Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                        Məşhur türkiyəli futbolçu Azərbaycandan təklif alıb .....                        Nazirlikdə kadr dəyişkiliyi: direktoru yenisi əvəz etdi .....                        Məhkəmə Ədalət Verdiyevlə bağlı qərar verdi .....                        Qar yağacaq - XƏBƏRDARLIQ .....                        Pezeşkian qubernatorlara əmr verdi: Ölənlərin ailələrilə görüşün! .....                        Rusiya Timoşenkonu beynəlxalq axtarışa verdi .....                       
Bu gün, 16:18
Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib


Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib

Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. Belə ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib.
Nəticədə dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər vəzifələr ləğv edilib. eatrların yeni strukturunda Strategiya və komunikasiya, Yaradıcı şöbə və artist heyətinin idarəedilməsi şöbələri formalaşdırılıb.
Beləliklə, dövlət teatrlarında bədii rəhbər, baş rejissor işləyən xeyli tanınmış mədəniyyət və incəsənət xadimi avtomatik olaraq vəzifəsini itirib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də vəzifəsini itirən incəsənət xadimləri sırasındadır.
Mehriban Ələkbərzadə bu xəbəri təsdiqləyib və bu məsələnin uzun müddətdir müzakirə edildiyini bildirib:
“Söhbət konkret olaraq hansısa teatrın, o cümlədən Akademik Milli Dram Teatrının deyil, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən yeni konsepsiya və islahat qərarından gedir.
Uzun zaman ərzində bu konsepsiya ətrafında müzakirələr və fikir mübadilələri aparılıb. Söhbət yalnız baş rejissor institutundan yox, eyni zamanda bədii rəhbərlər, baş rəssamlar və ümumilikdə rəhbər vəzifələrin optimallaşdırılması, kadr islahatları ideyasından gedir. Bu, nazirliyin qarşısına qoyduğu genişmiqyaslı strategiyanın tərkib hissəsidir”.
M.Ələkbərzadə qeyd edib ki, aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul edilib və hazırda bu konsepsiyanın icrasına başlanılıb:
“Artıq qərar verildiyi üçün məsələyə münasibət də bu kontekstdə dəyərləndirilməlidi”.
Əməkdar incəsənət xadimi ixtisarlarla bağlı onlara bildirişin daxil olub-olmadığı sualına belə cavab verib:
"Bu cür qərarlar adətən rəsmi bildiriş formasında təqdim edilmir. Proses açıq müzakirələr, fikir ayrılıqları və mübahisələr şəraitində aparılıb və bu, normal bir praktika kimi qiymətləndirilməlidir”.
Bu gün, 16:10
Rusdilli TV-lərdə dezinformasiya kampaniyası aparılır - MEDİA


Rusdilli TV-lərdə dezinformasiya kampaniyası aparılır - MEDİA

Medianın İnkişafı Agentliyi Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyi hədəf alan dezinformasiya ilə bağlı açıqlama yayıb.
Bu barədə MEDİA-dan məlumat verilib.
Bildirilib ki, bir sıra xarici onlayn xəbər kanallarında və sosial media seqmentlərində Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan, mənbəyi şübhə doğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterli məlumatların yayılması halları müşahidə olunur:
"Aparılmış ilkin araşdırmalar nəticəsində bu dezinformasiya kampaniyasının internetin rusdilli seqmentində “Tsargrad.tv” resursundan qaynaqlandığı aşkar edilmişdir.
Ölkəmizə qarşı yönəlmiş, saxta və manipulyativ məzmunlarla ictimai rəyi çaşdırmağa çalışan, Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almağa xidmət edən bu kimi dezinformasiya əməllərini kəskin şəkildə qınayır və qəbuledilməz olduğunu vurğulayırıq. Azərbaycan və Türkiyə jurnalistlərini, həmçinin media subyektlərini bu cür dezinformasiya cəhdlərinə qarşı prinsipial mövqe sərgiləməyə, mənbəyi təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə və informasiya mühitinin qorunması istiqamətində məsuliyyətli davranmağa çağırırıq.
Eyni zamanda, hər iki ölkənin ictimaiyyətini saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların verdiyi açıqlamaları əsas götürməyə dəvət edirik.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bu kimi halların qarşısının alınması və vahid mövqenin formalaşdırılması məqsədilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir".
Bu gün, 16:07
Bakıda 6 narkotacir tutuldu


Bakıda 6 narkotacir tutuldu

Paytaxtda narkotiklərin satışını həyata keçirən 6 nəfər saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin paytaxt ərazisində satışını həyata keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev, Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova tutulublar.
Onlardan 21 kq marixuana, heroin, metamfetamin və 246 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əlbəəl satışı və qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.
Bu gün, 15:34
Bakıda mənzildə meyit tapıldı


Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bu gün, 15:30
Avtomobillərdən oğurluq edən şəxs saxlanıldı - VİDEO


Avtomobillərdən oğurluq edən şəxs saxlanıldı - VİDEO

Paytaxtın Nəsimi rayonu ərazisində 4 avtomobildən içərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların, həmçinin mobil telefonun oğurlanması, beləcə zərərçəkənlərə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyev saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisindəki daha bir avtomobildən oğurluğa cəhd göstərməsi, həmçinin Abşeron rayonunda üç avtomobildən pul oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bu gün, 15:26
Bakıda avtobusda ölən sərnişin cərrah olub


Bakıda avtobusda ölən sərnişin cərrah olub

Bakıda sərnişin marşrut avtobusunda vəfat edib.
Hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.
53 saylı xətt avtobusunda Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Məhəmməd oğlu Aydəmirov qəfil vəfat edib.
Dərhal təcili tibbi yardım çağırılsa da, onun öldüyü müəyyən edilib.
İlkin məlumata görə, M.Aydəmirov infarktdan həyatını itirib.
Qeyd edək ki, vəfat edən şəxs cərrah olub. O, uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.
Araşdırma aparılır.
Bu gün, 15:22
Spiker BƏƏ Federal Milli Şurasının sədri ilə görüşdü


Spiker BƏƏ Federal Milli Şurasının sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunub, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrin arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub.
Vurğulanıb ki, iki ölkənin liderlərinin birgə səyləri və şəxsi münasibətləri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında, habelə xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə imkan verib və bu gün ölkələrimiz bir çox sahələrdə geniş və uğurlu əlaqələrə malikdir.
Milli Məclisin sədri, Azərbaycan Prezidenti İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görüldüyünü xatırladaraq, dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiq görülməsinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələr arasında yüksək səviyyəli əlaqələr parlament platformasında da uğurla davam etdirilir və son dövrlər qanunvericilik orqanlarımız arasında təmaslar və qarşılıqlı səfərlər daha da artıb.
Spiker Sahibə Qafarova ötən il özünün Birləşmiş Ərəb Əmirliklərinə, Saqr Qobaşın isə Azərbaycana rəsmi səfərlərini xatırlayaraq, bu səfər və görüşlərin, həmçinin, parlamentlər arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əlaqələrin daha da dərinləşməsinə imkan verdiyini bildirib. O cümlədən, parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.
Bu gün, 15:19
Sabiq prezident ABŞ-də işə düzəldi


Sabiq prezident ABŞ-də işə düzəldi

Polşanın sabiq prezidenti Andjey Duda Amerika Birləşmiş Ştatlarında iş tapıb.
O, xaricdə suverenlik və milli müdafiə ideyalarını təşviq edən konservativ liderlərlə əməkdaşlığı ilə tanınan “Heritage” (İrs) Fondunun sıralarına qoşulub.
“Mənim üçün "Heritage" Fonduna qoşulmaq böyük şərəfdir,”- deyə Duda bildirib.
O, prezident vəzifəsində olarkən azadlığın qorunması üçün qarşısını alma, müdafiəyə investisiya və möhkəm alyansların əhəmiyyətini gördüyünü qeyd edib.
Duda öz yeni postunda Avropada mühafizəkar siyasətin təşviqinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, sabiq prezident fondda dəvətli elmi işçi vəzifəsində çalışacaq.
Bu gün, 15:11
ABŞ Rusiya-Ukrayna danışıqlarından çıxmağa hazırlaşır


ABŞ Rusiya-Ukrayna danışıqlarından çıxmağa hazırlaşır

ABŞ Rusiya-Ukrayna danışıqları nəticə verməsə, mayın 15-də prosesi tərk edəcək.
Bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko bildirib.
"Əgər razılığa gəlməsək, onlar danışıqlar prosesindən çəkiləcək və bu məsələdən tamamilə imtina edəcəklər", - deyə deputat yazıb.
Onun sözlərinə görə, bunun əsas səbəbi 2026-cı ilin noyabrında ABŞ-da keçiriləcək aralıq seçkiləridir.
Tramp administrasiyasının bu seçkilərə həll olunmamış münaqişə ilə yaxınlaşması, Respublikaçıların Demokratlar üçün hədəfə çevrilə biləcəyi ilə bağlıdır.
Bu gün, 15:02
Qısqanc ər arvadına görə dayısı oğlunu küçədə döydü


Qısqanc ər arvadına görə dayısı oğlunu küçədə döydü

Bakıda qısqanc kişi küçədə dayısı oğlunu döyüb.
Hadisə Sabunçu rayonu, Maştağa-Zabrat yolunun kənarında qeydə alınıb.
35 yaşlı Firudin Ələkbərli (ad və soyad şərtidir) arvadını dayısı oğluna qısqandığı üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı Firudin dayısı oğlunun sifətinə yumruqla zərbə vuraraq, onu yerə yıxıb. Nəticədə zərərçəkən sifət nahiyəsindən xəsarətlər alıb.
Bu əməlinə görə, F. Ələkbərli saxlanılıb və barəsində cinayət işi açılıb.
Hər iki tərəf ifadələrində dəymiş ziyanın ödənildiyini və barışdıqlarını deyərək, məhkəmədən cinayət təqibinə xitam verilməsini istəyiblər.
Sabunçu rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və F. Ələkbərli məsuliyyətdən azad olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!