Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Bu gün, 00:50
Tehran küçələrində böyük izdiham


Tehran küçələrində böyük izdiham

İranın paytaxtı Tehranda minlərlə insan küçələrə axışıb.
Şəhərin müxtəlif yerlərində toplaşan böyük insan kütlələrinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlarda gecə saatlarında davam edən kütləvi yürüşlər və şüarlar əks olunur.
Bu fonda ABŞ Prezidenti Donald Tramp İranda etiraz edənlərə müraciət edib. O, iranlı etirazçılara aksiyaları davam etdirməyi və zorakılıqda iştirak edən şəxslərin adlarını yadda saxlamağı tövsiyə edib. Tramp bildirib ki, etirazçılar imkan daxilində dövlət institutları üzərində nəzarəti ələ almalı və onlara qarşı zorakılıq törədənlərin kimliyini sənədləşdirməlidirlər.
ABŞ prezidenti qeyd edib ki, İranda həlak olanların sayı ilə bağlı bir-birindən fərqli rəqəmlər eşidib. Onun sözlərinə görə, rəqəmlər nə olursa-olsun, hətta bir nəfərin ölümü belə qəbuledilməzdir. Tramp əlavə edib ki, yayılan məlumatlar doğrudursa, iranlılara qarşı son dərəcə amansız rəftar edilir.
Çıxışında “İranı yenidən böyük edək” ifadəsini işlədən Tramp bildirib ki, İran bir vaxtlar güclü ölkə olub və hazırkı vəziyyətin yaranmasına “rejimi ələ keçirən qüvvələr” səbəb olub. Onun sözlərinə görə, baş verənlər olduqca həssas mərhələdədir və bu proseslər təkcə İran üçün deyil, daha geniş miqyasda təhlükə yarada bilər.
Bu gün, 00:37
Rza Pəhləvi ilə gizli görüş


Rza Pəhləvi ilə gizli görüş

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ötən həftəsonu İranın şah sülaləsinin nümayəndəsi şahzadə Rza Pəhləvi ilə görüşüb.
Bu barədə "Axios" portalı yüksəkvəzifəli ABŞ-li məmura istinadən xəbər verir.
Qeyd olunur ki, onların danışıqlarının mövzusu İslam Respublikasında hökumət əleyhinə etirazların eskalasiyası olub.
Söhbətin məzmunu məxfi olaraq qalır, lakin bu səviyyədəki görüş faktı Vaşinqtonun İrandakı vəziyyətə təsir göstərmək üçün alternativ yollar, o cümlədən köhnə elita nümayəndələrinin hakimiyyətə qayıtması ehtimalını axtardığını göstərə bilər.
Xatırladaq ki, Rza Pəhləvi 1979-cu ildə İslam inqilabı zamanı devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğludur.
Bu gün, 00:33
Trampdan İranla bağlı mesaj: Hazır olun!


Trampdan İranla bağlı mesaj: Hazır olun!

Səudiyyə Ərəbistanı, Oman və Qətər ABŞ-ı İrana zərbə endirməməyə inandırmağa çalışırlar.
Bu barədə"The Wall Street Journal" qəzeti yazıb.
Məlumata görə, Vaşinqton yuxarıda adı çəkilən ölkələri belə bir ssenariyə hazır olmaları barədə xəbərdar edib.
Nəşrin məlumatına görə, qeyri-rəsmi söhbətlərdə bu ölkələrin nümayəndələri Ağ Evi İran hökumətini devirmək cəhdlərinin neft bazarlarında qarışıqlığa səbəb olacağı və bunun ABŞ iqtisadiyyatına zərər verəcəyi barədə xəbərdar edirlər.
Bu gün, 00:08
İran rejiminin son günləridir - Almaniyadan reaksiya


İran rejiminin son günləridir - Almaniyadan reaksiya

Almaniya kansleri Fridrix Merts İranda baş verən hadisələr fonunda ölkə rəhbərliyinin legitimliyini şübhə altına alıb.
Bu barədə "Reuters" məlumat yayıb.
“Hesab edirəm ki, hazırda bu rejimin son günlərini və həftələrini müşahidə edirik”, - kansler deyib. Onun sözlərinə görə, İran rəhbərliyinin mövcud vəziyyəti idarə etmək qabiliyyəti ciddi suallar doğurur.
Fridrix Merts X sosial şəbəkəsində paylaşımında da İrandakı zorakılıqlara toxunaraq qeyd edib ki, rejimin öz xalqına qarşı tətbiq etdiyi zorakılıq güc əlaməti deyil, əksinə zəifliyin göstəricisidir.
Bu gün, 00:05
“Qalatasaray” səfərdə qələbə qazandı


“Qalatasaray” səfərdə qələbə qazandı

Türkiyə Kubokunda II turun oyunları davam edir.
“Qalatasaray” səfərdə III Liqa təmsilçisi “Fethiyespor”la qarşılaşıb.
Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Görüş "sarı-qırmızılılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda A qrupunda 6 xalla “Qalatasaray” liderdir. 4 xala malik “Alanyaspor” ikinci, 3 xalı olan “Başakşəhər” isə üçüncü pillədə qərarlaşıb.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!