“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
Dünən, 15:30
Avtomobillərdən oğurluq edən şəxs saxlanıldı - VİDEO


Avtomobillərdən oğurluq edən şəxs saxlanıldı - VİDEO

Paytaxtın Nəsimi rayonu ərazisində 4 avtomobildən içərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların, həmçinin mobil telefonun oğurlanması, beləcə zərərçəkənlərə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyev saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisindəki daha bir avtomobildən oğurluğa cəhd göstərməsi, həmçinin Abşeron rayonunda üç avtomobildən pul oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Dünən, 15:26
Bakıda avtobusda ölən sərnişin cərrah olub


Bakıda avtobusda ölən sərnişin cərrah olub

Bakıda sərnişin marşrut avtobusunda vəfat edib.
Hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.
53 saylı xətt avtobusunda Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Məhəmməd oğlu Aydəmirov qəfil vəfat edib.
Dərhal təcili tibbi yardım çağırılsa da, onun öldüyü müəyyən edilib.
İlkin məlumata görə, M.Aydəmirov infarktdan həyatını itirib.
Qeyd edək ki, vəfat edən şəxs cərrah olub. O, uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.
Araşdırma aparılır.
Dünən, 15:22
Spiker BƏƏ Federal Milli Şurasının sədri ilə görüşdü


Spiker BƏƏ Federal Milli Şurasının sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunub, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrin arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub.
Vurğulanıb ki, iki ölkənin liderlərinin birgə səyləri və şəxsi münasibətləri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında, habelə xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə imkan verib və bu gün ölkələrimiz bir çox sahələrdə geniş və uğurlu əlaqələrə malikdir.
Milli Məclisin sədri, Azərbaycan Prezidenti İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görüldüyünü xatırladaraq, dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiq görülməsinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələr arasında yüksək səviyyəli əlaqələr parlament platformasında da uğurla davam etdirilir və son dövrlər qanunvericilik orqanlarımız arasında təmaslar və qarşılıqlı səfərlər daha da artıb.
Spiker Sahibə Qafarova ötən il özünün Birləşmiş Ərəb Əmirliklərinə, Saqr Qobaşın isə Azərbaycana rəsmi səfərlərini xatırlayaraq, bu səfər və görüşlərin, həmçinin, parlamentlər arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əlaqələrin daha da dərinləşməsinə imkan verdiyini bildirib. O cümlədən, parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.
Dünən, 15:19
Sabiq prezident ABŞ-də işə düzəldi


Sabiq prezident ABŞ-də işə düzəldi

Polşanın sabiq prezidenti Andjey Duda Amerika Birləşmiş Ştatlarında iş tapıb.
O, xaricdə suverenlik və milli müdafiə ideyalarını təşviq edən konservativ liderlərlə əməkdaşlığı ilə tanınan “Heritage” (İrs) Fondunun sıralarına qoşulub.
“Mənim üçün "Heritage" Fonduna qoşulmaq böyük şərəfdir,”- deyə Duda bildirib.
O, prezident vəzifəsində olarkən azadlığın qorunması üçün qarşısını alma, müdafiəyə investisiya və möhkəm alyansların əhəmiyyətini gördüyünü qeyd edib.
Duda öz yeni postunda Avropada mühafizəkar siyasətin təşviqinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, sabiq prezident fondda dəvətli elmi işçi vəzifəsində çalışacaq.
Dünən, 15:11
ABŞ Rusiya-Ukrayna danışıqlarından çıxmağa hazırlaşır


ABŞ Rusiya-Ukrayna danışıqlarından çıxmağa hazırlaşır

ABŞ Rusiya-Ukrayna danışıqları nəticə verməsə, mayın 15-də prosesi tərk edəcək.
Bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko bildirib.
"Əgər razılığa gəlməsək, onlar danışıqlar prosesindən çəkiləcək və bu məsələdən tamamilə imtina edəcəklər", - deyə deputat yazıb.
Onun sözlərinə görə, bunun əsas səbəbi 2026-cı ilin noyabrında ABŞ-da keçiriləcək aralıq seçkiləridir.
Tramp administrasiyasının bu seçkilərə həll olunmamış münaqişə ilə yaxınlaşması, Respublikaçıların Demokratlar üçün hədəfə çevrilə biləcəyi ilə bağlıdır.
Dünən, 15:02
Qısqanc ər arvadına görə dayısı oğlunu küçədə döydü


Qısqanc ər arvadına görə dayısı oğlunu küçədə döydü

Bakıda qısqanc kişi küçədə dayısı oğlunu döyüb.
Hadisə Sabunçu rayonu, Maştağa-Zabrat yolunun kənarında qeydə alınıb.
35 yaşlı Firudin Ələkbərli (ad və soyad şərtidir) arvadını dayısı oğluna qısqandığı üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı Firudin dayısı oğlunun sifətinə yumruqla zərbə vuraraq, onu yerə yıxıb. Nəticədə zərərçəkən sifət nahiyəsindən xəsarətlər alıb.
Bu əməlinə görə, F. Ələkbərli saxlanılıb və barəsində cinayət işi açılıb.
Hər iki tərəf ifadələrində dəymiş ziyanın ödənildiyini və barışdıqlarını deyərək, məhkəmədən cinayət təqibinə xitam verilməsini istəyiblər.
Sabunçu rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və F. Ələkbərli məsuliyyətdən azad olunub.
Dünən, 14:58
Buraxılış imtahanlarında yeni model tətbiq ediləcək


Buraxılış imtahanlarında yeni model tətbiq ediləcək

Gələn ildən buraxılış imtahanlarında xarici dil fənni üzrə müəyyən dəyişikliklər nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanların yekun attestasiyası zamanı xarici dil fənləri üzrə istifadə olunacaq imtahan modelini müzakirə edib.
DİM-də keçirlən seminarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və müvafiq dillər (ingilis, fransız, alman və rus dilləri) üzrə mütəxəssislər iştirak ediblər. Həmçinin DİM-in regional bölmələrindən onlayn bağlantı vasitəsilə bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Seminarda bildirilib ki, buraxılış imtahanlarında xarici dil fənləri üzrə qiymətləndirmə modeli mərhələli şəkildə yenilənir və ictimaiyyətə öncədən məlumat verilir. Bu istiqamətdə artıq 2025-ci ildə ilk dəfə olaraq 9-cu sinif buraxılış imtahanında şagirdlər yazı bölməsində şəkillər əsasında hekayə yazmaq tapşırığını yerinə yetiriblər. Sözügedən tapşırıq şagirdlərin təkcə dil biliklərini deyil, həmçinin mətn qurmaq, ideyanı inkişaf etdirmək və yaradıcı düşünmə bacarıqlarını qiymətləndirməyə imkan verir.
Mərhələli yanaşmanın davamı olaraq 2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Nəzərdə tutulan yeni imtahan modeli nümunəsi ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, bu imtahan modelinə uyğun olaraq Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərinin bəzi məktəblərində pilot imtahanlar keçirilib.
Xatırladaq ki, bu imtahan modelinə uyğun tapşırıq nümunələri və öyrədici materiallar artıq Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş və istifadə olunan xarici dil fənni üzrə dərsliklərdə geniş şəkildə təqdim olunub. Bundan əlavə, tətbiq olunacaq imtahan modelinə uyğun müxtəlif tapşırıq nümunələri DİM-in siniflər üzrə nəşr etdiyi “Qiymətləndirmə tapşırıqları” kitabında, test toplularında da veriləcək.
26-01-2026, 23:36
Tramp hərbi komandanlıqla görüşdü


Tramp hərbi komandanlıqla görüşdü

ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb.
Bu barədə İsrail müdiası məlumat yayıb.
ABŞ-ın Bağdaddakı səfirliyi veb saytında ərəb və ingilis dillərində bir mesaj yerləşdirib. "Trampın dediyi kimi, biz İranı yaxından izləyirik. Prezident Tramp isə hərəkətə keçən prezidentdir", - mesajda deyilir.
Bu fonda Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını İraqa səyahət etməməyə çağırıb.
26-01-2026, 23:19
İlham Əliyev uzaqgörən liderdir - İsrail naziri


İlham Əliyev uzaqgörən liderdir - İsrail naziri

İsrailin xarici işlər naziri Gideon Saar Bakı səfərindən yazıb.
Saar Azərbaycan Prezidenti İlham Əliyevi "ölkəni təsirli nailiyyətlərə aparan uzaqgörən lider" adlandırıb.
"Bakıda gözəl görüş keçirdik və Prezidentə Azərbaycandakı yəhudi icmasına dostluğuna və dəstəyinə görə təşəkkür etdim. Mən Bakıya müxtəlif sektorlardan olan İsrail şirkətlərindən və iqtisadi təşkilatlarından ibarət yüksək səviyyəli biznes və iqtisadi nümayəndə heyəti ilə gəldim. Bizim ortaq məqsədimiz enerji, müdafiə, su, kənd təsərrüfatı, turizm və digər sahələrdə tərəfdaşlığı dərinləşdirməkdir. Biz strateji münasibətlərimizi gücləndiririk!", - deyə o qeyd edib.
26-01-2026, 22:30
Yeni virus nə qədər qorxuludur? - 100 nəfər karantinə alındı


Yeni virus nə qədər qorxuludur? - 100 nəfər karantinə alındı

Nipah virusu epidemiya və ya pandemiyaya səbəb ola bilməz, lakin onun Rusiyaya tək-tək hallarda gətirilməsi nəzəri baxımdan istisna edilmir.
Bunu tibb elmləri doktoru Vladimir Nikiforov söyləyib. O qeyd edib ki, infeksiyanın təbii mənbəyi Hindistanda meyvə ilə qidalanan yarasalardır və yoluxma yalnız heyvanlarla və ya onların ifrazatı ilə təmas zamanı mümkündür. Virus insandan insana ötürülmür.
Nipah virusu zoonoz infeksiyalara aiddir və insana heyvanlardan keçir. O, ağır ensefalit və tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər, bəzi hallarda isə ölüm göstəricisi 80 faizə çata bilər.
Əsas profilaktik tədbirlər olaraq mütəxəssislər xəstə heyvanlarla təmasdan çəkinməyi, əlləri sabun və antiseptik vasitələrlə mütəmadi yumağı, tərəvəz və meyvələri istifadədən əvvəl yaxşıca yumağı, həmçinin yoxlanılmamış mənbələrdən su içməməyi tövsiyə edirlər. Xəstəliyin əsas əlamətləri yüksək hərarət, öskürək və güclü başağrısıdır. Rospotrebnadzor bildirir ki, Nipah virusu ilə bağlı xəstəliyin Rusiyaya gətirilmə halları qeydə alınmayıb. Ölkədə vaxtında laborator diaqnostika aparmaq üçün kifayət qədər test-sistem mövcuddur.
Medianın məlumatına görə, Hindistanda virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görülür, xəstələrlə təmasda olmuş 100 nəfər karantinə alınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!