Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Dünən, 23:35
SEPAH-ın iki əməkdaşı öldürdüldü


SEPAH-ın iki əməkdaşı öldürdüldü

İranın qərbində yerləşən Kermanşah şəhərində baş verən iğtişaşlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki hərbi qulluqçusu öldürülüb.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Möhsən Cəmali və Məhəmməd Şeydai etirazçılarla toqquşmalar zamanı öldürülüb.
Dünən, 23:18
Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş


Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş

2024-2025-ci tədris ilində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin Salyan rayonu Ataxan Sadıqov adına Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı rəyi nəzərə alınaraq məktəbin şagirdləri və işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədris prosesi müvəqqəti dayandırılıb.
Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən tədris prosesi 2–3 km məsafədə yerləşən Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində davam etdirilib, şagirdlərin müvafiq nəqliyyat vasitələri ilə daşınması təmin edilib.
2025-ci il dekabrın 26-da Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində dərs saatları başa çatdıqdan sonra binanın bəzi sinif otaqlarında tavanın suvaq qatının yerə tökülməsi halları qeydə alınıb. Hadisə ilə bağlı Regional Təhsil İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin məsul əməkdaşları tərəfindən məktəb binasına baxış keçirilib və tədris prosesinin davam etdirilməsinin təhlükəli olduğu bildirilib.
Şagirdlərin və məktəb kollektivinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda tədris prosesinin fasiləsizləsizliyinin təmin edilməsi məqsədilə hər iki məktəbin şagirdlərinin Azər Əliyev adına Aşağı Kürkənd kənd tam orta ümumtəhsil məktəbində təhsil alması, onların daşınmasının isə müvafiq nəqliyyat vasitələri ilə həyata keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda bildirilib ki, 2026-cı ildə Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbi üçün yeni məktəb binasının tikintisi ilə bağlı qərar qəbul edilib. Paralel olaraq Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir olunması nəzərdə tutulub.
Dünən, 23:03
"Fənərbağça" sabiq qapıçısını transfer etdi


"Fənərbağça" sabiq qapıçısını transfer etdi

Türkiyənin “Fənərbağça” komandası keçmiş qapıçısı Mərt Günoku transfer edib.
36 yaşlı qolkiperlə 2,5 illik müqavilə imzalanıb.
O, son olaraq "Beşiktaş"da çıxış edib.
Dünən, 22:47
Azərbaycanlı gənc ABŞ-də itkin düşdü


Azərbaycanlı gənc ABŞ-də itkin düşdü

ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mirzəyev itkin düşüb.
Bu barədə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri məlumat yayıblar.
Bildirilib ki, Salyan rayonundan olan E.Mirzəyevdən artıq 4–5 gündür heç bir xəbər yoxdur.
Valideynləri övladlarının taleyindən ciddi şəkildə narahatdırlar.
Məlumata görə, E.Mirzəyev Klivlend şəhərində italyan restoranlarından birində çalışıb.
Məsələ ilə bağlı həmvətənlərimiz Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat veriblər. Hazırda Elmar Mirzəyevin tapılması istiqamətində axtarış və araşdırmalar davam etdirilir.
Dünən, 22:22
Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü


Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək.
Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu, 92/352 ünvanındakı binadan gedir
Bildirilib ki, 1908-ci ildə inşa olunan yaşayış binası hazırda qəzalı vəziyyətdə olduğu üçün plana düşüb.
Qeyd edək ki, evlərin hər kvadratmetrinə 1 340 AZN kompensasiya təklif olunur. Sakinlərlə razılıq əldə olunduqdan sonra söküntü işlərinə başlanacaq.
Xatırladaq ki, paytaxtın Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.
Dünən, 21:36
Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu


Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu

Masallı rayon Viləş bələdiyyəsinin sədri Alim Ələmovun ölkədən çıxışına “stop” qoyulub.
Buna Viləş bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 71,62 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 21978,58 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1107,88 manat məbləğində borc səbəb olub.
Ümumilikdə 23 158 manat borcun ödənilməsini təmin etmək məqsədilə bələdiyyə sədrinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilib.
Dünən, 21:25
ABŞ senatı Trampa qadağa qoydu


ABŞ senatı Trampa qadağa qoydu

ABŞ Senatı müharibə səlahiyyətlərinə dair qətnaməni qəbul edib.
Qətnamə layihəsində Prezidentin ABŞ Silahlı Qüvvələrindən Konqresin icazəsi olmadan Venesuela daxilində və ya ona qarşı hərbi əməliyyatlarda istifadəsi qadağan olunur.
Qətnamənin lehinə 52, əleyhinə 47 senator səs verib. Respublikaçılar Partiyasının 5 üzvü layihənin keçməsi üçün Demokratlar Partiyasından olan həmkarlarına qoşulub.
Növbəti mərhələdə tam təsdiq üçün qətnamə Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.
Dünən, 20:49
Paşinyan xüsusi xidmət orqanlarına tapşırıq verdi


Paşinyan xüsusi xidmət orqanlarına tapşırıq verdi

İrəvan silah alır, lakin onlardan istifadə etmək məcburiyyətində qalmayacaq.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, bu açıqlamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin peşə bayramı münasibətilə bu qurumu ziyarət edərkən verib.
Paşinyanın sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti öz imkanlarını ardıcıl olaraq inkişaf etdirməli, o cümlədən xüsusi təyinatlı qüvvələrinin bölmələrini gücləndirməlidir. Eyni zamanda, baş nazir vurğulayıb ki, xidmətin əsas vəzifəsi güc tətbiq etmək zərurətindən yayınmaqdır.
Paşinyan, həmçinin narkotik qaçaqmalçılığına qarşı effektiv mübarizənin vacibliyini vurğulayaraq, bunu Milli Təhlükəsizlik Xidmətinin prioritet fəaliyyət sahələrindən biri adlandırıb.
Dünən, 20:31
Rusiya təyyarələri Tehrandan nə daşıyır?


Rusiya təyyarələri Tehrandan nə daşıyır?

"Rusiyaya aid yük təyyarələri Tehrana eniş edib və onların vasitəsilə İrandan xeyli miqdarda qızıl çıxarılıb".
Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
"İran rəhbərliyi ən pis ssenariyə, yəni "hakimiyyətin mümkün çöküşünə" hazırlaşır. Rusiya yük təyyarələrinin Tehrana böyük ehtimalla silah və sursat, geriyə isə Xameneyinin qızıllarını daşıyırlar.
İran rəsmiləri isə daha çox Fransa vizası almağa üstünlük verir. Bir çox ölkələr vətəndaşlarını İranı tərk etməyə çağırıb. Vəziyyət getdikcə daha da gərginləşir.
İranın hazırda etiraz aksiyasını idarə edəcək, müxtəlif etnik qrupların qəbul edə biləcəyi vahid liderə böyük ehtiyacı var. Pəhləvi bu kriteriyalara cavab vermir", - deyə hərbi ekspert qeyd edib.
Dünən, 19:44
Şahin Bağırov yeni Aparat rəhbəri təyin etdi - FOTO


Şahin Bağırov yeni Aparat rəhbəri təyin etdi - FOTO

Dövlət Gömrük Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.
Komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Əsədov Kənan Elmar oğlu DGK-nin Aparat rəhbəri təyin edilib.
Qeyd edək ki, K.Əsədov 2023-ci ilin oktyabr ayından Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunuşdu.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!