yaponiyada səfiri olub. O, ilk dəfə 2011-ci ilin avqustunda bu vəzifəyə təyin edilib.
“Diplomatik xidmət haqqında” qanuna əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirlərinin xidmət müddəti 5 il olsa da, Gürsel İsmayılzadəyə bu tələblər tətbiq edilmədən onun səlahiyyət müddəti 2019-cu ilə qədər davam edib.
2019-cu ilin yanvarında Prezident İlham Əliyevin sərəncamı ilə Yaponiyadan geri çağrılan G,İsmayılzadə 2020-ci ilin martında, yenidən, Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
İngilis, yapon, rus, ərəb dillərini bilir. Evlidir, bir övladı var.
Gürsel İsmayılzadə gökəmli arxeoloq alim Qüdrət İsmayılzadənin oğludur.

3-12-2025, 16:48
Daha 3 halda işdən çıxarıla bilərsiniz - YENİ QAYDALAR


Daha 3 halda işdən çıxarıla bilərsiniz - YENİ QAYDALAR

Azərbaycan işçilərinin işdən çıxarılması qaydalarına dəyişiklik təklif edir.
Təklif bununla bağlı Əmək Məcəlləsinə təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.
Mövcud qaydalardan əlavə aşağıdakı hallarda da müəssisələr işçini işdən kənarlaşdıra biləcək:

- icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə;

- müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda;

- əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə.

Yeni təkliflə əsasən, işəgötürən işçinin işdən kənar edilməsi üçün əsas olan hal aradan qaldırılanadək işçini işdən kənarlaşdıra biləcək.
İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir. İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə bilər.
3-12-2025, 16:26
Altay Göyüşova xəbərdarlıq edildi - Dekbarın 10-dan...


Altay Göyüşova xəbərdarlıq edildi - Dekbarın 10-dan...

Altay Göyüşovun barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb.
Bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.
Məlumata görə, o, noyabrın 21-də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılsa da, gəlməyib və barəsində qiyabi icraat başlanılıb.
Onun barəsində istintaq bu gün tamamlanıb. Həm Altay Göyüşova, həm də onun seçəcəyi müdafiəçisinə dekabrın 10-dan etibarən cinayət işi ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsində şərait yaradılacağı bildirilib.
Altay Göyüşova xəbərdarlıq edilib ki, əgər o istintaqa gəlməsə, cinayət işi qiyabi icraatda məhkəməyə göndərilə və barəsində qiyabi hökm çıxarıla bilər.
Qeyd edək ki, Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.
O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub.
Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 17-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Altay Göyüşovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 20 aprel 2020-ci ildə “YouTube” internet platformasında “Düz Danışaq” adlı kanalda və 2 sentyabr 2024-cü il və 1 yanvar 2025-ci ildə “Altay Göyüşov” adlı Facebook kanalında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.
3-12-2025, 16:19
Azərbaycan-Türkiyə-ABŞ birgə hərbi təlimi - FOTO


Azərbaycan-Türkiyə-ABŞ birgə hərbi təlimi - FOTO

Türkiyənin İzmir şəhərində "Doğu Akdeniz - 2025" (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.
Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.





3-12-2025, 16:10
Rusiya səfirliyi İrana səyahət edən ruslara çağırış etdi


Rusiya səfirliyi İrana səyahət edən ruslara çağırış etdi

Tehrandakı Rusiya səfirliyi rusiyalı turistlərə İrana səyahət edərkən foto və video çəkilişlərindən çəkinməyi tövsiyə edib.
Diplomatik nümayəndəlik bunun "arzuolunmaz hadisələrin və qəsdən baş verə biləcək qanun pozuntularının" qarşısını almağa kömək edəcəyini bildirib.
Səfirliyin Telegram-da dərc olunmuş mətbuat açıqlamasında deyilir: "Rusiya vətəndaşlarına İran İslam Respublikasına səyahət edərkən yerli qanunvericiliyə ciddi şəkildə riayət etmələri və ehtiyatlılıq göstərmələri tövsiyə olunur".
İranın Rəşt şəhərindəki Rusiya Baş Konsulluğunun veb saytında bildirilir ki, İranda dövlət qurumlarının, xarici nümayəndəliklərin və hərbi obyektlərin foto və video çəkilişləri qadağandır. Bu ərazilərdə xəbərdarlıq lövhələri yerləşdirilib və qayda pozuntuları həbslə nəticələnə bilər. Lakin şəhərin görməli yerlərinin, tarixi abidələrin və "müasir həyat mənzərələrinin" foto çəkilişlərinə icazə verilir.
2023-cü ildən bəri Rusiya və İran arasında vizasız səyahət mexanizmi qüvvədədir. Bu mexanizm 15 gündən çox olmayan müddətə mütəşəkkil turist qrupları (5-50 nəfər) üçün nəzərdə tutulub.
3-12-2025, 11:42
Bakı-Sumqayıt yolunda iki yük maşını toqquşdu


Bakı-Sumqayıt yolunda iki yük maşını toqquşdu

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza yolun Xırdalandan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Isuzu" markalı yük avtomobili digər yük maşınına çırpılıb.
Hadisə zamanı "İsuzu"nun sürücüsü xəsarət alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!