Qəzzada 63 girov qalıb .....                        Gənc şair intihara cəhd etdi: vəziyyəti ağırdır .....                        Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq .....                        Hücum edilən xəbər saytlarının fəaliyyəti yeni həftədən bərpa olunur .....                        "Qarabağ" heç-heçə etdi .....                        Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama .....                        Oğlu tərəfindən baltalanan 84 yaşlı kişi danışdı: "Dedi ki, yaxşı eləmişəm" .....                        Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA .....                        Qısa fasilədən sonra yenidən qar yağır .....                       
Tarix : 14-11-2016, 19:58
Dünyada 422 milyon insan diabet xəstəsidir

BMT baş katibi Pan Gi Mun Dünya diabet günü ilə əlaqədar müraciət yayıb.

Butov.az xəbər verir ki, BMT-nin Azərbaycan ofisindən Ölkə.Az-a verilən məlumata görə, baş katib bildirib ki, diabet bütün dünyada zəif görmənin və görmə qabiliyyətinin itməsinin əsas səbəblərindən biridir:

“Bu dəyişikliklər ağrısız və tədricən baş verdiyi üçün insanlar çox vaxtı yalnız görmə qabiliyyəti tamam pisləşdiyi vaxt problemin olduğunu dərk edirlər. Bu mərhələdə görməni yaxşılaşdırmaq və ya bərpa etmə etmək üçün çox gec ola bilər. Diabetdən əziyyət çəkən bütün insanların nəyə diqqət yetirilməli olduğunu bilən və məsləhətlər vermək, müalicə təyin etmək iqtidarında olan ixtisaslı mütəxəssislərə müraciət edərək, görmə qabiliyyətinin mütəmadi yoxlanılmasını təmin etməsi vacibdir. İnsan qanda olan qlükozanın miqdarına və qan təzyiqinə nəzarət edə bilirsə, qan damarlarında dəyişiklik riskini azalda bilər. Hətta dəyişikliklər baş verdiyi hallarda belə, müasir müalicə sayəsində dəyişiklik prosesini ləngitmək olar”.

Müraciətdə bildirilib ki, ildən ilə, əsasən əhalinin yaşlanması və artıq çəkili insanların sayının artması üzündən, diabet getdikcə daha çox yayılmış xəstəliyə çevrilir:

“Son 35 ildə diabet xəstəliyinə tutulma səviyyəsi demək olar, iki dəfə artıb və ən çox artım az və orta gəlirli ölkələrdə baş verib. Hazırda 422 milyon insan diabetdən əziyyət çəkir. Bu xəstəlik ömür müddətini qısaldır və onunla mübarizə aparılmadığı təqdirdə, əl və ya ayaq amputasiyası, iflic və ya böyrək çatışmazlığı kimi ciddi fəsadlara yol aça bilər. Diabet ailə büdcələri və ölkə iqtisadiyyatı üçün ağır fəsadlar törədir. Bu beynəlxalq gündə, mən, hamımızı onun “Diabeti gözdən qoymayaq” mövzusuna uyğun hərəkət etməyə çağırıram. Gəlin, onun profilaktikasına və səhiyyə xidmətlərinin gücləndirilməsinə daha çox diqqət yetirək ki, sağlamlığı alan bu xəstəlikdən əziyyət çəkən hər bir insan ehtiyac duyduğu dəstəyi ala bilsin”.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!