Bakıda restoranda yanğın - İşçilər tüstüdən zəhərləndi .....                        Sədərək rayonunda partlayış - 2 nəfər öldü .....                        Tailandın xarici işlər naziri istefa verdi .....                        Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək - Peskov .....                        Muxtar Babayev G7 nazirlər toplantısında iştirak etdi .....                        Azərbaycana dəstəyinə görə minnətdarıq - Ukraynanın yeni səfiri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır - Ermənistan XİN .....                        Stokholmda yenə Quran yandırdılar .....                       
22-05-2023, 13:24
Lavrova yeni müavin təyin edildi


Lavrova yeni müavin təyin edildi

Rusiya xarici işlər naziri Sergey Lavrova yeni müavin təyin edilib. Prezident Vladimir Putinin imzaladığı sərəncama əsasən, Sergey Butin xarici işlər nazirinin müavini vəzifəsinə təyinat alıb. Qeyd edək ki, bir müddət əvvəl Oleq Sırmolotov Rusiya XİN başçısının müavini postundan təqaüdə göndərilib.
22-05-2023, 13:13
Qarabağla bağlı mövqeyimiz seçkiqabağı vədlərə uyğundur - Paşinyan


Qarabağla bağlı mövqeyimiz seçkiqabağı vədlərə uyğundur - Paşinyan

"Qarabağla bağlı hazırkı mövqeyimiz sülh gündəliyindəki seçkiqabağı vədlərə uyğundur”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. "Bütün bu illər ərzində biz sualın yalnız bir hissəsini formalaşdırmışıq. Biz şüarların ardınca getmişik. İndi də müəyyən dərəcədə keçdiyimiz yolu nəzərdən keçiririk", - Paşinyan bildirib.
22-05-2023, 13:00
Oğlumun müharibədə ölməyəcəyini heç kim proqnozlaşdıra bilməzdi - Paşinyan


Oğlumun müharibədə ölməyəcəyini heç kim proqnozlaşdıra bilməzdi - Paşinyan

"Mayın 25-də Moskvada keçiriləcək görüşdə sülh sazişinin imzalanmasını qeyri-real hesab edirəm". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. “Bu görüşə çox az vaxt qalıb”, - o əlavə edib. Paşinyan daha sonra əsgər anası Qayane Akopyanın həbsinə münasibət bildirib. "Oğlumun müharibədə ölməyəcəyini heç kim proqnozlaşdıra bilməzdi. Onun yoldaşını müharibədə öldürən qəlpə Aşota dəysəydi, o, qəhrəman olardı? Anna Akopyan da olacaqdı qəhrəman anası?", - deyə Paşinyan sual edib.
21-05-2023, 22:54
Yunanıstanda parlament seçkilərinin ilkin nəticələri bəlli oldu


Yunanıstanda parlament seçkilərinin ilkin nəticələri bəlli oldu

Yunanıstanda bu gün keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilir ki, seçkidə istifadə edilən bülletenlərin yarıdan çoxu sayılıb və bu nəticələrə görə, hazırda hakimiyyətdə olan mühafizəkar Yeni Demokratiya partiyası 41%-ə yaxın səs toplayaraq qələbə qazanıb. Ancaq bu səs partiyanın təkbaşına hökumət qurmasına kifayət etməyəcək. 2015-2019-cu illərdə hakimiyyətdə olan radikal solçu Syriza partiyası 20,1% səs toplayaraq ikinci yerdə qərarlaşıb. Ölkənin daxili işlər nazirinin məlumatına görə, hakim partiya 300 mandatdan ibarət parlamentdə 145 deputat yeri qazanacaq.
21-05-2023, 19:32
ABŞ Krımı Ukrayna ərazisi hesab etdiyi üçün hücumuna etiraz etmir


ABŞ Krımı Ukrayna ərazisi hesab etdiyi üçün hücumuna etiraz etmir

ABŞ Krımı Ukraynanın ərazisi hesab edir, buna görə də Kiyevin Amerika silahları ilə yarımadaya hücum etməsinə etiraz etmir. Bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan CNN telekanalına açıqlamasında bildirib. “Bəli, biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilərə zərbə endirməsi üçün heç bir məhdudiyyət qoymamışıq. Biz Ukraynanın Rusiyaya zərbə endirmək üçün Amerika və Qərb silahlarından istifadə etməsinə icazə verməyəcəyimizi söylədik. Biz isə inanırıq ki, Krım Ukraynadır”, - deyə Sallivan vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Ukrayna da Krımdakı Rusiya mövqelərinə zərbə endirmək üçün Qərb silahlarından istifadə etmək hüququnun olduğunu açıqlayıb.
21-05-2023, 18:34
Yaponiyadan Ukraynaya 7,6 milyard dollarlıq maliyyə yardımı


Yaponiyadan Ukraynaya 7,6 milyard dollarlıq maliyyə yardımı

Yaponiya Kiyevə 7,6 milyard dollar maliyyə yardımı ayırıb. Bu barədə bazar günü Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisindən Yaponiyanın Baş naziri Fumio Kişida ilə "G7" sammiti çərçivəsində keçirilən danışıqların yekunu üzrə məlumat verilib. “Prezident Fumio Kişidanın Ukraynaya, xüsusən Yaponiyanın G7-yə sədrliyi çərçivəsində beynəlxalq dəstəyin səfərbər edilməsində şəxsi rəhbərliyini yüksək qiymətləndirib. Prezident əvvəllər ayrılmış 7,6 milyard dollarlıq maliyyə yardımı paketinə görə Yaponiyaya təşəkkür edib”, - Ukrayna Prezidentinin ofisindən verilən məlumatda bildirilir. Bundan əlavə, Zelenski yaralı ukraynalı hərbçilərin müalicəsi və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 100 yük maşını şəklində əlavə yardıma görə Yaponiyaya təşəkkür edib.
21-05-2023, 17:40
Moldovadakı mitinqə 80 min nəfər qatıldı


Moldovadakı mitinqə 80 min nəfər qatıldı

Mayın 21-də Moldovanın paytaxtı Kişineunun mərkəzində keçirilən Böyük Avropa Yığıncağına 75-80 min nəfər qatılıb. Bu barədə Moldova Baş Polis Müfəttişliyinin mətbuat katibi Diana Fetko məlumat verib. O həmçinin qeyd edib ki, tədbirdə asayişi təmin edən hüquq-mühafizə orqanları insident qeydə almayıblar. Prezident Maya Sandu tərəfindən elan edilən mitinqdə dövlət başçısının özü və sırf bu tədbir üçün ölkəyə səfər edən Avropa Parlamentinin sədri Roberta Metsola çıxış ediblər. Qeyd edək ki, mitinq iştirakçıları ölkənin Avropaya inteqrasiyasını dəstəkləyən qətnamə qəbul ediblər. Sənəddə qeyd olunur ki, Moldova Avropa İttifaqının tamhüquqlu hissəsi olmağa çalışır, bu, sabitliyə zəmanət verə və ona öz potensialını reallaşdırmağa imkan verə bilər.
21-05-2023, 17:01
Xaricdə səs verən türklərin sayı açıqlandı


Xaricdə səs verən türklərin sayı açıqlandı

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində indiyədək xarici ölkələrdə yaşayan 717 612 nəfər səs verib. Bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) məlumat yayıb. Bildirilib ki, xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, gömrükdə isə mayın 28-i saat 17:00-dək (Bakı vaxtı ilə 18:00-dək) davam edəcək. Qeyd edək ki, Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb. Mayın 20-də Bakı vaxtı ilə səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb. Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub. Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır. Səsvermə bütün ünvanlarda mayın 22-i saat 22:00-da başa çatacaq.
21-05-2023, 12:36
İranla Pakistan sərhədində atışma baş verib


İranla Pakistan sərhədində atışma baş verib

İranın Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində azı 6 iranlı sərhədçi ölüb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, sərhəddə baş verən insident zamanı sərhəd qoşunlarının daha iki zabiti yaralanıb. Bazar günü gecə adı açıqlanmayan terrorçu birləşmənin üzvləri Seravan sərhəd alayının məsuliyyət zonasında İranın ərazisinə daxil olub. Toqquşmalar nəticəsində radikallar İran-Pakistan sərhədini keçərək İran ərazisini tərk etməyə məcbur olublar. Qeyd edək ki, terrorçu birləşmənin sıralarında da itkilərin olduğu, lakin onların dəqiq sayının məlum olmadığı bildirilib.
21-05-2023, 12:21
Zelenski ilə Baydenin görüşünün detalları açıqlandı


Zelenski ilə Baydenin görüşünün detalları açıqlandı

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşüb. Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Ukraynaya artıq 37 milyard dollardan çox olan güclü maliyyə yardımına, habelə amerikalı həmkarı Cozef Baydenin elan etdiyi 375 milyon dollar məbləğində yeni hərbi yardım paketinə görə təşəkkür edib. “Xalqımızdan böyük təşəkkürlər. Mən şadam ki, bizim belə güclü münasibətlərimiz var”, - Ukrayna lideri bildirib. O, ABŞ Prezidentinin beynəlxalq aviasiya koalisiyasına dəstək qərarını xüsusən qeyd edib. Liderlər Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində gələcək əməkdaşlığı, həmçinin Ukrayna sülh formalunun gerçəkləşdirilməsi məsələsini müzakirə ediblər. Prezidentlər Ukraynanın yenidən qurulması və bərpası layihələri ətrafında fikir mübadiləsi aparıblar. Volodimir Zelenski ayrıca Ukraynanın Avro-Atlantik inteqrasiyası və NATO-nun Vilnüs sammitinə hazırlıq məsələlərinə də toxunub. Dövlət başçısı ölkəsinin Alyansa daxil olmasından öncə Ukrayna üçün təhlükəsizlik təminatının alınmasının vacibliyini qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!