Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
10-07-2025, 12:15
Anomal istilər səbəbindən İtaliyada 500 nəfər ölüb


Anomal istilər səbəbindən İtaliyada 500 nəfər ölüb

İtaliyada iyunun sonu və iyulun əvvəlində Afrika antisiklonunun güclənməsi ilə müşahidə olunan qızmar istilər səbəbindən təxminən 500 nəfərin öldüyü bildirilir.
Qitədə aparılan araşdırmaya əsasən, iyunun 23-dən iyulun 2-dək Milanda 317, Romada 164 ölüm qeydə alınıb. Qeyd edilən dövrdə Avropanın 12 şəhərində isə anomal istilər səbəbindən 2300-dək ölüm olduğu bildirilir. Təxmin edilən 2300 ölümdən təqribən 1500-ü və ya 65 faizi məhz iqlim dəyişikliyinin nəticəsidir.
Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi istiliklə bağlı ölümlərin sayını üç dəfə artırıb. Həmçinin ənənəvi yanacaqdan istifadə bütün şəhərlərdə temperaturu 4 dərəcəyədək yüksəldib.
Alimlər nəzərdən keçirilmiş metodlardan istifadə edərək ölənlərin sayını təxmin ediblər. Bu, iqlim dəyişikliyinin səbəb olduğu həddindən artıq istiliklə bağlı ölümləri təxmin edən ilk sürətli araşdırmadır.
Xatırladaq ki, iyunun sonu və iyulun əvvəlində Avropanı həddindən artıq istilər bürüyüb, bir çox ölkədə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb.
9-07-2025, 22:14
Putin onu işdən çıxardı


Putin onu işdən çıxardı

Mixail Boqdanov Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Boqdanov, həmçinin Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad olunub.
9-07-2025, 21:50
Zelenski Roma Papası ilə bir arada


Zelenski Roma Papası ilə bir arada

İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüşdə iki ölkə arasında dostluq, İtaliyanın Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hərtərəfli dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sercio Mattarella ölkəsinin mövqeyinin tamamilə qəti olduğunu və Ukraynaya hərtərəfli dəstək olacağını bildirib.
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo isə Ukrayna Prezidentini İtaliyanın paytaxtından təxminən 25 kilometr məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki iqamətgahında qəbul edib. Papa Leo Rusiya və Ukrayna nümayəndələrini danışıqlar üçün Vatikanda qarşılamağa hazır olduğunu bir daha qeyd edib. Görüşdə sülhə aparan ədalətli və davamlı yolların aktuallığı, bunun üçün də dialoqun vacibliyi vurğulanıb.
Qeyd edək ki, Volodimir Zelenski iyulun 10-11-də Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak etmək üçün İtaliyaya gəlib.
9-07-2025, 19:09
Müjdəli xəbərlərimiz olacaq - Ərdoğan


Müjdəli xəbərlərimiz olacaq - Ərdoğan

PKK terror təşkilatının həbsdə olan rəhbəri Abdullah Öcalanla görüşən nümayəndələr bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda olublar.
Ərdoğan bu gün fraksiyanın iclasından sonra görüş barədə danışıb.
O, görüşün “konstruktiv və səmimi” olduğunu və yaxın günlərdə müjdəli xəbərlərin olacağını bildirib.
Ərdoğan "terror divarının yıxılacağını və Türkiyənin qazanacağını" vurğulayıb.
Qeyd edək ki, görüşdə DEM heyətində Pervin Buldan və Mithat Sancar yer alıb, görüşə MİT rəhbəri İbrahim Kalın və AKP rəsmisi Efkan Ala da qatılıb.
DEM Partiyasının MHP və CHP rəhbərləri ilə də görüş planlaşdırdığı açıqlanıb.
9-07-2025, 18:58
Sarkisyan həbs edildi


Sarkisyan həbs edildi

"Ermənistan" fraksiyasından olan deputat Artur Sarkisyan həbs edilib.
Müvafiq qərarı İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Artak Karapetyan verib.
Müxalif deputat iki ay müddətinə həbs olunub.
Bir gün əvvəl Sarkisyan parlament baş prokurorun deputat toxunulmazlığından məhrum edilməsi barədə vəsatətini təmin etdikdən dərhal sonra könüllü olaraq İstintaq Komitəsinə yollanıb.
Artur Sarkisyan “Müqəddəs Mübarizə” hərəkatına yardım etdiyinə görə toxunulmazlıqdan məhrum edilib. Deputatın vəkilləri məlumat veriblər ki, Sarkisyanın lentə alınmış söhbətlərində dövlət çevrilişi və ya çevrilişə hazırlıqla bağlı hər hansı fikir yoxdur.
9-07-2025, 18:03
Paşinyan da Birləşmiş Ərəb Əmirliklərindədir


Paşinyan da Birləşmiş Ərəb Əmirliklərindədir

Ermənistanın baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri başlayıb.
Baş nazir səfərinin videosunu öz Facebook səhifəsində yerləşdirib.
Qeyd edək ki, bu gün Əbu-Dabidə Paşinyanın BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşü nəzərdə tutulub.
İyulun 10-da Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək.
8-07-2025, 20:07
Erməni hərbçilər minaya düşdülər


Erməni hərbçilər minaya düşdülər

Ermənistan hərbçiləri təlim-məşq toplanışı zamanı mina partlayışı nəticəsində yaralanıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə bu gün poliqonların birində baş verib, xəsarət alanların sayı açıqlanmayıb.
Araşdırma aparılır.
8-07-2025, 17:57
Makronun arvadı onu yenidən alçaltdı


Makronun arvadı onu yenidən alçaltdı

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Böyük Britaniyaya səfəri zamanı təyyarədən enərkən Fransa liderinin uzatdığı əli qəbul etməyərək onu yenidən açıq şəkildə alçaldıb.
Prezident təyyarəsinin "Northolt" hərbi bazasına gəlişi kadrlarını “France 24” telekanalı yayıb.
Videoda Makron təyyarədən ilk enir. Onun ardınca həyat yoldaşı Bricit çıxır. Makron ona əlini uzadır, lakin birinci xanım onu qəbul etmir və məhəccərə söykənərək enir. Onu qarşılayan Şahzadə Uilyam və Şahzadə Keyt Midltona tərəf dönür.
Daha əvvəl Makron və həyat yoldaşının münasibətləri may ayının sonunda Vyetnama səfərləri zamanı KİV-in diqqətini cəlb etmişdi. Prezidentin təyyarədən çıxışını çəkən jurnalistlər həyat yoldaşının E.Makronun üzünə şillə vurduğu anı lentə almışdılar.
7-07-2025, 22:45
Ukrayna Rusiyanın hərbi zavodlarına zərbələr endirdi


Ukrayna Rusiyanın hərbi zavodlarına zərbələr endirdi

Ukrayna ordusu Rusiyanın Krasnozavodsk Kimya Zavoduna hava hücumu edib. Xüsusilə, ruslar orada “Şahed” kamikadze pilotsuz təyyarələri üçün döyüş başlıqları istehsal edir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın məlumatında bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin bölmələri tərəfindən Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq çərçivəsində hava hücumu həyata keçirilib.
“Müəssisə pirotexniki vasitələr və döyüş sursatları, xüsusən də “Şahed” tipli PUA-lar üçün termobarik döyüş başlıqları istehsal edir”, - deyə məlumatda bildirilib.
Krasnozavodsk şəhəri ərazisində silsilə partlayışlar qeydə alınıb. Bundan sonra qonşu yaşayış məntəqələrində yanğınsöndürən maşınlar hərəkətə başlayıb.
Baş Qərargah bildirib ki, hücumun nəticələri dəqiqləşdirilir.
Qeyd etmək lazımdır ki, Moskva vilayətində yerləşən Krasnozavodsk Kimya Zavodu ikili təyinatlı komponentlərin, o cümlədən döyüş sursatı və sənaye partlayıcıları üçün elementlərin istehsalında ixtisaslaşıb.
Müəssisə Rusiya müdafiə sənayesi üçün strateji əhəmiyyətə malikdir və Rusiya Müdafiə Nazirliyinin ehtiyaclarının ödənilməsi ilə bağlı obyektlər siyahısına daxildir.
7-07-2025, 21:10
Lavrov Fidanla danışıqlar apardı


Lavrov Fidanla danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada keçirilən BRİCS sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Tərəflər ikitərəfli iqtisadi və siyasi məsələləri, həmçinin enerji sahəsindəki əməkdaşlığı müzakirə ediblər.
Nazirlər, eyni zamanda, Yaxın Şərqdəki, o cümlədən Qəzzadakı cari durum barədə danışıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!