Yaponiyanın "Toyota" şirkəti robot-körpə konseptini təqdim edib. Butov.az Ölkə.Az-a istinadən xəbər verir ki, Kirobo Mini adlandırılan və insan ovcu boyda olan robot ictimaiyyətə təqdim edilib.
Verilən məlumata görə, bu robot uşağı olmayan qadınlar üçün nəzərdə tutulub. Yaponiya əhalisi sürətlə qocalan ölkədir.
Ölkə rəhbərliyi depopulyasiyanı immiqrantlarla yox, robotlarla həll etmək qərarına gəlib.
Kirobo Mini incə səslə danışa bilir və gözlərini qırpır. Bu oyuncağın qiyməti 392 dollardır və gələn il satışa buraxılacaq.