“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
19-01-2026, 17:53
İranda internet bərpa olunur


İranda internet bərpa olunur

İran hakimiyyəti internetə çıxışı 23 yanvar - cümə gününə qədər tam bərpa edə bilər.
Bu barədə İranın elm və texnologiya üzrə vitse-prezidenti Hüseyn Afşin bildirib.
İranda baş verən son etirazlar və iğtişaşlar səbəbindən bloklanan internetə çıxış paytaxt tehranda artıq bərpa edilib.
İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyası səbəbindən başlayıb. 8 yanvarda İranın devrilmiş şahının oğlu Rza Pəhləvinin çağırışlarından sonra etirazlar iğtişaşlara çevrilib və İranın siyasi sisteminə qarşı şüarlarla müşayiət olunub. Elə həmin gün ölkədə internet kəsilib.
İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ və İsraili İslam Respublikasındakı iğtişaşları təşkil etməkdə günahlandırıb.
19-01-2026, 17:49
İran Ermənistana uçuşları ləğv etdi


İran Ermənistana uçuşları ləğv etdi

İran aviaşirkətləri İrəvana iki aviareysi ləğv edib.
Reyslərin ləğvolunma səbəbləri hazırda məlum deyil.
Xatırladaq ki, "Qeshm Air" və "Caspian Airlines" şirkətlərinin reysləri İrəvana çatmalı idi.
19-01-2026, 17:41
Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi


Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ruad Yaşar oğlu, Əsgərov Xəyal Rasim oğlu və Əyyubov Zaur Əyyub oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri müvafiq olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilib.
Belə ki, Məmmədov Ruad Yaşar oğlu və Əsgərov Xəyal Rasim oğlunun külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilmiş və ibtidai istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa verilib. Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.
Eyni zamanda, Yasamal rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Əyyubov Zaur Əyyub oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilmiş, Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.
19-01-2026, 17:33
Məşhur aparıcı həbs edildi


Məşhur aparıcı həbs edildi

Türkiyəli tanınmış psixoloq, yazıçı və aparıcı Esra Ezmeciyə 10 ay həbs cəzası verilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ezmeci lisenziyasından istifadə etdiyi "klinik psixoloq" titulunu araşdıran qruplar onun bu sahədə heç bir diploma sahib olmadığını aşkar ediblər.
Qeyd edilib ki, qaldırılan şikayətdən sonra İstanbul Baş Prokurorluğu Ezmeciyə qarşı istintaq başladıb.
Ezmeci və vəkili İstanbul Birinci İnstansiya Cinayət Məhkəməsində keçirilən dinləmədə iştirak ediblər. Müdafiə tərəfini dinlədikdən sonra məhkəmə heyəti qərarını elan edərək Ezmeci 10 ay həbs cəzasına məhkum edib.
Bundan əlavə, Ezmeci ilə bağlı hökmün elan edilməsinin təxirə salınması qərarı verilsə də, Ezmeci qərardan apellyasiya şikayəti verib.
19-01-2026, 17:27
Azərbaycandan Ermənistana daha bir məhsul göndəriləcək


Azərbaycandan Ermənistana daha bir məhsul göndəriləcək

Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz çatdırılacaq.
Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyindən məlumat verilib. Qazın İranda daxili gərginlik və Gürcüstan sərhədindəki sıxlıq səbəbilə Azərbaycandan vasitəsilə göndərilməsi razılaşırılıb.
Mayeləşdirilmiş qaz dəmir yolu xətti ilə yaxın günlərdə Ermənistana çatdırılacaq.

19-01-2026, 17:24
"Qurtuluş" reabilitasiya mərkəzinə üç maddə üzrə cinayət işi AÇILDI


"Qurtuluş" reabilitasiya mərkəzinə üç maddə üzrə cinayət işi AÇILDI

Reabilitasiya mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Qurtuluş Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
19-01-2026, 17:20
Növbəti hava XƏBƏRDARLIĞI


Növbəti hava XƏBƏRDARLIĞI

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 20-də güclü külək əsəcək.
Bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.
Bildirilib ki, Neftçala və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Daşkəsən, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
19-01-2026, 17:09
Daxili Qoşunlarda müşavirə keçirildi - VİDEO


Daxili Qoşunlarda müşavirə keçirildi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2025-ci ildə xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
DİN-dən verilən xəbərə görə, müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial və maddi-texniki təminatının, xidmət şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərdiyini vurğulayıb.
Sonra daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti fəaliyyətin yekunları barədə məruzə ilə çıxış edib.
Bildirilib ki, hesabat ilində Daxili Qoşunlar qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə icra edib. İşğaldan azad edilmiş ərazilərdə mühafizə tədbirləri, minalanmış sahələrə keçmələrin qarşısının alınması istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyıb.
Məruzələrdə şəxsi heyətin döyüş, fiziki və ixtisas hazırlığının, idarəetmə və qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən xüsusi-taktiki təlimlərin həm Daxili Qoşun hissələrinin, həm də polis orqanlarının birgə fəaliyyətinin səmərəliliyini daha da artırdığı diqqətə çatdırılıb.
Müşavirədə beynəlxalq əhəmiyyətli idman yarışları və kütləvi tədbirlər zamanı polis və Daxili Qoşunların şəxsi heyətinin peşəkar fəaliyyəti xüsusi qeyd olunub. Vurğulanıb ki, ölkəmizdə keçirilən mötəbər idman turnirləri, beynəlxalq forumlar və digər irimiqyaslı tədbirlər dövründə ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin edilib.
Müşavirəyə yekun vuran nazir V.Eyvazov ötən hesabat ilində DİN-in Daxili Qoşunlarının fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışaraq konkret tapşırıq və tövsiyələrini verib. Eyni zamanda əmin olduğunu bildirib ki, şəxsi heyət qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

19-01-2026, 16:59
Metro saat 01:00-a qədər işləyəcək


Metro saat 01:00-a qədər işləyəcək

Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.
Bu barədə Metropolitendən bildirilib.
Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və “Bakı Metropoliteni” QSC-nin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq, metropolitendə iş saatı uzadılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə azarkeş marağı nəzərə alınmaqla, bütün stansiyalar yanvarın 21-dən 22-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Stansiyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.
Qarşılaşmadan sonra sərnişinlərin ünvana rahat və təhlükəsiz çatdırılması üçün “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında xüsusi nəzarət tədbirləri görüləcək.
Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tənzimlənsə də, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq.
19-01-2026, 16:53
Günəşdə güclü partlayış: sabah özünüzü qoruyun!


Günəşdə güclü partlayış: sabah özünüzü qoruyun!

Günəşdə güclü partlayış baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının məlumatında bildirilib.
Laboratoriyanın saytında yerləşdirilmiş paylaşımda deyilir ki, M1.20 (güclü) səviyyəsində baş verən partlayış 19 yanvarda qeydə alınıb.
Ötən gün də Günəşdə güclü partlayışı baş vermişdi. Həmin partlayış X1.95 kimi təsnif edilib və bu, 2026-cı ilin ilk maksimum X sinif partlayışıdır.
Alimlər hesablayırlar ki, bu hadisə zamanı atılan plazma yanvarın 20-si günorta saatlarında Yerə çatacaq və G4 intensivliyinə qədər maqnit fırtınalarına səbəb ola bilər.
Meteohəssas insanların ehtiyatlı olması tövsiyə edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!