Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
8-01-2026, 12:20
Masallıda xəstə əməliyyat zamanı öldü


Masallıda xəstə əməliyyat zamanı öldü

Masallıda xəstə əməliyyat zamanı ölüb.
Hadisə yanvarın 7-də baş verib. Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və əməliyyat zamanı orada ölüb.
Araşdırmalar aparılır.
8-01-2026, 12:09
Dələduzluq edən SMM saxlanıldı - FOTO


Dələduzluq edən SMM saxlanıldı - FOTO

Vətəndaşlara qarşı dələduzluq edən sosial media meneceri polis tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu Hüseynova Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, həmin məkanların sosial şəbəkələrdə reklamları təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərdən 16379 manat pul vəsaitini əldə keçirib. Daha sonra A.Hüseynova üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib onlarla əlaqəni kəsib. Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.
Məlumat daəlavə olaraq, vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanıldığı və araşdırmalar aparıldığı da qeyd edilib.

8-01-2026, 11:43
Sürücülərin nəzərinə! - Bu yolda təmir başa çatdı - VİDEO


Sürücülərin nəzərinə! - Bu yolda təmir başa çatdı - VİDEO

“Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Süleyman Vəzirov küçəsinin bir hissəsində aparılan yenidənqurma işləri uğurla tamamlanıb. Yenidənqurma işləri Xəqani Rüstəmov küçəsi ilə kəsişmədən Babək prospektinədək olan ərazini əhatə edib.
Agentlikdən verilən məlumata görə, uzunluğu 1100 metr olan sözügedən küçədə hərəkət hissəsinin eni 14 metr təşkil edir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin olunması məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb.
Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün müasir standartlara uyğun işıqforlar və siqnal dirəkləri quraşdırılıb.
Bununla yanaşı, mövcud piyada səkiləri bərpa olunub, zəruri ərazilərdə yeniləri inşa edilib, 5 metr enində yeni piyada səkiləri tikilib və səki hissələri bəzək daşları (tamet) ilə örtülüb.
Aidiyyəti üzrə “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq yol nişanları quraşdırılıb, yol cizgiləri, yolgöstəricilər və piyada keçidləri çəkilib.
Aparılan kompleks yenidənqurma işlərindən sonra Süleyman Vəzirov küçəsinin qeyd olunan hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

8-01-2026, 11:10
Erməni terrorundan 34 il keçir: 25 ölü, 88 yaralı...


Erməni terrorundan 34 il keçir: 25 ölü, 88 yaralı...

Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi dəhşətli terror aktından 34 il ötür.
Söhbət Krasnovodsk-Bakı marşrutu ilə hərəkət edən dəniz bərəsində törədilən terrordan gedir.
Ermənilər 1992-ci il yanvarın 8-də Türkmənistandan Krasnovodsk-Bakı marşrutu ilə hərəkət edən dəniz bərəsində terror aktı törətməklə 25 nəfəri qətlə yetirmişdilər.
Həmin faciədə 88 nəfər yaralanmışdı.
8-01-2026, 02:39
Gürcüstan Azərbaycandan tranzit haqqı alacaq


Gürcüstan Azərbaycandan tranzit haqqı alacaq

Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq.
Bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib.
Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.
“Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!