ABŞ-də benzinin qiyməti 4 dolları ötüb .....                        ABŞ İrana quru qoşunları göndərməyi istisna etmir - Pentaqon rəhbəri .....                        “Fənərbağça”nın prezidenti qəzaya düşdü .....                        Bəzi yaşayış məkanlarının sakinləri hotellərə yerləşdirilib - RƏSMİ .....                        Rasim Balayevin yerinə onlardan biri seçiləcək .....                        Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək .....                        Sirkə turşusu, siçan dərmanı - Bayram günləri zəhərlənənlər .....                        Azərbaycanda sabahdan balıq ovu qadağan edilir .....                        Şəkidə evdə partlayış - 2 nəfər xəsarət alıb .....                       
Bu gün, 16:36
Şəkidə evdə partlayış - 2 nəfər xəsarət alıb


Şəkidə evdə partlayış - 2 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 320 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.
Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, mətbəxdə təxminən 5 kvadratmetr sahə yanıb.
Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.
Partlayış zamanı 2 nəfər xəsarət alıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bu gün, 16:26
İranda daha bir general öldürüldü


İranda daha bir general öldürüldü

İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eshaqi ABŞ-İsrail hücumu nəticəsində həlak olub.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun SEPAH) komandanı general-mayor Əhməd Vəhidi bildirib
"Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eshaqinin və onun bir neçə ailə üzvünün Amerika-sionist cinayətkarlarının terror hücumunda şəhid olması münasibətilə başsağlığı verirəm", - deyə "Tasnim" agentliyi onun bəyanatını sitat gətirib.
Bu gün, 16:18
Ağdərədə partlaşı səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq


Ağdərədə partlaşı səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

31 mart - 3 aprel tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

Bu gün, 16:09
Bayram günlərində yollarda baş vermiş qəzaların sayı


Bayram günlərində yollarda baş vermiş qəzaların sayı

Ramazan və Novruz bayramları ilə əlaqədar 11 gün qeyri-iş günlərində respublika yollarında ölüm və xəsarətlə nəticələnən 29 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxt ərazisində baş verən qəzaların böyük əksəriyyəti piyadaların vurulması ilə bağlı olub. Toqquşma və aşma ilə xarakterizə olunan hadisələr isə əsasən avtomagistrallarda və rayonlararası yollarda baş verib.
Aparılan müşahidələr göstərir ki, hadisələrin başvermə səbəbləri sırasında sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, sükan arxasında mobil telefondan istifadə, eləcə də piyadaların yolu keçərkən diqqətsiz davranışları üstünlük təşkil edir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir iştirakçının qaydalara ciddi riayət etməsindən, diqqətli və məsuliyyətli davranışından asılıdır. Qaydaların pozulması isə istənilən vaxt ağır nəticələrə səbəb ola bilər.
Bu gün, 15:45
Trampın qardaşı qızı: Donald rejimi dəyişəcək - İranda yox, Amerikada”


Trampın qardaşı qızı: Donald rejimi dəyişəcək - İranda yox, Amerikada”

“Donald Tramp yenə də rejim dəyişikliyinə nail olmağa müvəffəq olacaq – ancaq İranda deyil, Amerikada”.
Bunu ABŞ prezidentinin qardaşı qızı Meri Tramp yazıb.
"Krallar yoxdur", - o əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda milyonlarla insan ABŞ prezidentinin siyasətinə, o cümlədən İrana qarşı siyasətinə etiraz edib. Mitinqin şüarı "Krallar yoxdur" idi.
Trampın qardaşı qızı Meri Tramp bir neçə il öncə ailə daxilində məişət zorakılığından bəhs edən kitab yazmışdı. İxtisasca klinik psixoloq olan Meri Tramp iddia edib ki, babası – yəni Donald Trampın atası Fred Tramp çox qəddar olub və sosiopatiyadan əziyyət çəkirmiş.
Donald Tramp isə mətbuata açıqlamasında atasını heç nəyə görə günahlandırmayıb. Ağ Evin rəhbəri bildirib ki, onun valideyni “güclü, lakin yaxşı insan idi”.
"Bəli, mənə qarşı qəddar idi, ailədəki bütün uşaqlara qarşı qəddar idi. Amma sözün yaxşı mənasında qəddar idi", - ABŞ prezidenti qardaşı qıznının iddialarını şərh edərkən deyib.
Trampın sözlərinə görə, qardaşı qızı onun gözəl valideynləri haqqında yalan danışır.
Bu gün, 15:04
"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi


"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi

Azərbaycanda "İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu gün, 14:19
Ələtdə 2 yaşlı uşaq öldü


Ələtdə 2 yaşlı uşaq öldü

Qaradağ rayonunda azyaşlı ölüb.
Hadisə martın 30-da Ələt qəsəbəsində vaş verib.
Qəsəbə sakini 2024-cü il təvəllüdlü Cahangir İsgəndərli naməlum səbəbdən qusub və xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!