Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                        Üç kəndin adı dəyişdirilir .....                        Gəncə şəhərinin Baş planı təsdiqləndi .....                        İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu .....                        Laricani Trampı hədələdi: Ehtiyatlı ol! .....                        İran bu gün darmadağın ediləcək! - Pentaqon rəhbəri .....                       
Bu gün, 16:56
Bu ölkədə işçilər İrana görə məsafədən işləyəcək


Bu ölkədə işçilər İrana görə məsafədən işləyəcək

Vyetnamın Ticarət Nazirliyi ölkədə yanacaq sərfiyyatını azaltmaq məqsədilə şirkətlərə əməkdaşların məsafədən işləməsinə icazə verməyi tövsiyə edib.
Bu addım ABŞ və İsrailin İranla müharibəsi fonunda enerji təchizatında yaranan fasilələr və qiymət artımlarının ölkəyə təsiri ilə əlaqələndirilir.
Məlumata görə, enerji resurslarının böyük hissəsini Yaxın Şərqdən idxal edən Vyetnam mövcud vəziyyətdən ən çox zərər görən ölkələrdən biri hesab olunur.
Bu gün, 16:53
Tramp administrasiyası müharibəni tezliklə bitirmək istəyir - KİV


Tramp administrasiyası müharibəni tezliklə bitirmək istəyir - KİV

Trampın ətrafı İrandan müharibədən çıxış yolu axtarır.
Bu qorxu qarşıdan gələn seçkidə uğur qazanmaq istəyi ilə əlaqədardır.
ABŞ prezidenti Trampın müşavirləri xəbərdarlıq edirlər ki, neft qiymətlərinin artması və vətəndaşların narazılığı “siyasi fırtına” yarada bilər.
Trampın müşavirləri ona təklif edirlər ki, iqtisadi nəticələr reytinqinə kritik təsir göstərmədən əvvəl hədəflərə çatıldığını elan edib əməliyyatı dayandırsın.
Bu gün, 16:50
Ter-Petrosyan Paşinyanı satdı - rusiyalı milyarderə qoşuldu


Ter-Petrosyan Paşinyanı satdı - rusiyalı milyarderə qoşuldu

Ter-Petrosyan müxalifəti Karapetyan ətrafında birləşməyə səsləyib.
Onun sözlərinə görə, Ermənistanda parçalanmış müxalifəti bir araya gətirə biləcək yeganə siyasi fiqur “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyandır.
Bu çağırış Ermənistanda rusiyameylli müxalifətin iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi üç fərqli siyasi düşərgəni birləşdirərək hakimiyyətə gəlmək imkanlarını müzakirə etdiyi bir vaxtda səsləndirilib. Bu ssenari şərti olaraq “Gümrü-2” planı kimi dəyərləndirilir.
Erməni Milli Konqresinin lideri olan Ter-Petrosyan müxalif düşərgədə vəziyyəti qiymətləndirərək qeyd edib ki, aylarla davam edən danışıqlar heç bir razılaşma ilə nəticələnməyib.
“Son nəticədə başa düşmək lazımdır ki, müxalifətin birləşməsi siyasi məsələ deyil, millətin xilası məsələsidir. Karapetyan özünü təmin edən və formalaşmış şəxsiyyət kimi bu problemi həll edə bilər”, – deyə o vurğulayıb.
Qeyd olunub ki, Ermənistan Milli Konqresi də parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Partiya baş nazir postuna namizəd kimi Levon Zurabyanın irəli sürüldüyünü bildirib. Samvel Karapetyan Rusiyada "Taşir" şirkətinin sahibi və milyarder kimi tanınır. O. Ermənistan baş naziri olmağa iddialıdır.
Bu gün, 16:47
Ermənistanda seçkilərə xaricdən müdaxilə cəhdləri var - AÇIQLAMA


Ermənistanda seçkilərə xaricdən müdaxilə cəhdləri var - AÇIQLAMA

Ermənistanın Xarici Kəşfiyyat Xidməti ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrinə xarici müdaxilə cəhdlərinin ola biləcəyi barədə açıqlama yayıb.
Qurum bildirib ki, bəzi ölkələrdə erməni sahibkarlara yerli xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən təzyiq göstərilir. Məqsəd həmin biznes nümayəndələrini Ermənistanda müəyyən siyasi qüvvələri maliyyələşdirməyə və dəstəkləməyə məcbur etməkdir.
Xarici Kəşfiyyat Xidmətində qeyd olunub ki, qurum vəziyyəti və seçki proseslərinə xaricdən mümkün müdaxilə cəhdlərini diqqətlə izləyir.
Bu gün, 16:45
Pentaqon rəhbəri: İran qonşularını hədəfə almaqla böyük səhv edib


Pentaqon rəhbəri: İran qonşularını hədəfə almaqla böyük səhv edib

ABŞ müharibə naziri Pit Heqset İranın regiondakı addımlarını sərt tənqid edib.
O jurnalistlərə açıqlamasında İranın qonşu ölkələri hədəfə almasını şərh edib.
“İran qonşularını hədəfə almaqla böyük səhv edib. Biz bu vəziyyəti əvvəlcədən proqnozlaşdırmışdıq. Bu addım onların ümidsizliyini nümayiş etdirir”, – deyə o qeyd edib.
Pit Heqset əlavə edib ki, ABŞ prezidenti Donald Tramp müharibəyə rəhbərlik edəcək və onun necə davam edəcəyinə dair qərar verəcək.
Nazirin sözlərinə görə, ABŞ bu mübarizədə başqa ölkələrə demokratiya ixrac etmək və ya dövlət quruculuğu ilə məşğul olmaq niyyətində deyil.
Bu gün, 16:44
ABŞ-ın müdafiə naziri Rusiyanı hədələdi: İranla müharibəyə qarışma!


ABŞ-ın müdafiə naziri Rusiyanı hədələdi: İranla müharibəyə qarışma!

ABŞ müdafiə naziri Pit Heqset Rusiyanın İranla münaqişəyə müdaxilə etməməli olduğunu bildirib.
Onun bu şərhi prezident Donald Trampın dünən Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı ilə bağlı sualdan sonra verilib.
Heqset söhbəti "həlledici zəng" adlandırıb və ümid etdiyini bildirib ki, bu, "Rusiyanın Ukrayna ilə müharibəsində sülhə nail olmaq ehtimalını" təsdiqləyib.
O əlavə edib ki, zəng həmçinin "Rusiyanın bu münaqişəyə müdaxilə etməməsi anlayışını" möhkəmləndirib.
Bu gün, 16:40
İsrail ilk fürsətdə onları öldürəcək - ADLAR


İsrail ilk fürsətdə onları öldürəcək - ADLAR

İsraildə İranla bağlı yeni mümkün “hədəf siyahısı”nı açıqlanıb.
İsrailin Kanal 14 telekanalı tərəfindən yayımlanan siyahıda İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik fiqurları yer alır.
Siyahıda göstərilən şəxslər və hazırkı vəzifələri:

Möctəba Xamenei – İranın Ali Lideri .

Əli Laricani – İran Ali Milli Təhlükəsizlik Şurasının katibi.

Qulamhüseyn Möhsün Ecei - İran Məhkəmə hakimiyyətinin rəhbəri.

Əli Abdullahi – SEPAH-ın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəhbəri.

Məhəmməd Baqir Qalibaf – İran parlamentinin sədri.

Ahmad Vahidi – SEPAH rəhbəri.
Bu gün, 16:34
Cəriməsini vaxtında ödəməyənlər üçün qaydalar dəyişdirildi


Cəriməsini vaxtında ödəməyənlər üçün qaydalar dəyişdirildi

Azərbaycanda cərimənin məcburi tutulması qaydalarında dəyişiklik edilib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cəzaların İcrası Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilib. Cərimənin tutulması o halda məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilib ki, onun əmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin.
Dəyişikliyə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldiləcək və bu halda "İcra haqqında" qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!