İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Bu gün, 20:10
İsrailin XİN başçısı Azərbaycana yola düşdü


İsrailin XİN başçısı Azərbaycana yola düşdü

İsrail xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi 40 iş adamından ibarət nümayəndə heyəti Azərbaycan və Qazaxıstana yola düşüb.
Səfər ikitərəfli siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.
Səfər proqramına rəsmi tədbirlər, eləcə də dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri ilə əlaqələr daxildir. Xüsusilə yəhudi icmalarının nümayəndələri ilə görüşlərə diqqət yetiriləcək.
Qazaxıstana səfər ölkənin İbrahim Sazişlərinə qoşulması ilə əlaqədardır. Bundan əlavə, nazir Astanada Beynəlxalq Holokost Anım Gününü qeyd etmək üçün tədbirlərdə iştirak edəcək.
Saarı 40-dan çox iş adamı və İsrail dövlət qurumlarının nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edir. Nümayəndə heyəti su texnologiyaları və kənd təsərrüfatı, kibertəhlükəsizlik, mühəndislik, maliyyə, səhiyyə və digər sektorları təmsil edir.
Saarın təşəbbüsü ilə Bakı və Astanada da biznes forumlarının keçirilməsi planlaşdırılır. Bu forumlara İsrail nümayəndə heyətinin nümayəndələri ilə yerli sahibkarlar və işgüzar dairələr arasında görüşlər də daxil olacaq.
Bu gün, 19:51
Moskva geri addım atır?


Moskva geri addım atır?

Rusiya nümayəndə heyəti Əbu-Dabidə keçirilən danışıqlarda ərazi məsələləri üzrə ABŞ-ın mövqeyi ilə razılaşmağa məcbur olub və ilkin tələblərindən geri çəkilib.
Bu barədə Britaniyanın "The Times" qəzeti adını açıqlamayan rusiyalı diplomatın sözlərinə istinadən yazır.
Nəşrin məlumatına görə, üçtərəfli məsləhətləşmələrin ilk günü yekunlaşdıqdan sonra Rusiya tərəfi əvvəlcə ərazi güzəştləri ilə bağlı müəyyən öhdəliklər əldə etməyə ümid edib. Lakin nəticədə ABŞ nümayəndələrinin mövqeyi qəbul olunub.
“Biz əvvəlcə ərazi güzəştlərinə dair hansısa öhdəlik almağa ümid edirdik, amma sonda amerikalılarla razılaşmalı olduq”, - mənbə bildirib.
Yanvarın 24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların ikinci raundu başa çatıb. TASS-ın mənbələri görüşdə “bufer zonalar” və “müxtəlif nəzarət mexanizmləri”nin müzakirə olunduğunu bildiriblər. Ukrayna mətbuatı isə tərəflərin atəşkəsə dair məsələlərdə müəyyən irəliləyiş əldə etdiyini, lakin ərazilər üzrə kompromisə gələ bilmədiyini yazır.
Ukrayna Prezidenti Vladimir Zelenski danışıqları “konstruktiv” adlandıraraq tərəflərin bir çox mövzunu müzakirə etdiyini deyib. Onun sözlərinə görə, üçüncü raundun gələn həftə keçirilməsi mümkündür.
Bu gün, 19:42
Sahibə Qafarova həmkarı ilə görüşdü


Sahibə Qafarova həmkarı ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində yanvarın 25-də bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Salehlə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Əli bin Saleh Al Saleh bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirərək, bu çərçivədə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan parlamentinin sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfərinin münasibətlərimizin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparmağa imkan verəcəyini vurğulayıb.
Söhbət zamanı xalqlarımızın dost ölkələrimizi birləşdirən ümumi dini və mədəni dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq, siyasi təmasların, iki dövlət arasında müxtəlif sahələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrin inkişafına təkan verəcəyinə inamlarını ifadə ediblər.
Görüşdə ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq etdikləri vurğulanaraq, bu təşkilatlarda qarşılıqlı dəstək göstərilməsindən razılıq ifadə olunub.
Söhbət zamanı qanunvericilik orqanları arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Bəhreyn qanunvericilik orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Hər iki ölkənin parlament sədrləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə töhfə verib.
Spiker Sahibə Qafarova Şura Məclisinin sədri ilə bundan əvvəlki görüşlərini, həmçinin, Əli bin Saleh Al Salehin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Manama şəhərində keçirilən konfransında iştirakını məmnunluqla xatırlayıb. Vurğulanıb ki, Bəhreyn Parlamenti bu mühüm parlament platformasının bütün konfrans və parlament tədbirlərində, o cümlədən, təşkilatın rəhbər orqanlarında təmsil olunur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bu gün, 19:10
Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu


Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu

ABŞ-nin Corciya ştatında yerləşən Emori Universiteti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani işdən çıxarıb.
Bu barədə Universitet məlumat yayıb.
Qərar artan siyasi təzyiqlər, ictimai etirazlar və ABŞ rəsmilərinin narazılığı fonunda qəbul edilib.
O, Emori Universitetinin Hematologiya və Tibbi Onkologiya kafedrasında dosent vəzifəsində çalışıb. Fatimə ilə bağlı məlumatlar artıq universitetin internet səhifəsindən silinib.
Bu gün, 18:54
Rusiya Maduronun azad edilməsini tələb edir


Rusiya Maduronun azad edilməsini tələb edir

Rusiya Venesuelanın sabiq Prezidenti Nikolas Maduronun dərhal azadlığa buraxılmasını tələb edir.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə açıqlamasında Moskvanın sözügedən məsələdəki mövqeyini ifadə edib.
Diplomat bildirib ki, hazırda istənilən müzakirənin başlaması üçün ilk addım Maduro və həyat yoldaşı Siliya Floresin azad edilməsidir.
Ryabkov Moskvanın Maduroya siyasi sığınacaq verib-verməyəcəyi ilə bağlı sualları cavablandırarkən qeyd edib ki, bu məsələ yalnız o azad edildikdən sonra müzakirə mövzusu ola bilər:
“Hazırda hər şey hipotetik xarakter daşıyır. Əsas məsələ onun azadlığa buraxılmasıdır”.
Xatırladaq ki, 3 yanvar tarixində ABŞ xüsusi təyinatlıları Venesuelada “Mütləq Qətiyyət” (“Operation Absolute Resolve”) adlı hərbi əməliyyat keçirərək Nikolas Maduronu və xanımını həbs ediblər. Onlar dərhal Nyu-Yorka aparılıb və hazırda Manhetten federal məhkəməsində narkoterrorizm, kokain qaçaqmalçılığı və qanunsuz silah saxlama ittihamları ilə mühakimə olunurlar.
Bu gün, 18:39
NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi


NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi

NATO-nun Norveç ərazisində keçirdiyi qış hərbi təlimləri zamanı gözlənilməz vəziyyət yaşanıb.
Manevrlər çərçivəsində ehtiyatda olan Finlandiya hərbçiləri ilə qarşıdurmada ABŞ qoşunları geri addım atmaq məcburiyyətində qalıb.
“Birgə Vikinq” adlı təlim zamanı Finlandiya tərəfi hücum mövqeyində çıxış edib, Amerika hərbçiləri isə müdafiə xəttini qoruyub. Təlimin gedişində fin əsgərlərinin ABŞ qüvvələrinə qarşı aşkar üstünlük qazandığı bildirilib.
Nəşrə danışan hərbi mənbənin sözlərinə görə, finlandiyalı əsgərlərə hücumların intensivliyini azaltmaqla bağlı tövsiyə verilib. Səbəb isə ABŞ hərbçilərinin şərti itkilərinin həddindən artıq artması olub ki, bu da onların mənəvi durumuna mənfi təsir göstərib.
Mənbə qeyd edib ki, ABŞ ordusunun həm əməliyyat təcrübəsi, həm də Arktika iqlimində döyüş hazırlığı baxımından boşluqları üzə çıxıb. Avropadakı NATO üzvləri – xüsusilə Finlandiya, Norveç və Böyük Britaniya – sərt və soyuq şimal şəraitində fəaliyyətə daha yaxşı uyğunlaşıb.
Xatırladaq ki, Norveç Silahlı Qüvvələrinin rəhbərliyi altında keçirilən “Birgə Vikinq” təlimlərində ümumilikdə 10 minə yaxın hərbçi iştirak edib.
Bu gün, 18:27
Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı


Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı

Qrenlandiyanın paytaxtı Nuukda elektrik və istilik sistemi kəsilib.
Bu barədə "Reuters" məlumat yayıb.
Agentlik bildirib ki, "Soyuq qış gecəsində minlərlə insan elektriksiz və istiliksiz qalıb".
Hadisəyə səbəb kimi fırtınalı küləklərin elektrik kabelini sıradan çıxarması göstərilir.
Bu gün, 18:21
“Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı


“Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı

Məşhur e-ticarət platforması “Temu” Türkiyədəki fəaliyyətində köklü dəyişiklik edərək xaricdən məhsul satışını rəsmən dayandırıb.
Bu gündən etibarən platforma Türkiyədəki istifadəçiləri üçün beynəlxalq sifarişləri tamamilə qeyri-aktiv edib.
Hazırda sayt və tətbiq üzərindən axtarış edən müştərilər yalnız Türkiyə daxilindəki anbarlardan göndərilən və yerli satıcılara məxsus məhsulları görə bilirlər.
Xatırladaq ki, yanvarın 21-də Türkiyə Rəqabət Qurumu tərəfindən “Temu”nun İstanbul ofisində qəfil yoxlama aparılıb və şirkətin rəqəmsal məlumatları araşdırılıb.
Bundan əlavə, Türkiyə hökuməti yanvarın 7-də dərc edilən yeni qərarla xaricdən gələn bağlamalar üçün tətbiq olunan 30 avroluq (təxminən 60 AZN) rüsumsuz limiti fevralın 1-dən (bəzi bəndlər üzrə isə 6-dan) etibarən tamamilə ləğv edib.
Bu gün, 18:05
Fərəh Pəhləvi İranda ölənlərdən danışdı


Fərəh Pəhləvi İranda ölənlərdən danışdı

Şahbanu Fərəh Pəhləvi İranda etirazçıların ölümünə görə kədərləndiyini bildirib.
O, bununla bağlı bəyanat yayıb.
Fərəh Pəhləvi verdiyi açıqlamada bu ölümlərin "İranın ruhunda dərin bir yara" qoyduğunu bildirib və indi, həmişəkindən daha çox, "həmrəylik və insanlıq içində birləşməyin" vacib olduğunu vurğulayıb.
"Biz həqiqəti, ədaləti və insan ləyaqətini müdafiə edərək İranın azadlığı uğrunda bütün şəhidləri xatırlamağa davam edəcəyik. İşıq qaranlıq üzərində qələbə çalacaq", - deyə Pəhləvi yazıb.
Bu gün, 17:36
Putin və ABŞ nümayəndələrinin görüşü gündəm oldu - DETALLAR


Putin və ABŞ nümayəndələrinin görüşü gündəm oldu - DETALLAR

ABŞ Prezidenti Donald Trampın nümayəndə heyəti ilə Rusiya Prezidenti Vladimir Putin arasında Kremldə keçirilən görüş diqqətçəkən məqamlarla yadda qalıb.
Yanvarın 23-nə keçən gecə baş tutan və təxminən dörd saat davam edən qapalı danışıqlarda ABŞ nümayəndə heyətinin üzvləri – Cared Kuşner və Ağ Evin müşaviri Coş Qruenbaumun üzərində daşıdığı aksesuarlar maraq doğurub.
“Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinin yaydığı kadrlarda amerikalı rəsmilərin biləklərində taxdıqları qeyri-adi cihazlar diqqətdən qaçmayıb və müzakirələrə səbəb olub.
Bildirilib ki, həmin qurğular stress səviyyəsini, ürək ritmini və yuxu mərhələlərini izləyən müasir “smart” texnologiyalardır. Bu isə ABŞ nümayəndələrinin gərgin və mühüm danışıqlar zamanı öz fiziki və emosional durumlarını nəzarətdə saxladıqlarını göstərir.
Bununla yanaşı, Cared Kuşnerin biləyində uğur simvolu sayılan qırmızı sapın da kameralara düşdüyü qeyd olunub. Jurnalistin sözlərinə görə, müzakirə edilən məsələlərin ciddi olmasına baxmayaraq, amerikalı nümayəndələr sakit və rahat təsir bağışlayıb, hətta gülümsəyərək zarafat ediblər.
Qeyd edək ki, görüş zamanı Ukrayna böhranının həlli ilə bağlı “Alyaska formulu”, eləcə də Rusiyaya məxsus dondurulmuş aktivlərin bir hissəsinin Trampın təşəbbüsü olan “Sülh Şurası”na yönləndirilməsi kimi mühüm strateji mövzular müzakirə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!