Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                        İspaniya səfirini geri çağırdı - İsraildən .....                       
Tarix : 22-01-2024, 16:35
Zelenski Rusiyada məskunlaşan ukraynalılarla bağlı fərman imzaladı


Zelenski Rusiyada məskunlaşan ukraynalılarla bağlı fərman imzaladı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasında ukraynalıların tarixən məskunlaşdıqları ərazilərlə bağlı fərman imzalayıb.
Bu barədə dövlət başçısı yanvarın 22-də Ukraynanın Birlik Gününün 105 illiyi münasibətilə təbrikində bildirib.
“Bu, Ukraynanın gələcəyi naminə tarixi keçmişlə bağlı həqiqətin qaytarılmasıdır”, - deyə prezident bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti “hüquq və azadlıqların birliyi, ukraynalılar və ölkə haqqında həqiqətlər üçün” hər şeyi etməlidir.
Zelenskinin saytında dərc olunan fərmanın mətnində deyilir ki, Ukrayna hakimiyyəti uraynalıların tarixən Rusiya Federasiyasında yaşadıqları torpaqlarda, o cümlədən Krasnodar, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətlərində milli kimliyi qorumaq üçün fəaliyyət planı” hazırlamağa hazırlaşır.
Bundan əlavə, Ukrayna hakimiyyəti Rusiyada yaşayan ukraynalılara qarşı törədilmiş cinayətlər, həmçinin “məcburi ruslaşdırma siyasəti, siyasi repressiya və deportasiya” haqqında məlumat toplayan mərkəz yaratmağı planlaşdırır.
Kiyev həmçinin Rusiya Federasiyasından gələn dezinformasiya və təbliğatla daha fəal mübarizə aparmağı, həmçinin “Ukrayna haqqında rus miflərini ifşa etməyə yönəlmiş” tədbirlər keçirməyi nəzərdə tutur.
Prezident bildirib ki, Rusiya Federasiyası daxilində tarixən məskunlaşdıqları torpaqlarda etnik ukraynalıların əsl tarixini izah etmək üçün Ukraynada təhsil proqramlarına dəyişikliklər ediləcək.
Bundan əlavə, Ukrayna prezidenti Ali Radaya vətəndaşlıqla bağlı yeni qanun layihəsi də təqdim etdiyini açıqlayıb.
Sənədə əsasən, Rusiya istisna olmaqla, dünyanın müxtəlif ölkələrindən olan bütün etnik ukraynalılar Ukrayna vətəndaşlığını ala biləcəklər.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!