Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
7-02-2026, 14:36
15 şagird bir məktəblini döyüb? - AÇIQLAMA


15 şagird bir məktəblini döyüb? - AÇIQLAMA

Sosial şəbəkələrdə Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində insident baş verdiyi haqda məlumatlar yayılıb. İddialarda hadisə zamanı 15 şagirdin 1 məktəblini döydüyü bildirilib. Səbəb kimi isə o şagirdin dərsə hazır gəlməsi, müəllimin verdiyi tapşırıqdan əla qiymət alması olduğu göstərilib.
Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən isə məlumatların həqiqəti əks etdirmədiyi deyilib.
Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisi deyil:
“Hadisə təhsil müəssisəsində tədris prosesinin aparılmadığı vaxtda baş verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövründə olduğunu nəzərə alaraq ictimaiyyətdən bu mövzuda həssas davranmalarını, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik”.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. Zərərçəkən şəxs valideynləri ilə birgə polis idarəsinə dəvət edilərək izahatı alınıb. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.
7-02-2026, 14:29
Baş prokurordan yeni TƏYİNAT


Baş prokurordan yeni TƏYİNAT

Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib.
Bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib.
Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib.
7-02-2026, 14:22
Bakıda körpə bacı-qardaş dəm qazından boğuldu


Bakıda körpə bacı-qardaş dəm qazından boğuldu

Bakıda körpə əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb.
Hadisə paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.
Belə ki, 2024-cü il təvəllüdlü Fərxan Fərman oğlu Səfərov və bacısı Kübraxanım yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itirib.
Faktla bağlı araşdırma aparılır.
7-02-2026, 14:14
Şagirdlərin dərsdə iştirak etmədiyini paylaşan müəllimlə bağlı tədbir görüləcək - RƏSMİ


Şagirdlərin dərsdə iştirak etmədiyini paylaşan müəllimlə bağlı tədbir görüləcək - RƏSMİ

Sosial şəbəkələrdə Bərdə rayon Lənbəran kənd tam orta məktəbində dərsə davamiyyətlə bağlı yayılan görüntülərlə bağlı məsələ nəzarətə götürülüb.
Bu barədə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Qarabağ Regional Təhsil İdarəsi tərəfindən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri 6-cı saatda fizika fənn müəllimi Hümbətov Qasım Ramiz oğlunun icazəsi ilə evə buraxılıblar: "Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb.
Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qrumlara müraciət edilib.
Hazırda məktəbdə tədris prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri gücləndirilib.
Eyni zamanda, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində “Təhsil verənlərin etik davranış qaydaları”nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb".
7-02-2026, 14:01
Müharibənin sonu mümkün deyil - Zelenski


Müharibənin sonu mümkün deyil - Zelenski

Sülh razılaşmasının əsas şərti təhlükəsizlik zəmanətləridir və bunlar digər sənədlərdən əvvəl imzalanmalıdır.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə təhlükəsizlik zəmanətlərinin imzalanması etibatarlılıq yaradır:
“Bu gələcək siyasi qərarlar üçün baza yaradacaq”.
Zelenski əlavə edib ki, Rusiya Ukraynanın ABŞ-la təhlükəsizlik razılaşması bağlamasını istəmir, amma bu, Kievin mövqeyinə təsir etməyəcək:
“Rusiya bizim ABŞ ilə razılaşmamızı istəmir. Amma biz bunu müzakirə etmirik. Hər halda, Ukrayna təhlükəsizlik zəmanətləri alacaq. Təhlükəsizlik zəmanətləri olmadan müharibənin sonu mümkün deyil”.
7-02-2026, 13:58
“Avey” Qoruğunun 37 İllik Salnaməsi


Gələcəyə Daşınan

Keçmiş:


“Avey” Qoruğunun

37 İllik Salnaməsi



Qazax rayonunda fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu 1989-cu il 22 fevral tarixində Azərbaycan Nazirlər Sovetinin 99 № li qərarı ilə yaradılıb. Azərbaycan Elmlər Akademiyası, Respublika Mədəniyyət Nazirliyi və Qazax XDS İcraiyyə Komitəsinin 14 saylı iclas protokolu əsasında “Avey” Dövlət qoruğunun əraziləri rəsmiləşdirilmişdir. Qoruğun Nizamnaməsi yazılmış, əsas fəaliyyət növü müəyyən edilmiş, möhürü, ştampı hazırlanmış və qoruğa təqdim edilmişdir.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb. Qoruğun iş prinsipi abidələr haqqında məlumat toplamaq, abidələrin qorunması, toxunulmazlığı və bərpasını təmin etməkdir. Qoruq əsasən tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya və digər folklorşünaslıqla məşğuldur. Qoruğun ərazisində olan: arxeoloji və memarlıq abidələri, daşınan və daşınmaz tarixi və mədəniyyət abidələri qoruğun əsas mülkiyyəti hesab olunur. Bu ərazilərdə yüzlərlə qədim paleolt, mezeolit, eneolit, orta əsr, tunc, mis dövrlərinin və sonrakı tarixi əsrlərin mədəniyyət abidələri mövcuddur.
Qoruq bir müddət Nazirlər Komitəsinin nəzdində “Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası” adı altında fəaliyyət göstərmiş, hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tabeçiliyində fəaliyyətini davam etdirir.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində 56 abidə qeydiyyata alınmışdır. Bu abidələrdən 1-i dünya, 33-ü ölkə, 22-si isə yerli əhəmiyyətlidir. Onların 15-i memarlıq, 36-sı arxeoloji, 5-i dekorativ tətbiqi-sənət nümunəsidir. Abidələrdən 13-ü sərhəd zolağında, 14-ü isə işğal altındadır.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sahəsi 3613 hektardır. Qoruğun 3 filialı mövcuddur.
1.Əskipara filialı. Sahəsi 2783 ha- Əskipara kəndində yerləşir;
2.Damcılı filialı. Sahəsi 800 ha- DaşSalahlı kəndində yerləşir;
3.Göyəzən filialı. Sahəsi 30ha-Abbasbəyli kəndində yerləşir.
Qoruğun ərazisində 56 tarixi abidə qeydiyyata alınmışdır ki, bunlardan 1-i dünya, 33-ü ölkə, 22-si isə yerli əhəmiyyətlidir. Yenə də bunlardan 15-i memarlıq, 36-sı arxeoloji, 5 ədədi isə dekorativ tətbiqi sənət nümunəsinə aiddir.
Abidələrdən 13-ü sərhəd zolağında, 14-ü isə işğal altındadır.
Qeydiyyata alınması üçün qoruq ərazisində yerləşən 18 müxtəlif tarixi abidənin adı Nazirliyə təqdim olunmuşdur ki, bunlardan da ikisi işğal altındadır.
Abidələrdən qoruq ərazisində yerləşən, lakin qeydiyyata götürülməyən “Məmməd Koxa” bulağı Mədəniyyət və Turizm Nazirliyinin layihəsi və dəstəyi ilə tam bərpa olunmuşdur.
Ümumiyyətlə Qazax rayonunda qeydiyyata alınmış 112 arxeoloji və memarlıq abidələri var. Bunlardan 3-ü dünya əhəmiyyətli abidədir;
1. Sınıq körpü;
2.Damcılı mağarası;
3. Baba Dərviş abidəsi.
51-i ölkə əhəmiyyətli; 58-i isə yerli əhəmiyyətli abidədir. Bunların 45-i memarlıq; 56-sı arxeoloji; 6-sı bağ-park monumental; 5-i dekorativ-tətbiqi sənət nümunələridir.
Qoruq əcdadlarımızın bu ərazilərdəki yaşayış məskənlərini, ən qədim insanların, tayfaların həyat tərzini, mədəniyyətinin, inkişaf etmiş dövrlərini, ailə-məişət adətlərini və mənəvi mədəniyyət məsələlərini kompleks şəkildə tədqiq edir və araşdırır, bütövlükdə təbliğat yolu ilə ictimaiyyətə çatdırır. Eyni zamanda qoruq tarixi yerlərə ekskursiyalar təşkil edir. Mühazirə və söhbətlər, “18 aprel beynəlxalq abidələr və tarixi yerlər günü”, “27 sentyabr turizm günü” və digər müxtəlif kütləvi tədbirlər həyata keçirir.
Maddi mədəniyyət abidələri, etnoqrafik materiallar, əşyalar toplanılır, mütəmadi arxeoloji qazıntılar aparılır. Qazax mahalının keçmişi, tarixi, onun zəngin mədəni irsi öyrənilir.
Bu gün “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılmasının 37-ci ildönümüdür.
Azərbaycanın qədim tarixini, Paleolit dövründən bu günə qədər uzanan mədəni irsimizi özündə yaşadan “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılmasının 37-ci ildönümü münasibətilə bütün kollektivimizi ürəkdən təbrik edirik! Damcılı mağarasından Göyəzən zirvəsinədək uzanan bu müqəddəs torpaqların qorunması və gələcək nəsillərə ötürülməsi yolundakı fəaliyyətimizdə uğurlar arzulayırıq.
Daşların yaddaşını qoruyan, uca Göyəzənin ətəyində tarixin nəfəsini hiss etdirən “Avey” qoruğu 37 yaşında! Qədim məbədlərin sükutu, Avey dağının əzəməti və ulu babalarımızın izləri bu məkanda birləşir. Milli mənliyimizin aynası olan bu abidələr kompleksini qoruyan hər kəsə təşəkkür edirik. Yeni yaşınız mübarək əziz Avey kollektivi!
Şair Tofiq Saleh “Avey dağının dastanı” poemasında yazır:
Baxdıqca insanı aparır xəyal,
Yatır neçə idrak, neçə min kamal
Daşları lay-laydır, suxuru qumsal,
Allahdan vergidir bu böyük Mahal,
Yol ver, Avey dağı, aç qapıları,
Görüşünə hər yerdən insanlar gəlir!


Elnurə ALIYEVA,

Qazax rayonu Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun Elmi işçisi
7-02-2026, 13:56
Salyanda 17 yaşlı qız qızdırmadan öldü


Salyanda 17 yaşlı qız qızdırmadan öldü

Salyanda yeniyetmə qız qızdırmadan ölüb.
Salyan sakini 2009-cu il təvəllüdlü Zərifə Əlibala qızı Əhmədova yaşadığı evdə qızdırmadan həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
7-02-2026, 13:43
BÜTÖV AZƏRBAYCANIN ALİMİ



BÜTÖV AZƏRBAYCANIN ALİMİ

ELDAR MƏMMƏDBƏYLİ-85

Abunəçisi olduğum “Bütöv Azərbaycan“ qəzetinin səhifələrində vaxtaşırı rast gəldiyim və oxumamış ötə bilmədiyim imzalardan biri də tanınmış mütəfəkkir və alim Eldar Məmmədbəylinin imzasıdır. Onun yazıları və onun haqqında yazılanlar həmişə diqqətimi cəlb edir və məndə xoş təəssüratlar yaradır. Eldar müəllim kimya sahəsi üzrə tanınmış alım olsa da, onun yaradıcılığının çoxcəhətliyi adamda heyranlıq doğurur. Mən onun elmi yardıcılığından söhbət açmaq istəmirəm. Çünki bu sahə mətbuatda, o cümlədən oxucusu olduğum “Bütöv Azərbaycan” qəzetində o dərəcədə ətraflı işıqlandırılıb ki, artıq nə isə yazılsa yersiz alınar. Ancaq yaradıcılığının digər sahələri haqda bir neçə kəlmə yazmağı özümə borc bilirəm. Onun yaradıcılığının mühüm cəhəti ictimai-mənəvi problemlərə həssas yanaşmasıdır. O, cəmiyyətdə baş verən haqsızlıqlara biganə qalmır, sosial ədalət, vicdan, məsuliyyət kimi anlayışları bədii müstəvidə ön plana çəkərək, oxucunu cəmiyyət üçün pozitiv mənəvi mövqe tutmağa çağırır. Nəticə etibarıilə Eldar Məmmədbəyli yaradıcılığı milli ruh, vətənpərvərlik, insanpərvərlik və mənəvi dəyərlərin vəhdəti ilə səciyyələnir.
Eldar müəllimin poeziya aləminə baş vurduqda isə təkcə “Sarıtel“ şeiri və Aşıq Ələsgərin Bakıdakı abidəsinin önündən keçərkən təsirlənib yazdıgı “Qadan alım” qoşması onun, şair, sanballı sənətçi yazar deyil, kimyaçı alim olduğuna inanmaq çətinliyi yaradır.
Məhəbbətin xəncər kimi, baş kəsir,
Gözəlliyin almaz kimi daş kəsir,
Ayaq donub, yarpaq kimi diz əsir,
Axan göz yaşımı sil qadan alım.

Uçub yuvasından bir tərlan gedir,
Dünyadan zavallı bir insan gedir,
Eldara bəxş olmuş bir zaman gedir,
Gəl məni son yola sal qadan alım.

Şükürlər olsun ki, qoşmada deyildiyi kimi Eldar müəllimə bəxş olunmuş zaman boşuna axıb getmir. Bu yaxınlarda AMEA-nın yubileyi ilə əlaqədar olaraq Eldar Məmmədbəylınin Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2025-ci il tarixli fərmanı əsasında “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu” ilə təltif olunması xəbərini də “Bütöv Azərbaycan” qəzeti vasitəsilə öyrəndim. Sonradan bəlli oldu ki, Eldar müəllim və bu fərman əsasında mükafat alan AMEA-da uzun müddət çalışan digər dəyərli alimlərimiz, hər hansı təqdimat olmadan şəxsən möhtərəm Prezidentimizin göstərişi və nəzarəti ilə yoxlanılmış və ədalətli seçim edilmişdir.
Bu da ona əsas verir ki, mətbuatımız dövlət qürumları tərəfindən diqqətlə izlənilir və onun elmi və yaradıcılıq fəaliyyətinin mətbuatda geniş şəkildə işıqlandırılması öz bəhrəsini vermişdir. Bu sahədə “Bütöv Azərbaycan” qəzetinin də rolu danılmazdır. Məhz buna görə də Azərbaycanımızın bütövlüyü uğrunda əzmlə mübarizə aparan qəzetin təsisçisi Tamxıl Zirəddinoğluna da dərin minnətdarlığımızı bildiririk.
Eldar Məmmədbəyli özünün çoxcəhətli və əhatəli yaradıcılığı sayəsində təkcə Respublikamızda deyil, “Bütöv Azərbaycan” qəzeti vasitəsilə cənublu qardaşlarımız tərəfindən də tanınır və sevilir.
Bu il 85 illik yubileyi qeyd olunan Eldar Məmmədbəylinin 90 illik yubileyinin Bütöv Azərbaycanın alimi kimi Bütöv Azərbaycanımızda qeyd ediləcəyinə inanıram.

Elman RÜSTƏMOV,
Əczaçı, ehtiyatda olan tibb xidməti polkovnik- leytenantı,
yazıçı publisist

05.02.2026
7-02-2026, 13:38
At ətini mal əti adı altında satmaq istəyənlər TUTULDU


At ətini mal əti adı altında satmaq istəyənlər TUTULDU

Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.
Polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar. T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
7-02-2026, 13:31
Teleaparıcı icra başçısı olan ərindən ayrılıb?


Teleaparıcı icra başçısı olan ərindən ayrılıb?

Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovla aparıcı Alidə Mustafayevanın boşanması haqda məlumatlar yayılıb.
Aparıcı iddialarla əlaqədar açıqlama yayıb.
O, yayılan informasiyaları təkzib edib: “Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsuliyyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır.”
Qeyd edək ki, yayılan xəbərlərdə cütlüyün 6 aydır ayrı yaşadığı bildirilirdi.
Xatırladaq ki, icra başçısı ilə aparıcı 2024-cü ilin fevral ayında ailə həyatı qurub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!