"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : Dünən, 20:17
ABŞ İranda bu əraziləri vuracaq - ŞOK SİYAHI YAYILDI


ABŞ İranda bu əraziləri vuracaq - ŞOK SİYAHI YAYILDI

Donald Tramp administrasiyası İrana mümkün hərbi zərbə variantlarının müzakirə olunduğu bir vaxtda ölkə ərazisindəki prioritet hərbi hədəflərin müəyyənləşdirib.
"Daily Mail" nəşrinin məlumatına görə, Vaşinqtonda fəaliyyət göstərən və nüvə silahlanmasına qarşı mövqe tutan qeyri-hökumət təşkilatı "United Against Nuclear Iran" (UANI) İranda yerləşən 50 obyekti əhatə edən dosye hazırlayaraq bazar ertəsi səhər saatlarında, milli təhlükəsizlik üzrə əsas müşavirələr ərəfəsində Ağ Ev nümayəndələrinə təqdim edib.
Sənəddə iddia edilir ki, hədəflər siyahısına İslam İnqilabı Keşikçiləri Korpusunun Tehranda yerləşən və “Tarallah” qərargahı kimi tanınan mərkəzi komanda məntəqəsinin dəqiq koordinatları daxildir. UANI-nin iddiasına görə, bu qərargah etirazların yatırılmasının əsas əməliyyat mərkəzi hesab olunur və faktiki olaraq polis qüvvələrinin fəaliyyətini koordinasiya edir.
Dosyedə həmçinin Tehranın müxtəlif bölgələrinə nəzarət edən dörd tabeli qərargah da qeyd olunub. “Qüds” qərargahı paytaxtın şimal və şimal-qərb hissələrinə, “Fəth” qərargahı cənub-qərbə, “Nəsr” qərargahı şimal-şərqə, “Qədr” qərargahı isə cənub-şərq və mərkəzi rayonlara cavabdeh göstərilir.
UANI hesab edir ki, bu obyektlərin müəyyənləşdirilməsi Korpusun etirazların yatırılmasına cəlb olunan qüvvələri necə koordinasiya etdiyini anlamağa imkan verir. Təşkilatda İİKK üzrə araşdırmalar direktoru Kasra Aarabinin sözlərinə görə, silahsız etirazçılarla tam silahlanmış repressiv aparat arasındakı güc balansı dəyişmədikcə, etirazlar və zorakılıq dövrü davam edəcək.
Sənəddə Tehranda mövcud olduğu iddia edilən gizli infrastrukturdan da bəhs olunur. Bildirilir ki, bu şəbəkə rejimin ən radikallaşmış strukturlarının - kəşfiyyat, polis və psixoloji əməliyyat bölmələrinin idarə olunmasına xidmət edir.
Hədəflər siyahısına, həmçinin Tehranın 22 bələdiyyə rayonunda yerləşən 23 regional “Basij” bazası da daxil edilib. “Basij” İİKK-nin daxili yarımhərbi birləşməsi kimi tanınır və etirazların yatırılmasında əsas rol oynayan qurumlardan biri hesab olunur.
Ağ Ev nəşrin dosye ilə bağlı şərh sorğusuna cavab verməyib.
UANI sənədində etirazçılara qarşı zorakılıqda əsas rol oynadığı iddia edilən digər bölmələr də sadalanır. Bunlara Tehranın şimal-şərqində yerləşən “Aal-e Mohammad” təhlükəsizlik briqadası və paytaxtın cənub-şərqində fəaliyyət göstərən “Əl-Zəhra” briqadası daxildir.
Məlumat fonunda bildirilir ki, etirazlar zamanı ölənlərin sayı iki mini keçib, minlərlə insan isə edam təhlükəsi ilə üzləşə bilər. Bu vəziyyətdə Tramp administrasiyası diplomatik səbr dövrünün başa çatdığını nümayiş etdirib. Prezident İran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini, etirazçılara “yardım yoldadır” mesajını verdiyini və onlardan “qatillərin və cəlladların” adlarını yadda saxlamağı xahiş etdiyini açıqlayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!