11-03-2026, 15:35
Ölkə üzrə pensiyalar tam ödənildiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, martın 6-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Bu ayın müavinət, təqaüd və ünvanlı sosial yardımları da qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödəniləcək.
11-03-2026, 15:28
İcra başçısı tanınmış meyxanaçını görüşə dəvət etdi
Tanınmış meyxanaçı Rüfət Kərimovu (Nasosnu) İTV telekanalında yayımlanan “Milyonçu şou”da çıxışından sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görüşə dəvət edib.
Bu barədə meyxanaçının özü sosial şəbəkə hesabında məlumat verib.
"Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, cənab Zakir Fərəcov 600 min vətəndaşın olduğu şəhərdə məni də diqqətdən kənarda saxlamayıbsa, bu incəsənətə və sözə verilən qiymətdir. Hər şeyə görə təşəkkür edirəm"-deyə meyxanaçı bildirib.
11-03-2026, 15:24
Avropa İttifaqı İrana qarşı sanksiyaları TƏSDİQLƏDİAİ İrana qarşı yeni sanksiyaları təsdiqləyib.
Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Aİ İranı məsuliyyətə cəlb etməyə davam edir. Bu gün Aİ üzv dövlətlərinin səfirləri ciddi insan haqları pozuntularında məsul olan 19 rejim rəsmisi və qurumunu hədəf alan yeni sanksiyaları təsdiqlədilər. İran müharibəsi davam etdikcə, Aİ öz maraqlarını qoruyacaq və daxili repressiyalara görə məsul olanları təqib edəcək. Bu, həmçinin Tehrana İranın gələcəyinin repressiya üzərində qurulmaması mesajını göndərir”, - Kallas qeyd edib.
11-03-2026, 00:54
Azərbaycanla bağlı proqnoz dəyişmədiABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2026-2027-ci illər üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin orta gündəlik hasilatı ilə bağlı proqnozunu yeniləyib.
EIA-nın aylıq hesabatına görə, 2027-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogenlərin orta gündəlik hasilatı 540 min barel olacaq (proqnoz dəyişməyib).
EIA-nın hesablamalarına görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogen hasilatı da 540 min barel təşkil edəcək (proqnoz dəyişməyib).
Hesabata görə, 2025-ci ildə Azərbaycanda bu rəqəm gündə 570 min barel, 2024-cü ildə isə gündə 600 min barel olacaq.
11-03-2026, 00:30
ABŞ İranın 10 gəmisini məhv etdi
ABŞ prezidenti Donald Tramp İranın dəniz imkanlarına qarşı yeni zərbələr endirildiyini açıqlayıb.
Bu barədə Tramp sosial media hesabında paylaşım edib
O bildirib ki, ABŞ hərbi qüvvələri mina yerləşdirmək üçün istifadə oluna bilən 10 ədəd fəaliyyətsiz gəmini vuraraq tamamilə məhv edib.
Tramp eyni zamanda xəbərdarlıq edib ki, bu cür hədəflərə qarşı əməliyyatlar davam edə bilər və lazım gələrsə daha çox gəmi məhv ediləcək.
ABŞ prezidenti İranı Hörmüz boğazında yerləşdirilmiş ola biləcək dəniz minalarını dərhal çıxarmağa çağırıb. Onun sözlərinə görə, əks halda ABŞ bu təhlükəni aradan qaldırmaq üçün əlavə tədbirlər görəcək.
11-03-2026, 00:21
Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılarRusiyanın İrandakı konsulluğunun bir neçə əməkdaşı bomba partlayışı nəticəsində yaralanıb.
Bbu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, 8 martda Rusiyanın İsfahandakı konsulluq binasına hücum olub. Konsulluq binasına hücum zamanı baş vermiş partlayış dalğası bir neçə nəfərin xəsarət almasına səbəb olub. Hadisə nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb.