AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25 .....                        İlk səfərini Türkiyəyə edəcək .....                        Taleh Yüzbəyovun xanımı qəzaya düşdü .....                        Samuxda ağır qəza: Ölən var .....                        Samuxda ağır qəza: Ölən var .....                        Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                       
Tarix : 26-01-2016, 14:46
Avropa Şurasında növbəti saxtakarlıq


FAZİL MUSTAFA: “AVROPA ŞURASININ RƏHBƏRLİYİ MİNSK QRUPU İLƏ GİZLİ ŞƏKİLDƏ SÖVDƏLƏŞƏRƏK BU QƏTNAMƏNİN QƏBULUNU ƏNGƏLLƏDİLƏR”

"525" ci- qəzeti əməkdaşı Ceyhun ABASOV Millət VəkiliFazil Mustafanın fikirlərini öyrənib. Həmin fikirlərin əhəmiyyətini nəzərə alaraq oxucularımıza təqdim edirik:
“Avropa Şurasında görünməmiş saxtakarlıq baş verib. Qurumun Parlament Assambleyasının plenar iclasında Məruzəçi Robert Volter və Militsa Markoviçin hesabatları əsasında hazırlanan qətnamə layihələri müzakirəyə çıxarılıb. Volterin məruzəsi Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə vəziyyətin gərginləşməsi ilə bağlıdır. Avropa Şurasının rəhbərliyi Minsk Qrupu ilə gizli şəkildə sövdələşərək bu qətnamənin qəbulunu əngəlləyiblər”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Musatafanın sözlərinə görə, iclası aparan AŞ PA-nın prezidenti Pedro Aqramunt səsverməyə yaxınlaşanda qəfildən onu çağırıblar və yerinə vitse-prezident keçib:
“O səsvermənin gedişində hələ nəticəni görməmiş bildirib ki, 24 nəfər səsvemədə iştirak etmədiyinə görə səsverməni uzadırıq. Nəticədə Volterin məruzəsi 66 lehinə, 70 əleyhinə səslə rədd edildi.
F.Mustafa iki faktı diqqətə çatdırıb: “Azərbaycan nümayəndə heyətindən çıxışa yazılmış 6 nəfərdən yalnız Rafael Hüseynova söz verdilər. Aldığımız dəqiq məlumata görə, Polşa və başqa ölkələrdə, hətta xristian din xadimləri deputatları çağırıb ermənilərə dəstək verməyənlərin ifşa olunacaqlarını bildiriblər. Volterin məruzəsi siyasi xarakterli olduğuna görə və işğalı birmənalı vurğuladığına görə Avropa dövlətləri ciddi lobbiçilik göstərərək qətnamənin qəbul olunmasının qarşısını aldılar”.
Millət vəkili qeyd edib ki, Sərsəng su anbarı ilə bağlı Militsa Markoviçin məruzəsində də işğalla bağlı müddəalar yer alsa da, mahiyyətcə ekoloji xarakterli sənəd idi:
“Ona görə də, balans saxlamaq üçün ikinci sənədə birinci qədər sərt əngəl yaratmadılar. Markoviçin hazırladığı qətnamə 98 lehinə, 71 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edildi. Hər halda bu şərtlərdə ermənilərin işğalçılığını təsdiqləyən belə bir sənədin qəbul olunması da müsbət addım sayıla bilər.
AŞPA-nın bu sessiyasında müsbət hadisələrdən biri də millət vəkilimiz Sahibə Qafarovanın Miqrasiya, qaçqınlar və məcburi köçkünlərlə bağlı komitəyə sədr təyin olunmasıdır. AŞ PA tarixində ilk dəfədir ki, Azərbaycan nümayəndə heyətinin üzvü komitəyə sədr seçilib”.
Qeyd edək ki, bu gün Avropa Şurası Parlament Assambleyasının plenar iclasında Azərbaycanla bağlı iki hesabat müzakirəyə çıxarılıb.
Britaniyalı məruzəçi Robert Volterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı hesabat qəbul olunmayıb. Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı məruzə isə qəbul olunub.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!