Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 26-01-2023, 13:26
Zelenski: “Mənə onunla görüşmək, danışmaq maraqlı deyil..”


Zelenski: “Mənə onunla görüşmək, danışmaq maraqlı deyil..”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşməkdə və onunla sülh danışıqlarında maraqlı deyil. Zelenski bu fikri “Sky News”a müsahibəsində deyib. Ukrayna lideri bildirib ki, bu gün Putin onun üçün “heç kimdir”. V.Zelenskinin sözlərinə görə, o, Rusiyada kimin qərar verdiyini də anlamır. Zelenski “Putinlə görüş müharibənin həllinə kömək edəcəkmi” sualına cavab olaraq deyib ki, buna inanmır. Çünki Moskva daim sülh haqqında bəyanat verir, amma Ukraynaya raketlərlə hücum edərək, öz yalanını ortaya qoyur. Ukraynanın ali baş komandanı bildirib ki, bu gün Moskvada kimin qərarlar verdiyini başa düşmədiyi üçün Kremlin sahibi ilə görüşməkdə və onunla mümkün sülhü müzakirə etməkdə maraqlı deyil. "Mənə onunla görüşmək, danışmaq maraqlı deyil... Çünki Rusiyada kimin qərar verdiyini həqiqətən başa düşə bilmirəm". Eyni zamanda, Zelenski qeyd edib ki, ukraynalıların həyatını xilas etmək Putin rejiminin başlatdığı ədalətsiz müharibədə onun bir nömrəli prioritetidir. "Rusiya ərazisində döyüşmək istəmirəm. Sadəcə istəyirəm ki, müharibəni tez dayandırsınlar və ölkəmizi tez tərk etsinlər. Sizə dəqiq deyə bilərəm ki, ərazimizi tərk etsələr, müharibə dayanacaq”, - deyə Zelenski bildirib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!