Jurnalistikanın Məzahir Süleymanzadə “SƏHƏRİ” .....                        Naxçıvanda ölən tələbələr I kursda oxuyurlarmış - Hadisənin detalları .....                        Sabahın hava proqnozu .....                        Xankəndidə Türkiyənin konsulluğu nə vaxt açılacaq? - Səfirdən açıqlama .....                        Sabiq rektora hökm oxundu - 14 il 6 ay .....                        Naxçıvanda faciə: İki tələbə göldə boğulub öldü .....                        Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür .....                        Daha bir güləşçimiz Parisə vəsiqə əldə etdi .....                        Paşinyan istefa tələbinə məhəl qoymadı .....                       
23-05-2023, 13:37
İraq prezidenti təyyarədən enərkən yıxıldı


İraq prezidenti təyyarədən enərkən yıxıldı

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bağdad hava limanında təyyarədən enərkən yıxılıb. Hadisə Süleymaniyyədən Bağdada qayıdan zaman baş verib. Pilləkəndən yıxılan Prezidentin qolu sınıb, bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıb. O, dərhal xəstəxanaya aparılıb, ilkin tibbi yardım göstərilib. Qeyd olunub ki, Əbdüllətif Camal Rəşid İraqın şimalına bir neçə günlük səfər edib.
23-05-2023, 13:05
Məhkəmə sabiq baş nazirin həbsini təxirə saldı


Məhkəmə sabiq baş nazirin həbsini təxirə saldı

İslamabadın Apelyasiya Məhkəməsi Pakistanın sabiq baş naziri, “Ədalət naminə hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verilən orderin qüvvəsini iyunun 8-dək dayandırıb. İmran Xan məhkəməyə gələrək azad olunması üçün girov ödəyib. Özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək onları siyasi sifariş adlandıran sabiq baş nazir tərəfdarlarını dinc etiraz aksiyalarına səsləyib. Məlumat üçün bildirək ki, İmran Xan korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fondu vasitəsilə çirkli pulların yuyulmasında şübhəli bilinir. O, həmçinin mayın 9-da həbs olunan zaman təhlükəsizlik qüvvələrinə qarşı zor işlətməkdə ittiham edilir. Siyasətçinin həbsi ölkənin iri şəhərlərində, o cümlədən Abottabad, İslamabad, Lahor, Peşavar, Ravalpindi, Sialkot, Feysəlabad və Haripurda kütləvi nümayişlərə səbəb olub. Eyni zamanda, bəzi regionlarda nümayişçilərlə polis arasında şiddətli toqquşmalar baş verib. Mayın 12-də Pakistan Ali məhkəməsi siyasətçinin həbsini qanunsuz hesab edərək onu azadlığa buraxıb. Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.
22-05-2023, 20:51
Xamenidən Şamxaniyə yeni vəzifə təyinatı


Xamenidən Şamxaniyə yeni vəzifə təyinatı

İranın ali rəhbəri Əli Xamenei Əli Şamxaniyə yeni vəzifə verib. Bu barədə Xamenei sərəncam imzalayıb. Şamxani Rəhbərliyin Məqsədinin Tanınması və Siyasi Məsləhət Şurasının üzvü təyin edilib. Qeyd edək ki, Əli Şamxani bu gün İranin Ali Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad olunub.
22-05-2023, 17:38
Almaniya kanslerindən etiraf - Bayden Trampdan daha yaxşıdır


Almaniya kanslerindən etiraf - Bayden Trampdan daha yaxşıdır

Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenin sələfi Donald Trampdan daha yaxşı olduğunu bildirib. Bu barədə o, ibtidai sinif şagirdinin sualını cavablandırarkən deyib. “Məncə, indiki prezident daha yaxşıdır, ona görə də onun yenidən seçilməsini istəyirəm”, - Şolts Baydenə dəstək nümayiş etdirib. Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabr ayında keçiriləcək.
22-05-2023, 16:41
Məsələnin beynəlxalq ictimaiyyət tərəfindən qeydə alındığını görürük - Paşinyan


Məsələnin beynəlxalq ictimaiyyət tərəfindən qeydə alındığını görürük - Paşinyan

"1975-ci ildə SSRİ Baş Qərargahının təsdiq etdiyi xəritələrə uyğun olaraq Ermənistan və Azərbaycan qoşunlarının "güzgü effekti" ilə çəkilməsi həyata keçirilməlidir". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. "Bu, sabitliyə zəmanət verəcək. Biz də görürük ki, məsələ beynəlxalq ictimaiyyət tərəfindən qeydə alınır", - deyə Paşinyan bildirib. "KTMT missiyası Ermənistan ərazisində fəaliyyət göstərmir, çünki Təşkilat Ermənistanın sərhədlərini müəyyən etmir. Təşkilat bunu düzəldəndə problemlərin 90%-i aradan qaldırılacaq", - o əlavə edib.
22-05-2023, 15:54
Lavrov özbəkistanlı həmkarıyla danışıqlar apardı


Lavrov özbəkistanlı həmkarıyla danışıqlar apardı

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Özbəkistan Respublikasının XİN başçısı Bəxtiyar Səidov ilə görüşüb. Bu barədə Rusiya XİN məlumat yayıb. "İkitərəfli münasibətlərimizə gəlincə, biz də prezidentlərimiz kimi məmnuniyyətlə bildiririk ki, sanksiya məhdudiyyətlərinə baxmayaraq, əlaqələr bütün istiqamətlərdə intensiv inkişaf edir. 2022-ci ildə ticarət dövriyyəsi 26% artaraq 9 milyard dollara yaxınlaşıb. Prioritetlər arasında təhsil və elm sahəsində qarşılıqlı fəaliyyət də var. Bu gün 12 minə yaxın Özbəkistan vətəndaşı federal və regional büdcələr hesabına Rusiya universitetlərində təmənnasız təhsil alır. Növbəti tədris ili üçün özbək tələbələrə 800 kvota yeri ayrılıb. Biz Özbəkistanda rus dilinə və təhsilinə göstərilən diqqəti yüksək qiymətləndiririk. Regional məsələlərdən söz düşmüşkən, biz MDB və ŞƏT-də sıx əməkdaşlıq edirik, Daşkəndin müşahidəçi qismində iştirak etdiyi Aİİ ilə əlaqələriniz inkişaf edir", - Lavrov deyib.
22-05-2023, 15:04
Rusiya Moldova üçün strateji tərəfdaş deyil - Maya Sandu


Rusiya Moldova üçün strateji tərəfdaş deyil - Maya Sandu

"Rusiya Moldova üçün strateji tərəfdaş deyil". Bu barədə Moldova prezidenti Maya Sandu "Nonfiction.eu" saytına müsahibəsində deyib. Sandu qeyd edib ki, Kişinyovla Moskva arasında heç vaxt strateji tərəfdaşlıq olmayıb. “Əgər sizə hörmət edilmirsə, deməli, bu, strateji tərəfdaşlıq deyil. Əgər Rusiya xalqımızın iradəsinə zidd olaraq 30 ildir bizim ərazimizdə qoşun saxlayırsa, o zaman bunu strateji tərəfdaşlıq adlandırmaq olmaz”, - Moldova rəhbəri bildirib. Qeyd edək ki, Sandu ölkəsinin bundan sonra MDB sammitlərinə və digər tədbirlərə ev sahibliyi etməyəcəyini bəyan edib.
22-05-2023, 14:57
Britaniya naziri Ermənistana səfər etdi


Britaniya naziri Ermənistana səfər etdi

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti Ermənistan səfər edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Dokerti Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla təkbətək və geniş tərkibdə görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
22-05-2023, 13:24
Lavrova yeni müavin təyin edildi


Lavrova yeni müavin təyin edildi

Rusiya xarici işlər naziri Sergey Lavrova yeni müavin təyin edilib. Prezident Vladimir Putinin imzaladığı sərəncama əsasən, Sergey Butin xarici işlər nazirinin müavini vəzifəsinə təyinat alıb. Qeyd edək ki, bir müddət əvvəl Oleq Sırmolotov Rusiya XİN başçısının müavini postundan təqaüdə göndərilib.
22-05-2023, 13:13
Qarabağla bağlı mövqeyimiz seçkiqabağı vədlərə uyğundur - Paşinyan


Qarabağla bağlı mövqeyimiz seçkiqabağı vədlərə uyğundur - Paşinyan

"Qarabağla bağlı hazırkı mövqeyimiz sülh gündəliyindəki seçkiqabağı vədlərə uyğundur”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. "Bütün bu illər ərzində biz sualın yalnız bir hissəsini formalaşdırmışıq. Biz şüarların ardınca getmişik. İndi də müəyyən dərəcədə keçdiyimiz yolu nəzərdən keçiririk", - Paşinyan bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!