Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqladı .....                        Zəngilanda silah-sursat aşkarlandı .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Ağdamda mina partladı - Yaralı var .....                        Magistraturaya II cəhd qəbul imtahanı keçirildi .....                        Zərifə Əliyevanın doğum günüdür .....                        Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                       
10-05-2023, 16:04
Muharrem İncenin mitinqləri səhhətiylə bağlı təxirə salındı


Muharrem İncenin mitinqləri səhhətiylə bağlı təxirə salındı

Türkiyə prezidenliyinə namizəd, Məmləkət Partiyasının sədri Muharrem İncenin səhhətində problem yaranıb. Bu barədə partiyanın deputatlığa namizədi Figen Okan "Twitter" hesabında paylaşım edib. O qeyd edib ki, İncenin səhhətində yaranmış problemə görə İzmir və Manisada keçirilməsi nəzərdə tutulan mitinqləri təxirə salınıb. Siyasətçi partiya liderinin vəziyyəti barədə məlumat verməyib.
10-05-2023, 15:38
Çavuşoğlu iranlı həmkarı ilə görüşdü


Çavuşoğlu iranlı həmkarı ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb. Bu barədə o, “Twitter” hesabında məlumat yayıb. Tərəflər Suriya, yüksək səviyyəli səfərlər, iqtisadi və enerji əməkdaşlığını müzakirə ediblər.
10-05-2023, 15:22
Gürcüstan Prezidenti rusiyalı həmkarının qərarına etiraz etdi


Gürcüstan Prezidenti rusiyalı həmkarının qərarına etiraz etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya Prezidenti Vladimir Putinin gürcülər üçün viza rejimini ləğv etməsinə dair qərarına etiraz edib. Bu barədə Gürcüstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Zurabişvili qərarı qəbuledilməz adlandırıb. Qeyd edək ki, Prezident Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcəklər.
10-05-2023, 12:57
Çavuşoğlu rusiyalı həmkarıyla görüşünün detallarını açıqladı


Çavuşoğlu rusiyalı həmkarıyla görüşünün detallarını açıqladı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya XİN başçısı Sergey Lavrovla görüşünün detallarını açıqlayıb. Nazir bu barədə twitter səhifəsində paylaşım edib. "Suriya mövzusu ilə bağlı dördtərəfli XİN başçıları toplantısından öncə rusiyalı həmkarım Lavrovla Suriya, Ukrayna və Qafqazdakı hadisələr, eləcə də taxıl sazişini müzakirə etdik", - deyə Çavuşoğlu yazıb.
10-05-2023, 12:10
Bu ölkələrin XİN başçıları Moskvada görüşür


Bu ölkələrin XİN başçıları Moskvada görüşür

Rusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının Moskva görüşünə start verilib. Bu barədə TASS məlumat yayıb. Qeyd olunub ki, əsas gündəm mövzuları terrorla mübarizə və Suriya məsələsidir.
9-05-2023, 23:15
Məhkəmə ABŞ-ın sabiq prezidentini təqsirli bildi


Məhkəmə ABŞ-ın sabiq prezidentini təqsirli bildi

Manhetten federal məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı yazıçı və jurnalist Jen Karrolla təcavüz cəhdi işində təqsirli bilib. Bu barədə CNN məlumat yayıb. Manhetten federal münsiflər heyəti Donald Trampın 1996-cı ilin yazında univermağın soyunub-geyinmə otağında Kerrolla cinsi təcavüz etdiyini müəyyən edib. ABŞ-ın keçmiş prezidenti qurbana 2 milyon dollar təzminat ödəməli olacaq.
9-05-2023, 19:11
G20 ölkələrinin növbəti sammiti bu şəhərdə baş tutacaq


G20 ölkələrinin növbəti sammiti bu şəhərdə baş tutacaq

G20 ölkələri liderlərinin növbəti sammiti gələn ilin noyabr ayında baş tutacaq. Bu barədə Braziliyanın "Oglobe" nəşri məlumat yayıb. Braziliyanın sədrliyi ilə baş tutacaq sammit Rio-de-Janeyroda keçiriləcək. Tədbirdə 10-dan çox müşahidəçi dövlətin nümayəndələri iştirak edəcək.
9-05-2023, 18:12
1.8 milyona yaxın türk vətəbdaşı seçkilərdə səs verib


1.8 milyona yaxın türk vətəbdaşı seçkilərdə səs verib

Türkiyə xaricində prezident və parlament seçkiləri üçün səs verən şəxslərin sayı 1 milyon 785 min 570 nəfərə çatıb. Bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb. Onların 1 milyon 662 min 41 nəfəri xarici nümayəndəliklərdə, 123 min 529-u gömrükdə səs verib. Səsvermə mayın 14-də saat 17:00-da gömrük qapılarında, mayın 9-da isə xarici nümayəndəliklərdə başa çatacaq. Xaricdə seçici siyahısında qeydə alınmış seçicilər 24 saat ərzində səs verə bilərlər. Məlumata görə, xaricdə ümumilikdə 3 milyon 416 min 98 seçici səs vermək hüququna malikdir. İlk dəfə səs verəcək seçicilərin sayı 277 min 646 nəfərdir. Qeyd edək ki, Türkiyə xaricində səsvermə aprelin 27-də başlayıb.
9-05-2023, 17:48
ABŞ Ukraynaya 1.2 milyard dollarlıq hərbi paket ayırdı


ABŞ Ukraynaya 1.2 milyard dollarlıq hərbi paket ayırdı

ABŞ Ukraynaya 1.2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb. Bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, paketə əlavə hava hücumundan müdafiə vasitələri və sursatlar, Qərb hava hücumundan müdafiə sistemlərinin, raketlərin və radarların Ukrayna hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası üçün avadanlıq, pilotsuz uçuş sistemlərinə qarşı döyüş sursatları, 155 millimetrlik artilleriya mərmiləri, kommersiya peyk təsvirləri xidmətləri, hərbi aktivliyin saxlanması və dəstəklənməsi üçün təlimlər daxildir. Qeyd edək ki, bu, ABŞ tərəfindən elan olunan ilk belə paket deyil.
9-05-2023, 14:13
Zelenski Avropa Komissiyasının prezidenti ilə görüşdü


Zelenski Avropa Komissiyasının prezidenti ilə görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə görüşüb. Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. Görüş Leyenin Kiyevə səfəri çərçivəsində baş tutub. Qeyd edək ki, Avrokomissiyanın prezidenti Avropa Gününü qeyd etmək üçün bu səhər Kiyevə gəlib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!