Jurnalistikanın Məzahir Süleymanzadə “SƏHƏRİ” .....                        Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür .....                        Daha bir güləşçimiz Parisə vəsiqə əldə etdi .....                        Paşinyan istefa tələbinə məhəl qoymadı .....                        Zelenski fövqəladə vəziyyəti 90 gün uzatdı .....                        Güləşçimiz Paris olimpiadasına vəsiqə qazandı .....                        İrəvanda Paşinyana qarşı mitinq başladı - VİDEO .....                        İki eks-xarici işlər naziri Paşinyana qarşı mitinqə qoşuldu .....                        Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO .....                       
19-05-2023, 13:57
Kreml üçtərəfli təmasların mümkünlüyü barədə məlumat verəcək - Peskov


Kreml üçtərəfli təmasların mümkünlüyü barədə məlumat verəcək - Peskov

"Kreml Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli təmasların mümkünlüyü barədə operativ məlumat verəcək". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası ilə ABŞ arasında silahlara nəzarət mövzusunda heç bir əsaslı əlaqə yoxdur. Silahlara nəzarət üzrə müqavilə bazasının son qalıqları sıradan çıxır və bunun məsuliyyəti tamamilə ABŞ-ın üzərinə düşür", - deyə o əlavə edib.
19-05-2023, 13:39
Lavrov Ceyhun Bayramovla görüşü münasibətləri müzakirə etmə imkanı adlandırdı


Lavrov Ceyhun Bayramovla görüşü münasibətləri müzakirə etmə imkanı adlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşünü prezidentlər arasında təmaslar ərəfəsində ölkələr arasında ikitərəfli münasibətləri müzakirə etmək imkanı adlandırıb. Lavrov Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən əvvəllər əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə Moskva və Bakının ümumi diqqətinin olduğunu vurğulayıb.
18-05-2023, 21:49
Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyirik - ABŞ


Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyirik - ABŞ

ABŞ Azərbaycan və Ermənistan arasında Moskvada baş tutacaq danışıqları dəstəkləyir. Bu barədə Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel bildirib. “ABŞ danışıqların harada getməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir”, - o deyib. Xatırladaq ki, mayın 19-da Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş baş tutacaq. Danışıqlar zamanı Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
18-05-2023, 20:41
Zelenski: Rusiyaya sülh yox, zaman lazımdır - yeni hücum üçün


Zelenski: Rusiyaya sülh yox, zaman lazımdır - yeni hücum üçün

Rusiyaya sülh deyil, yeni hücuma hazırlaşmaq üçün vaxt lazımdır. Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O qeyd edib ki, XXI əsr işğalçı ölkənin dəyişməz siyasəti üçün sonuncu əsr olmalıdır. "Rusiyaya sülh yox, zaman lazımdır - yeni raketlər, yeni plan, yeni hücum üçün. Bu, əsrlər boyu dəyişməz qalan Rusiya siyasətinin düsturudur. XXI onun üçün sonuncu olmalıdır", - Zelenski bildirib.
18-05-2023, 18:32
ABŞ prezidenti Yaponiyaya söz verdi - Nüvə silahı ilə müdafiə olunacaq


ABŞ prezidenti Yaponiyaya söz verdi - Nüvə silahı ilə müdafiə olunacaq

ABŞ prezidenti Co Bayden Hiroşima şəhərində Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşüb. Bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. ABŞ tərəfinin açıqlamada deyilir ki, Bayden və Kişida müdafiə sahəsində əməkdaşlığı gücləndirmək yollarını müzakirə ediblər. Yaponiya XİN-in məlumatına görə, Bayden ikitərəfli Təhlükəsizlik Müqaviləsinə uyğun olaraq Yaponiyanı nüvə imkanları da daxil olmaqla, bütün vasitələrlə müdafiə edəcəyinə söz verib. Qeyd edək ki, Bayden 2023-cü il mayın 19-dan 21-dək Xirosimada keçiriləcək G7-nin 49-cu sammitində iştirak etmək üçün üçün Yaponiyada səfərdədir.
18-05-2023, 16:50
Moskvada quş qripiylə əlaqədar kütləvi tədbirlərin təşkili qadağan edildi


Moskvada quş qripiylə əlaqədar kütləvi tədbirlərin təşkili qadağan edildi

Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin şəhərin bir sıra rayonlarında heyvanların iştirakı ilə kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulduğunu elan edib. Bu, quş qripinin yayılması ilə əlaqədardır. Epizootik ocaq Borisovski gölünün ərazisidir. Mütəxəssislərdən başqa heç kimin ora getməsinə icazə verilmir. Brateevo, Kapotnya, Maryino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsyno, Biryulyovo Şərqi, Şimali və Cənubi Orexovo-Borisovo və Zyablikovo bölgələrində karantin elan olunub. Heyvanların, o cümlədən quşların idxalı və ixracı, inkubasiya yumurtalarının kəsilməsi, lələklərinin çıxarılması, quşların gəzdirilməsi, ərzaqların hazırlanması, kənd təsərrüfatı yarmarkalarının, sərgilərin, hərracların və digər tədbirlərin keçirilməsi qadağandır.
18-05-2023, 16:14
Pekində dövlət başçılarının rəsmi qarşılanma mərasimi keçirildi


Pekində dövlət başçılarının rəsmi qarşılanma mərasimi keçirildi

Pekində Mərkəzi Asiya-Çin sammitinin iştirakçıları olan dövlət başçılarının rəsmi qarşılanma mərasimi keçirilib. Bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb. "Tan sülaləsinin Lotus parkında Mərkəzi Asiya-Çin Sammitində iştirak edən dövlət başçılarının rəsmi qarşılanma mərasimi keçirilib. Sabah Mərkəzi Asiya-Çin sammitinin əsas tədbirləri keçiriləcək", - deyə qeyd olunub. Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dünəndən Çində səfərdədir.
18-05-2023, 16:06
Ermənistan Hindistandakı səfirliyində hərbi attaşe açacaq


Ermənistan Hindistandakı səfirliyində hərbi attaşe açacaq

Ermənistan Hindistandakı səfirliyində hərbi attaşe vəzifəsi təsis edəcək. Bu barədə məsələ Ermənistan Nazirlər Kabinetinin iclasının gündəliyinə daxil edilib. İclasda Ermənistan Nazirlər Kabineti Ermənistanın Hindistandakı səfirliyində hərbi attaşe ştatı açılacağını təsdiqləyib. Bu vəzifəyə kimin təyin olunacağı, eləcə də təyinatın vaxtı hələlik məlum deyil. Qeyd edək ki, son vaxtlar Ermənistanla Hindistan hərbi sahədə əməkdaşlığı dərinləşdirməkdədir.
18-05-2023, 15:56
Paşinyanın oğlunu oğurlayan şəxs aclıq aksiyasına başladı


Paşinyanın oğlunu oğurlayan şəxs aclıq aksiyasına başladı

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması işi üzrə saxlanılan 44 günlük müharibədə ölmüş əsgərin anası Qayane Akopyan aclıq aksiyasına başlayıb. Bu barədə müxalifətçi deputat Aqnes Xamoyan məlumat verib. "O, istintaq təcridxanasında olarkən aksiyanı dayandırmaq niyyətində deyil. Qadın özünü yaxşı hiss etmir, lakin Aşot Paşinyanın niyə maşından düşməsi ilə bağlı suallara cavab vermək üçün üzləşməni gözləyir", - deyə o bildirib.
18-05-2023, 15:20
Mirzoyan azərbaycanlı həmkarıyla görüşəcək - Paşinyan


Mirzoyan azərbaycanlı həmkarıyla görüşəcək - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi tərəflərin suverenliyi və legitimliyi prinsiplərinə əsaslanaraq regionda mümkün qədər tez kommunikasiyaların açılmasına hazırdır. Bu barədə Nikol Paşinyan hökumətin iclasında bildirib. "Vurğulamalıyam ki, Brüsseldə dəmir yolunun blokunun açılması ilə bağlı müsbət fikir var. Amma keçmiş təcrübəni nəzərə alaraq hələlik detalı dəqiqləşdirməyəcəyəm. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq Moskvaya gedib və orada sabah azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək", - baş nazir deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!