AZAL-da yeni təyinat .....                        Mehriban Əliyevadan Zəngilan paylaşımı - FOTO .....                        Məleykə Abbaszadədən abituriyentlərə çağırış .....                        Arif Hacılıya Müsavatda yeni vəzifə verildi .....                        Ərdoğandan su müharibələri ilə bağlı xəbərdarlıq .....                        Zəngilanda yeni inşa olunan məscidin açılışı - FOTO .....                        Böyük Mərcanlıda 542 nəfər üçün ev tikilir .....                        Şair İnqilab İsaq vəfat etdi .....                        Karxuluda 940 ev tikiləcək .....                       
25-05-2023, 12:19
İngiltərədə Xameneiyə məxsus İslam Mərkəzi bağlandı


İngiltərədə Xameneiyə məxsus İslam Mərkəzi bağlandı

İran İslam Respublikasına bağlı İngiltərə İslam Mərkəzi bağlanıb. Bu barədə "Iran International" məlumat yayıb. Məlumata görə, Londonda yerləşən İngiltərə İslam Mərkəzi növbəti xəbərdarlığa qədər bütün mədəni və təhsil fəaliyyətini dayandırdığını elan edib. Ofisin bağlanma səbəbi haqda ətraflı məlumat verilməyib. İranın Ali Rəhbəri Seyid Əli Xameneinin ofisi kimi tanınan mərkəzdə müxtəlif dini mərasimlər təşkil edilirdi. Son vaxtlar Britaniyada yaşayan iranlılar dəfələrlə İngiltərə İslam Mərkəzinin qarşısına toplaşaraq aksiyalar keçirib, onun bağlanmasını tələb ediblər. “The Times” qəzeti İngiltərə İslam Mərkəzinin koronavirus pandemiyasının vurduğu itkiləri kompensasiya etmək üçün Britaniya hökumətindən 100 min funt sterlinqdən çox yardım aldığını açıqlamışdı. Qeyd edək ki, Britaniyadakı şiə təbliğat mərkəzlərindən biri olan İngiltərə İslam Mərkəzi 1998-ci ildə yaradılıb. 2018-ci ildən Mərkəzin rəhbəri İranın Ali Rəhbəri Xameneinin nümayəndəsi Haşim Musəvidir.
25-05-2023, 12:10
Qərb Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır - Şoyqu


Qərb Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır - Şoyqu

"NATO Şərqi və Mərkəzi Avropada öz qruplaşmalarını qurmaq üçün Ukrayna böhranından bəhanə kimi istifadə edir". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. "Qərb ölkələri Ukrayna hakimiyyətini döyüş meydanında taktiki uğurlar nümayiş etdirməyə vadar edir, ölkəni silahla doldurur, bu da münaqişənin genişlənməsinə gətirib çıxarır və uzadır", - iddia edib. "Qərb hər vasitə ilə Qarabağdakı vəziyyətə müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır. ABŞ regionda sabitliyi pozmaq üçün Əfqanıstandakı qeyri-qanuni silahlı birləşmələrdən istifadə etmək niyyətindədir", - Şoyqu iddiasını davam etdirib.
25-05-2023, 11:47
Paşinyan və Əliyevlə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçiriləcək - Peskov


Paşinyan və Əliyevlə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçiriləcək - Peskov

"Putin bu gün Paşinyan və Əliyevlə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Daha sonra üçtərəfli danışıqlar olacaq", - o əlavə edib. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Tərəflər Moskvada bir araya gələcəklər. Liderlərin görüşündə sülh prosesi əsas müzakirə mövzusu olacaq. Qeyd edək ki, Prezident İlham Əliyev və Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb. Növbəti görüşün iyunun 1-də Moldovada keçiriləcəyi gözlənilir.
25-05-2023, 11:16
Zelenski ölkəsinin əks-hücum əməliyyatına başladığını təsdiqlədi


Zelenski ölkəsinin əks-hücum əməliyyatına başladığını təsdiqlədi

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin əks-hücum əməliyyatına başladığını təsdiqləyib. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak İtaliyanın “Rai” telekanalına müsahibəsində bildirib. “Artıq bir neçə gündür əks-hücum gedir, sərhəddə 1500 kilometr boyunca gərgin müharibə gedir, əməliyyatlar artıq başlayıb", - o deyib. Eyni zamanda, o, Ukraynanın Rusiya Federasiyasının ərazisinə qarşı Qərb silahlarından istifadə etməyəcəyini, lakin işğaldakı Krımı və Donbası azad etmək üçün belə silahlardan istifadə olunacağını diqqətə çatdırıb. “Biz Rusiya ərazisini vurmaq istəmirik, Qərbin bizə verdiyi silahlardan Moskvanın işğal etdiyi ərazilərdə, o cümlədən Donbas və Krımda Rusiya Federasiyasının mövqelərini məhv etmək üçün istifadə edəcəyik”, - Podolyak vurğulayıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
25-05-2023, 10:09
Rusiyanın müdafiə naziri Belarusiyada səfərdədir


Rusiyanın müdafiə naziri Belarusiyada səfərdədir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusa səfər edib. Nazir artıq paytaxt Minsk şəhərindədir. O, burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasına qatılacaq. İştirakçılar regional çağırışlar və təhdidləri müzakirə edəcəklər.
24-05-2023, 20:55
Prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı 18% artıb


Prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı 18% artıb

Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində və sərhəd-buraxılış məntəqələrində səs verənlərin sayı 1 milyon 839 min 488 nəfər olub. Bu barədə Türkiyə Ali Seçki Komissiyası məlumat yayıb. Bildirilir ki, prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı ilk turdakından 18% çox olub. Belə ki, seçkilərin birinci turunda ölkə xaricində və sərhəd-buraxılış məntəqələrində 1 milyon 839 min 470 səs verib. Üstəlik ilk turda xaricdə səsvermə müddəti 13 gün olub. Qeyd edək ki, xaricdəki nümayəndəliklərdə səsvermə proseduru mayın 24-də, sərhəd-buraxılış məntəqələrində isə mayın 28-i saat 17.00-dək davam edəcək.
24-05-2023, 20:18
Paşinyan Rusiyaya səfər etdi


Paşinyan Rusiyaya səfər etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. O, mayın 25-də Moskvada Avrasiya İqtisadi Şurasının növbəti sessiyasında iştirak edəcək. Səfər çərçivəsində Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. Bundan əlavə, Ermənistanın Baş nazirinin Rusiya Federasiyası Prezidenti və Azərbaycan Prezidenti ilə üçtərəfli görüşü nəzərdə tutulub.
24-05-2023, 18:38
Paşinyan Zaxarovaya cavab verdi


Paşinyan Zaxarovaya cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya cavab verib. Bu barədə o, parlamentin bu gün keçirilən iclasında danışıb. Paşinyan deyib ki, Zaxarova onun həmsöhbəti ola bilməz: "Mənim həmsöhbətlərim Rusiya Federasiyasının Prezidenti və Baş naziridir. Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, yalnız onları nəzərə ala bilər”. Xatırladaq ki, Zaxarova Paşinyanın KTMT ilə bağlı açıqlamalarının qarışıq reaksiyalara səbəb olduğunu bildirib.
24-05-2023, 18:26
KTMT Ermənistana monitorinq missiyası göndərməyə hazırdır - Paşinyan


KTMT Ermənistana monitorinq missiyası göndərməyə hazırdır - Paşinyan

KTMT Ermənistana monitorinq missiyası göndərməyə hazırdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib. O bildirib ki, təşkilat Ermənistana təxminən 30 nəfərdən ibarət missiya göndərmək istəyir. Bundan əlavə, Paşinyan bir daha Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanımağa hazır olduğunu bəyan edib.
24-05-2023, 17:50
Nazirlik məsələsi hökumət qurulmadan danışılacaq bir məsələ deyil - Özdağ


Nazirlik məsələsi hökumət qurulmadan danışılacaq bir məsələ deyil - Özdağ

Zəfər Partiyasının sədri Ümit Özdağ "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə daxili işlər naziri postunu tutacağı barədə müzakirələrə aydınlıq gətirib. O, məsələnin hökumət formalaşdırılmadan danışılmasını doğru saymadığını bildirib. "Nazirlik məsələsi hökumət qurulmadan danışılacaq bir məsələ deyil. Amma deyim ki, mən bu postu istəyərəm", - o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!