Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
28-01-2026, 20:28
İran müharibəyə hazırdır - Tehrandan Trampın təhdidinə reaksiya


İran müharibəyə hazırdır - Tehrandan Trampın təhdidinə reaksiya

İran ABŞ və İsraillə qarşıdurmada yeni mərhələyə daxil olduğunu bəyan edib.
İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib ki, Tehran hazırda münaqişənin “üçüncü fazasına” qədəm qoyur.
Qaribabadinin sözlərinə görə, indiyədək üç mərhələ mövcud olub: birinci mərhələ 12 gün davam edən müharibə, ikinci mərhələ isə müharibədən cəmi yeddi ay sonra baş verən daxili iğtişaşlar olub. Onun fikrincə, hazırda regionda baş verən proseslər qarşıdurmanın yeni fazasının başlanğıcıdır. İran XİN rəhbərinin müavini qeyd edib ki, taktika dəyişsə də, bu mərhələdə də qarşı tərəf əvvəlkilər kimi uğursuzluğa düçar olacaq.
Qaribabadi vurğulayıb ki, İran hətta məhdud miqyaslı zərbəyə belə “müvafiq cavab” verəcək.
Bu arada sosial şəbəkələrdə yayılan məlumatlara görə, Yaxın Şərq ölkələrindən azı on hökumət təyyarəsinin havaya qalxması qeydə alınıb. Bu, bəzi müşahidəçilər tərəfindən diplomatik heyətlərin mümkün təxliyəsi kimi qiymətləndirilir. Rəsmi qurumlar hələlik bu məlumatları təsdiqləməyib.
Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Tramp yenidən İranı hədələyib.
"Nəhəng bir armada İrana doğru gedir. O, sürətlə, böyük güc, həvəs və məqsədlə hərəkət edir. Bu donanma Venesuelada olduğu kimi, İranla da bağlı lazım olduğu təqdirdə, öz missiyasını böyük sürətlə, qüdrətlə yerinə yetirməyə hazırdır, həvəslidir və qadirdir. Ümid edirik ki, İran tez bir zamanda bütün tərəfləri qane edən ədalətli, bərabər, nüvə silahından imtina olunmuş razılaşma üçün danışıqlar masasına oturacaq. Zaman vacibdir, bu, həqiqətən vacibdir! Bir dəfə İrana dediyim kimi, SAZİŞ BAĞLAYIN! Onlar bunu etmədilər və "Gecəyarısı çəkic" əməliyyatı başladıldı, nəticədə İran üçün ciddi dağıntılar yarandı. Növbəti hücum daha pis olacaq! Bunun bir daha təkrarlanmasına imkan verməyin", - deyə ABŞ Prezidenti qeyd edib.
28-01-2026, 19:46
Avropada 17 nəfər soyuqdan öldü


Avropada 17 nəfər soyuqdan öldü

Ötən ilin dekabrın 1-dən bəri Çexiyada güclü şaxtalar və hipotermiya nəticəsində 17 nəfər həyatını itirib.
Bu barədə yerli təcili yardım xidmətləri və tibb müəssisələri məlumat yayıb. Hadisələrin əksəriyyəti gecə temperaturun aşağı olduğu regionlarda qeydə alınıb, həmin ərazilərdə termometrlərin göstəriciləri sıfırdan xeyli aşağı düşüb.
Mütəxəssislərin məlumatına görə, ölənlər arasında əsasən daimi yaşayış yeri olmayan şəxslər, eləcə də yaşlı insanlar və alkoqollu vəziyyətdə olanlar üstünlük təşkil edir. Həkimlər bildirirlər ki, hipotermiya çox vaxt hiss olunmadan inkişaf edir və qısa müddətdə ölümə səbəb ola bilər.
Bununla əlaqədar olaraq, hakimiyyət orqanları sosial xidmətlərin, gecə sığınacaqlarının və isinmə məntəqələrinin fəaliyyətini gücləndirib. Polis və könüllülər soyuq havada küçədə olan insanlara yardım təklif etmək üçün reydlər keçirirlər.
Xilasedicilər vətəndaşları ehtiyat tədbirlərinə əməl etməyə, şaxtada uzun müddət qalmaqdan çəkinməyə və təcili yardıma ehtiyacı olan şəxslər barədə məlumat verməyə çağırırlar.
28-01-2026, 19:20
Bu muzeyi ziyarət etmək şərəf idi - Ceyhun Bayramov


Bu muzeyi ziyarət etmək şərəf idi - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinə rəsmi səfəri çərçivəsində Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, muzey Çinin müasir inkişafını formalaşdıran tarixi məqamlar və idarəetmə təcrübəsi haqqında dəyərli məlumat təqdim edir.
Nazir Qonaq Kitabında öz təşəkkür sözlərini yazaraq Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın daha da zənginləşdirilməsinin vacibliyini vurğulayıb.
C.Bayramov isə öz "X" hesabında yazıb ki, Çin Kommunist Partiyası Muzeyini ziyarət etmək şərəf idi, bu muzey Çin xalqının zəngin tarixini, baxışlarını və nailiyyətlərini canlı şəkildə əks etdirir:
"Bu ziyarət Çinin inkişaf yolu və milli dirçəliş haqqında dəyərli məlumatlar verdi. Gözəl tur üçün təşəkkür edirəm!".
28-01-2026, 18:20
Rusiya Zelenskini Moskvaya dəvət etdi


Rusiya Zelenskini Moskvaya dəvət etdi

ABŞ prezidenti Donald Tramp Rusiyaya Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüşü nəzərdən keçirməyi təklif edib.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
Uşakovun sözlərinə görə, Vladimir Putin jurnalistlərlə ünsiyyətdə bir neçə dəfə bildirib ki, əgər Zelenski doğrudan da görüşə hazırdırsa, Moskva onu qəbul etməyə hazırdır və onun təhlükəsizliyi, eləcə də danışıqlar üçün lazımi şərait tam şəkildə təmin olunacaq.
Kremlin nümayəndəsi vurğulayıb ki, Rusiya tərəfi Putinlə Zelenski arasında təmaslardan imtina etmir, lakin belə görüşlər əvvəlcədən ciddi şəkildə hazırlanmalı və konkret nəticələrə yönəlməlidir. Onun sözlərinə görə, əsas şərt danışıqların real və müsbət nəticə verməsidir.
Putin və Zelenski arasında mümkün görüş məsələsi yanvarın 23–24-də ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin Əbu-Dabidə keçirdiyi üçtərəfli danışıqlardan sonra yenidən gündəmə gəlib. Həmin danışıqlar hər üç ölkə tərəfindən müsbət qiymətləndirilib.
Xatırladaq ki, 2025-ci ilin sentyabrında Vladimir Putin Volodimir Zelenski ilə görüş ehtimalını istisna etməmiş və danışıqların Moskvada keçirilməsini təklif etmişdi. Ukrayna prezidenti isə cavabında bu təklifin Rusiya tərəfinin hələlik belə bir görüşə hazır olmadığını göstərdiyini bildirmişdi.
28-01-2026, 18:16
Xətai sakinləri sabah susuz qalacaq


Xətai sakinləri sabah susuz qalacaq

Sabah bəzi yerlərdə su olmayacaq.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 29.01.2026-cı il tarixində saat 10:00-dan saat 22:00-dək görüləcək işlər çərçivəsində Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
“İşlər yekunlaşdıqdan sonra istismar qaydalarına uyğun olaraq suyun əvvəlki qrafiklə verilməsi bərpa ediləcək”, - deyə məlumatda qeyd edilib.
28-01-2026, 17:53
Putin Suriya liderini hərbi qələbə münasibətilə təbrik etdi


Putin Suriya liderini hərbi qələbə münasibətilə təbrik etdi

Vladimir Putin Əhməd Əş-Şaaranı Fərat bölgəsinin Suriyaya yenidən inteqrasiyası və münasibətilə təbrik etdi.
Bu barədə Putin Moskvada onunla keçirdiyi görüşdə bildirib.
Bu səfərki görüş Suriya liderinin Kremlə ikinci səfəridir, Şaraanın son səfəri 2025-ci ilin oktyabrında olub.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Əş-Şaranın ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etməsi və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparması gözlənilir.
Peskov həmçinin Rusiya qoşunlarının Suriyadakı mövcudluğu ilə bağlı bütün məsələlərin danışıqlar zamanı həll olunacağına şübhə etmədiyini bildirib.
28-01-2026, 17:48
Bakıda oğurluq edənlər saxlanıldılar


Bakıda oğurluq edənlər saxlanıldılar

Paytaxtın Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, rayon sakini polisə müraciət edərək “Tufan” markalı mopedinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən H.Həsənov və E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Nərimanov rayonunda isə bir nəfərə məxsus içərisində pul, mobil telefon və bank kartları olan pul kisəsini talamaqda şübhəli bilinən N.Məmmədova da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.
28-01-2026, 17:46
Dövlət Agentliyinin şirkəti borclanıb


Dövlət Agentliyinin şirkəti borclanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus 10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin dövlət qarşısında vergi borcu yarım milyona çatır.
Məlumata görə, MMC-nin hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə borcu 488 089.64 manat təşkil edir.
Qeyd edək ki, 10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nizamnamə kapitalı 1 505 600 manatdır. Şirkətin direktoru isə Araz Bəndəliyevdir. O, daha əvvəl 14 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru olub.
28-01-2026, 17:46
Qazaxıstanda Regional Ekoloji Sammit keçiriləcək


Güləmail Murad,

AYB əməkdaşı, şair-publisist

Qazaxıstanda Regional

Ekoloji Sammit keçiriləcək


2026-cı il 22–24 aprel tarixlərində Qazaxıstanın paytaxtında ilk dəfə Regional Ekoloji Sammit keçiriləcək. Sammit ekologiya və su ehtiyatları sahəsində mövcud problemlərin müzakirəsi, eləcə də əsas məsələlər üzrə razılaşmaların əldə edilməsi məqsədilə dövlət rəhbərlərini, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bu platformada bir araya gətirəcək.Tədbirin əsas məqsədi ekoloji çağırışlar üzrə birgə praktiki həllərin hazırlanması üçün açıq beynəlxalq platformanın formalaşdırılmasıdır.
Aktual problemlərin müzakirəsi və dövlətlərarası razılaşmaların əldə edilməsi məqsədilə Sammitin işində Mərkəzi Asiya ölkələri, Avropa İttifaqı, ŞƏT və Yaxın Şərq ölkələrindən təxminən 1500 iştirakçının iştirakı gözlənilir.
Sammit çərçivəsində 8 əsas mövzu üzrə müzakirələr aparılacaq:
Ekoloji və təbii risklərə uyğunlaşma və iqtisadi dayanıqlılıq;
Ərzaq təhlükəsizliyi və regional ekosistem;
Təbii resursların dayanıqlı idarə olunması;
Atmosfer havasının çirklənməsi ilə mübarizə və tullantıların idarə edilməsi;
Ekoloji ambisiyalara nail olma mexanizmləri;
Ədalətli və inklüziv keçid;
Ekoloji və rəqəmsal kompetensiyalar;
İqlim keçidinin dəstəklənməsi.
Sammit çərçivəsində Mərkəzi Asiya dövlət başçılarının birgə bəyannaməsinin qəbul edilməsi planlaşdırılır. Regional Ekoloji Sammitin 2026-cı ildə (RƏS 2026) BMT ilə tərəfdaşlıq çərçivəsində keçirilməsi təşəbbüsü Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən 2023-cü ildə BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı irəli sürülmüşdür.
Sammitin beynəlxalq tərəfdaşları: BMT, OECD, BEA, IRENA, ADB, Dünya Bankı, EBRD, IWMI, SWITCH-Asia.
28-01-2026, 17:44
Ağsunun 2 kəndinə şad xəbər: su dərdi çəkməyəcəklər


Ağsunun 2 kəndinə şad xəbər: su dərdi çəkməyəcəklər

Ağsu rayonu Sanqalan və Quzey kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması işlərinə başlanılır.
ADSEA-nın Regional Su Meliorasiya Xidməti hazırlıq işlərinə yekun vurub.
Belə ki, qurum sözügedən işlərin icrasını “Hydro-Geo Environment Group” şirkətinə havalə edib və onunla müqavilə bağlayıb.
Bağlanmış müqavilənin maliyyə dəyəri 682 manat olaraq müəyyənləşib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!