Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
28-01-2026, 15:59
Spiker Omanda səfərdədir


Spiker Omanda səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 28-də Oman Sultanlığına rəsmi səfər edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Məsqət Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Oman Sultanlığı Şura Məclisinin Azərbaycanla parlament dostluq qrupunun üzvü Məhəmməd bin Salim Əs-Süleymani, Şura Məclisinin üzvləri, Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
28-01-2026, 15:47
"Qarabağ" Liverpula azarkeş aparmayıb - Mətbuat katibi


"Qarabağ" Liverpula azarkeş aparmayıb - Mətbuat katibi

Azərbaycandan gedən 1300-ə yaxın azarkeş bu gün İngiltərənin “Enfild" stadionunda "Liverpul” - "Qarabağ” oyununa canlı baxacaq.
Bunu "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev bildirib.
O, qeyd edib ki, azərbaycanlı azarkeşlərin hamısı Bakıdan Liverpul şəhərinə öz hesablarına gediblər.
"Stadionda komandamızı təxminən 1300 azarkeş dəstəkləyəcək. Azarkeşlərin hamısı biletləri öz vəsaitləri hesabına alıb və səfərlə bağlı bütün xərcləri də özləri qarşılayıblar",- Anar Hacıyev deyib.
Qeyd edək ki, bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci-sonuncu turu oynanılacaq. Bu turda “Qarabağ” səfərdə İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq. "Enfild" stadionunda baş tutacaq matçı Slovakiyadan olan FİFA referisi İvan Krujlyak idarə edəcək. Oyun gecə saat 00:00-da başlayacaq.
28-01-2026, 15:42
Elçin Quliyev generalı rəis təyin etdi - FOTO


Elçin Quliyev generalı rəis təyin etdi - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında yeni təyinat olub.
Bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev Əmr imzalayıb.
Əmrə əsasən, Vətən müharibəsinin qəhrəmanlarından biri - “Zəfər” ordenli general-mayor Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi təyin olunub.
N.Mirəzev bundan əvvəl qurumun Çevik Hərəkət Qüvvələrinin Komandanının birinci müavini-Qərargah rəisi vəzifəsində işləyib.
Qeyd edək ki, Nəsib Tahir oğlu Mirzəyev Cəlilabad rayonunun Ləkin kəndində anadan olub.
O, Vətən müharibəsində böyük qəhrəmanlıq, igidlik və sücaət göstərib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Zəfər”, İkinci dərəcəli “Vətənə xidmətə görə”, Üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

28-01-2026, 13:45
XATİRƏLƏRDƏ YAŞAYAN ÖMÜR


YAVƏR NURİYEV


XATİRƏLƏRDƏ

YAŞAYAN ÖMÜR


"Zəngəzurun səsi" qəzetinin təsisçisi və baş redaktoru, “Azərsu” əməkdaşı, Qarabağ müharibəsi veteranı Yavər Nuriyevin həkimlərin səhlənkarlığı nəticəsində vaxtsız vəfatı məni dərin hüznə qərq etdi. Bu ağır itki illərin dostluğunu, unudulmaz xatirələri bir-bir gözlərim önünə gətirdi.
Yavər müəllim 1988-ci ildə Zəngəzurun Qafan rayonundan didərgin düşərək Bakıda məskunlaşmışdı. Uzun illər San-Marino, sonradan adı dəyişdirilmiş Beynəlxalq Universitetdə çalışmış, zəhməti ilə özünə həyat qurmuşdu. İki qız övladını böyüdüb ailə sahibi etmiş, nəvələrinin sevincini yaşamışdı. Dostları kimi mən də toylarında iştirak etmiş, xeyir-duamı vermişdim.
O, həm də Birinci Qarabağ Müharibəsinin iştirakçısı idi və Ağdamda düşmənə qarşı döyüşmüş, ərazi bütövlüyümüzü qorumuşdu. Bu, onun cəsarətini və vətənpərvərliyini əyani şəkildə göstərir. Yaddaşı olduqca güclü idi. Kiminsə adını soruşanda, həmin adamın mobil, hətta ev telefonunu belə əzbərdən deyirdi.
Zəngəzurun səsi” qəzetində çoxsaylı yazılarım dərc olunmuşdu və bu işlərdə mən Yavər müəllimə hər zaman dəstək olurdum. Elə buna görə də çoxları məni qəzetin əməkdaşı hesab edirdi. Yavər müəllimi şəhid atası mərhum Məhəmməd Mürsəl oğlu, Elman Süleymanov və bir çox ziyalı insanlarla məhz mən tanış etmişdim. O, bu tanışlıqlara xüsusi dəyər verir, əlaqələri daim qoruyub saxlayırdı.
Yaxın qohumum əslən Qafanlı olan şəhid qardaşı Rəfaili də Yavər müəllimlə mən tanış etmişdim. Yavər müəllim söhbətcil, zirək, ürəkli insan idi, insanlarla tez ünsiyyət qurur, hər kəsin rəğbətini qazanmağı bacarırdı.
Birlikdə keçirdiyimiz günlər saysızdır. Qəbələnin Vəndam kəndinə əsgər yoldaşının oğlunu hərbi xidmətə yola salmağa getmişdik. Qayıdanda Mingəçevirdə bibim oğlu, şəhid Nahidin qardaşı Arif Həmid oğlunun evində süfrə arxasında olmuşduq. Daha sonra Ağsuda Raziyə xanımın anasının evində qonaq qaldıq. Hər yerdə səmimiyyət, dostluq və isti münasibət vardı. Səfərimiz barədə iki qoşa səhifə məqaləm dərc olunmuşdu.
Ad günləri də yaddaqalan keçirdi. Məhəmməd kişi bir dəfə ona ad günündə bir qoyun hədiyyə etmişdi. Vişnovkadakı bağında təşkil olunan ad günündə məclisi Şamo idarə edirdi, Cahan xanımın sevinci gözlərindən oxunurdu. Bağ süfrəsinin öz ləzzəti olurdu. Həmin gün Yavər müəllim təzə üzüm yarpağı yığdırıb bizə pay vermişdi.
Qələm dostumuz, "Bütöv Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlunun tərtib etdiyi nəğməkar şair Hafiz Baxış haqqında kitabın təqdimat mərasiminə də Yavər müəllimlə birlikdə getmişdik. Həmin tədbirlə bağlı “Respublika” qəzetində mənim geniş məqaləm də dərc olunmuşdu.

O, Əlövsət bəylə, şair Sarıgül Yağmurla və bir çox ziyalılarla yaxın münasibətdə idi. Dostumuz Ənvər Məmmədov onu görən kimi deyirdi: “Yavər çox zirəng və fərasətli adamdır.”
Bir dəfə Yavərlə birlikdə Sumqayıtdan gəlirdik.Təcrübələ sürücü idi. Xahiş etdim ki, Saray qəsəbəsinə gedək. Sarayda yaşayan mərhum Baba Şükürovgilə getdik. Bizi Baba dayı evinə dəvət etdi. Baba Şükürov Zəngilanlı, həyat yoldaşı Məlahət müəllimə isə əslən Qafanlı idi. Tez ünsiyyət yarandı. Rəhmətliyin iştahı da yaxşı idi. Çörək kəsdik. Məlahət müəllimə 1 saylı məktəbdə ibtidai sinif müəlliməsi idi. İnək saxlayırdı. Təsərrüfatla da məşğul olurdu. Avtomobilimizə iki bağlama pay da qoyaraq demişdi; Rauf, sən bura tez- tez gəlirsən. Bu süd- qatıq balonlarından biri sizin, o biri balonlar da Yavərindir. Dostunu əliboş qaytarmaq olmaz.
Yavər Nuriyev Qafan ziyalılarının tədbirlərində iştirak edər, məni də o məclislərə aparardı. Əliş müəllim, Bariz müəllim, Vaqif müəllim, İlya müəllim kimi alicənab insanlarla ünsiyyəti onun dünyagörüşünü daha da zənginləşdirirdi.
Yavər müəllim pəhləvan cüssəli, mərd, xeyirxah insan idi. İctimai işlərdə, deputat seçkilərində fəal iştirak edirdi. Son vaxtlar iqtisadi çətinliklər səbəbindən müalicəsini davam etdirməkdə çətinlik çəkirdi. Təəssüf ki, bu da onun vaxtsız itkisinə səbəb oldu. Onun vəfat xəbərini sosial şəbəkədən eşidəndə sarsıldım. Dost itkisi çox ağır olur. Ürəyin parçalanır, söz boğazında qalır. Bu dünya fanidir, amma belə insanların yeri heç vaxt dolmur.
Yavər müəllim həm də insanları bir araya gətirən bir bacarığa malik idi. Onunla hər səfər və hər görüş xüsusi bir istilik və səmimiyyət daşıyırdı. Teymur Əhmədova kimi tanınmış ziyalıları da mənə tanıtmışdı. Belə insanlarlar arasında qurduğu əlaqələri davamlı olaraq qoruyurdu.
O, həm də daşdan pul çıxaran, ağıllı və fərasətli insan idi. Hər çətinlikdə yol tapır, dostlarına yardım əlini uzadırdı. Xatirələrimizdə həm gülməli, həm də dərindən düşündürən anlar çoxdur. Yavər müəllimlə keçirdiyimiz səfərlər və qonaqlıqlar – Qəbələdə, Mingəçevirdə, Şabranda, Ağsuda – hər zaman ürəkdən gələn söhbət və diqqətlə yadda qalırdı. Onun səmimiyyəti, qayğıkeşliyi və hər kəsə qarşı hörməti hamının qəlbində iz buraxmışdı.
Həyatdakı çətinliklərə baxmayaraq, o, heç vaxt ruhdan düşmürdü. Dostlarına və tanıdığı insanlara həmişə dəstək olurdu, kiçik jestləri belə onun xeyirxahlığını göstərirdi.
Yavər müəllimin vəfatı ilə dünya yalnız bir dostunu itirmədi, həm də qayğıkeş, mərd və xeyirxah bir insanın yerini əbədi olaraq boşaltdı.
Mərhum Yavər Nuriyevin yas mərasimi 31 yanvar – 6-cı gün, Zəm-Zəm mərasim evində (Həzi Aslanov metrosunun yaxınlığı) keçiriləcək. Allah Yavər müəllimin günahlarını bağışlasın, ruhunu şad etsin, məkanını cənnət eləsin. O, təkcə ailəsi üçün deyil, onu tanıyan hər kəs üçün əvəzolunmaz bir insan idi.
Ruhu şad olsun.

Rauf İLYASOĞLU,
"Həkəri" qəzetinin baş redaktoru
28-01-2026, 00:06
“Qarabağ” güclü komandadır və asan rəqib deyil


“Qarabağ” güclü komandadır və asan rəqib deyil

“Qarabağ”ın həm fərdi oyunçuları, həm də ümumi oyun üslubu kifayət qədər güclüdür. Komanda çox birbaşa və sürətli futbol oynayır, futbolçular isə topa nəzarətdə özlərini rahat hiss edirlər.
“Liverpul” klubunun baş məşqçisi Arne Slot mətbuat konfransında “Qarabağ”la qarşılaşmaları ilə bağlı fikirlərini açıqlayıb.
Arne Slot qeyd edib ki, cari mövsümdə “Qarabağ” böyük klublara qarşı qələbələr qazanıb və yüksəksəviyyəli futbol nümayiş etdirib. Baş məşqçi “Çelsi” ilə oyunda 2:2 hesablı heç-heçəni də xatırladıb.
“Oyun çətin keçəcək. Biz bu mövsüm artıq bir çox güclü rəqiblə qarşılaşmışıq və çox sayda çətin oyun keçirmişik”, – deyə o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!