Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
12-01-2026, 18:19
Rubinyandan sərt cavab: Solovyov itdir!


Rubinyandan sərt cavab: Solovyov itdir!

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan rusiyalı teleaparıcı Vladimir Solovyovun çıxışına münasibət bildirib.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“İt hürər, karvan keçər. Bu vəziyyətdə “it” rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmvətəni Solovyovdur. “Karvan” isə geri dönməz sülhə və inkişafa doğru irəliləyən ölkəmizdir”, – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, V. Solovyovun efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat” keçirilməsinin zəruriliyi barədə bəyanatı rəsmi İrəvanın kəskin etirazına səbəb olub. Hadisə ilə bağlı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib.
12-01-2026, 18:10
İranda saxlanılan etirazçı edam ediləcək


İranda saxlanılan etirazçı edam ediləcək

İranda hazırda davam edən etiraz aksiyaları çərçivəsində saxlanılan Erfan Soltani barəsində ölüm hökmü çıxarılıb.
26 yaşlı E.Soltani yanvarın 14-də edam ediləcək.
Bildirilib ki, o, yanvarın 9-da Kərəc şəhərində saxlanılıb. Bununla yanaşı, ona qarşı sürülən ittihamlar da məlum deyil.
Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. İlk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, hadisələr daha sonradan siyasi xarakter alıb.
“Reuters” agentliyinin məlumatına görə, aksiyalar zamanı 490 etirazçı və təhlükəsizlik qüvvələrinin 48 nümayəndəsinin öldüyü təsdiqlənib. Bundan əlavə, iki həftədir davam edən etirazlarda 10600-dən çox insan həbs olunub.
12-01-2026, 18:06
Deputat öz yerinə onu təyin etdi


Deputat öz yerinə onu təyin etdi

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı, Milli Məclisin deputatı Günay Ağamalıya məxsus "Buta" körpələr evi-uşaq bağçasının qanuni təmsilçisi dəyişib.
Nigar Azər qızı Həsənova uşaq bağçasına qanuni təmsilçi təyin olunub. O bu vəzifədə Günay Ağamalını əvəzləyib.
Qeyd edək ki, "Buta" 2011-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb və hazırda passiv vergi ödəyicisidir. Hüquqi ünvanı paytaxtın Nəsimi rayonu, 999-cu məhəllə, akademik Həsən Əliyev küçəsi, ev 12D-də yerləşir.
2022-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, 999-cu məhəllə, akademik Həsən Əliyev küçəsi, 12D ünvanında yerləşəcək ümumi sahəsi 617.24 kvadratmetr olan obyektin tikintisi üçün Günay Ağamalıya icazə verib. "Buta" ötən ilin sentyabrında məlumat yayaraq bağça üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikildiyini, zirzəmi və birinci mərtəbəsinin artıq inşa edildiyini açıqlayıb. Qeyd edilib ki, 4.5 sotun içərisində mövcud olan qeyri-yaşayış sahəsinin bütün sənədləri hazırdır.
12-01-2026, 18:01
Ermənistan Solovyova görə Rusiyaya nota verdi


Ermənistan Solovyova görə Rusiyaya nota verdi

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
O, qeyd edib ki, səfirə Rusiyanın dövlət televiziya kanalında verilən açıqlamalardan dərin qəzəb ifadə edən etiraz notası təqdim edilib.
"Notada vurğulanıb ki, teleaparıcı Vladimir Solovyovun açıqlamaları Ermənistan Respublikasının suverenliyinə qəbuledilməz qəsd, düşmənçilik aktı və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır".
Rusiyalı teleaparıcı və jurnalist Vladimir Solovyov daha əvvəl bildirib ki, "Ermənistanın itirilməsi Rusiyanın maraqlarına uyğun deyil və Rusiya beynəlxalq hüquqa məhəl qoymadan təkcə Ukraynada deyil, həm də Rusiyanın təsir zonasındakı digər ərazilərdə xüsusi hərbi əməliyyat keçirməlidir".
12-01-2026, 17:56
Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi


Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi

Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla xidmət haqqı aşağıdakı məbləğlərlə müəyyən olunacaq:

- Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 10 faizi və ödənilmiş əlavə icra haqlarının 20 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının 80 faizi) miqdarında;

- Qanunun 35.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 15 faizi və ödənilmiş əlavə icra haqlarının 30 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının tamamı) miqdarında;

- Qanunun 36.1-ci maddəsində nəzərdə tutulan hallarda fəaliyyətin hər tam ayı üçün 2 500 manat miqdarında, lakin 3 aydan çox olmamaqla.

Nəzərdə tutulan xidmət haqqı Xüsusi İcra Məmurlarının Palatasının üzvlük haqları hesabına ödəniləcək.
Xidmət haqqları üzrə hesablaşmalar müvəqqəti fəaliyyət müddəti 30 gün və daha az olduqda həmin müddətin sonunda, 30 gündən çox olduqda isə (bu Qaydanın 2.1-ci bəndi istisna olmaqla) hər 30 gündən bir, habelə müddətin sonunda aparılacaq.
İcra sənədləri üzrə avans ödənişləri müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi üçün istifadə edilə bilməz.
12-01-2026, 17:50
İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK


İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK

İrandakı iğtişaşların təşkilatçılarının ilk qrupu çərşənbə günü səhər Fəcr namazından sonra asılmaqla edam ediləcək.
Bu barədə "İranlı Jurnalistin Gündəliyi" Telegram kanalı məlumat yayıb.
Məhkəmənin həmin şəxslər barəsində sürətləndirilmiş qərar qəbul etdiyi bildirilib.
Edamların bəziləri İslam qanunlarına uyğun olaraq açıq şəkildə həyata keçirilə bilər.
12-01-2026, 17:47
Yeni gömrük yığımları tətbiq ediləcək


Yeni gömrük yığımları tətbiq ediləcək

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bundan sonra "dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar"ın (dəmir armaturlar) 1 tonu üçün - 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək.
12-01-2026, 17:42
Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI


Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI

Azərbaycan gənclərin 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.
Siyahını Elm və Təhsil Nazirliyi açqılayıb.
Təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.
Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvota çərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciət sayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçid balları tətbiq edilə bilər.
Xüsusi olaraq qeyd edək ki, Dövlət Proqramının 15 prioritet ixtisas sahəsi ilə yanaşı, "Mədəniyyət və incəsənət" sahəsi üzrə də bu il imkanlar genişləndirilib. Belə ki, ötən illə müqayisədə bu istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsil müəssisələrinin sayı artırılıb.
Nəzərinizə çatdıraq ki, beynəlxalq reytinq sistemlərində ilk 10-luqda yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün siyahının üzərindəki qeydlərə diqqət etməyinizi xahiş edirik.
Müvafiq siyahı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı
12-01-2026, 17:40
Kuba lideri Trampa cavab verdi


Kuba lideri Trampa cavab verdi

Kuba prezidenti Migel Dias-Kanel bildirib ki, ölkəsi Vaşinqtonla danışıq aparmır.
Migel Dias-Kanel bu haqda X sosial şəbəkəsində yazıb.
"ABŞ hökuməti ilə miqrasiyaya aid texniki əlaqələrdən başqa heç bir danışıqlar aparılmır", - deyə Kuba lideri qeyd edib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Kubanın "çox gec olmadan razılaşmaya getməli olduğunu” bildirmişdi.
12-01-2026, 17:25
Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu


Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev məlumat yayıb.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgəri Ruslan Vaqif oğlu Muradov döyüşdə həlak olub.
1987-ci il təvəllüdlü Ruslan sabah doğulub böyüdüyü Pyatixatsk rayonunun Jovte kəndində dəfn ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!