Zəngilanda silah-sursat aşkarlandı .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Ağdamda mina partladı - Yaralı var .....                        Magistraturaya II cəhd qəbul imtahanı keçirildi .....                        Zərifə Əliyevanın doğum günüdür .....                        Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                       
22-05-2023, 17:38
Almaniya kanslerindən etiraf - Bayden Trampdan daha yaxşıdır


Almaniya kanslerindən etiraf - Bayden Trampdan daha yaxşıdır

Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenin sələfi Donald Trampdan daha yaxşı olduğunu bildirib. Bu barədə o, ibtidai sinif şagirdinin sualını cavablandırarkən deyib. “Məncə, indiki prezident daha yaxşıdır, ona görə də onun yenidən seçilməsini istəyirəm”, - Şolts Baydenə dəstək nümayiş etdirib. Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabr ayında keçiriləcək.
22-05-2023, 16:41
Məsələnin beynəlxalq ictimaiyyət tərəfindən qeydə alındığını görürük - Paşinyan


Məsələnin beynəlxalq ictimaiyyət tərəfindən qeydə alındığını görürük - Paşinyan

"1975-ci ildə SSRİ Baş Qərargahının təsdiq etdiyi xəritələrə uyğun olaraq Ermənistan və Azərbaycan qoşunlarının "güzgü effekti" ilə çəkilməsi həyata keçirilməlidir". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. "Bu, sabitliyə zəmanət verəcək. Biz də görürük ki, məsələ beynəlxalq ictimaiyyət tərəfindən qeydə alınır", - deyə Paşinyan bildirib. "KTMT missiyası Ermənistan ərazisində fəaliyyət göstərmir, çünki Təşkilat Ermənistanın sərhədlərini müəyyən etmir. Təşkilat bunu düzəldəndə problemlərin 90%-i aradan qaldırılacaq", - o əlavə edib.
22-05-2023, 15:54
Lavrov özbəkistanlı həmkarıyla danışıqlar apardı


Lavrov özbəkistanlı həmkarıyla danışıqlar apardı

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Özbəkistan Respublikasının XİN başçısı Bəxtiyar Səidov ilə görüşüb. Bu barədə Rusiya XİN məlumat yayıb. "İkitərəfli münasibətlərimizə gəlincə, biz də prezidentlərimiz kimi məmnuniyyətlə bildiririk ki, sanksiya məhdudiyyətlərinə baxmayaraq, əlaqələr bütün istiqamətlərdə intensiv inkişaf edir. 2022-ci ildə ticarət dövriyyəsi 26% artaraq 9 milyard dollara yaxınlaşıb. Prioritetlər arasında təhsil və elm sahəsində qarşılıqlı fəaliyyət də var. Bu gün 12 minə yaxın Özbəkistan vətəndaşı federal və regional büdcələr hesabına Rusiya universitetlərində təmənnasız təhsil alır. Növbəti tədris ili üçün özbək tələbələrə 800 kvota yeri ayrılıb. Biz Özbəkistanda rus dilinə və təhsilinə göstərilən diqqəti yüksək qiymətləndiririk. Regional məsələlərdən söz düşmüşkən, biz MDB və ŞƏT-də sıx əməkdaşlıq edirik, Daşkəndin müşahidəçi qismində iştirak etdiyi Aİİ ilə əlaqələriniz inkişaf edir", - Lavrov deyib.
22-05-2023, 15:04
Rusiya Moldova üçün strateji tərəfdaş deyil - Maya Sandu


Rusiya Moldova üçün strateji tərəfdaş deyil - Maya Sandu

"Rusiya Moldova üçün strateji tərəfdaş deyil". Bu barədə Moldova prezidenti Maya Sandu "Nonfiction.eu" saytına müsahibəsində deyib. Sandu qeyd edib ki, Kişinyovla Moskva arasında heç vaxt strateji tərəfdaşlıq olmayıb. “Əgər sizə hörmət edilmirsə, deməli, bu, strateji tərəfdaşlıq deyil. Əgər Rusiya xalqımızın iradəsinə zidd olaraq 30 ildir bizim ərazimizdə qoşun saxlayırsa, o zaman bunu strateji tərəfdaşlıq adlandırmaq olmaz”, - Moldova rəhbəri bildirib. Qeyd edək ki, Sandu ölkəsinin bundan sonra MDB sammitlərinə və digər tədbirlərə ev sahibliyi etməyəcəyini bəyan edib.
22-05-2023, 14:57
Britaniya naziri Ermənistana səfər etdi


Britaniya naziri Ermənistana səfər etdi

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti Ermənistan səfər edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Dokerti Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla təkbətək və geniş tərkibdə görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
22-05-2023, 13:24
Lavrova yeni müavin təyin edildi


Lavrova yeni müavin təyin edildi

Rusiya xarici işlər naziri Sergey Lavrova yeni müavin təyin edilib. Prezident Vladimir Putinin imzaladığı sərəncama əsasən, Sergey Butin xarici işlər nazirinin müavini vəzifəsinə təyinat alıb. Qeyd edək ki, bir müddət əvvəl Oleq Sırmolotov Rusiya XİN başçısının müavini postundan təqaüdə göndərilib.
22-05-2023, 13:13
Qarabağla bağlı mövqeyimiz seçkiqabağı vədlərə uyğundur - Paşinyan


Qarabağla bağlı mövqeyimiz seçkiqabağı vədlərə uyğundur - Paşinyan

"Qarabağla bağlı hazırkı mövqeyimiz sülh gündəliyindəki seçkiqabağı vədlərə uyğundur”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. "Bütün bu illər ərzində biz sualın yalnız bir hissəsini formalaşdırmışıq. Biz şüarların ardınca getmişik. İndi də müəyyən dərəcədə keçdiyimiz yolu nəzərdən keçiririk", - Paşinyan bildirib.
22-05-2023, 13:00
Oğlumun müharibədə ölməyəcəyini heç kim proqnozlaşdıra bilməzdi - Paşinyan


Oğlumun müharibədə ölməyəcəyini heç kim proqnozlaşdıra bilməzdi - Paşinyan

"Mayın 25-də Moskvada keçiriləcək görüşdə sülh sazişinin imzalanmasını qeyri-real hesab edirəm". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. “Bu görüşə çox az vaxt qalıb”, - o əlavə edib. Paşinyan daha sonra əsgər anası Qayane Akopyanın həbsinə münasibət bildirib. "Oğlumun müharibədə ölməyəcəyini heç kim proqnozlaşdıra bilməzdi. Onun yoldaşını müharibədə öldürən qəlpə Aşota dəysəydi, o, qəhrəman olardı? Anna Akopyan da olacaqdı qəhrəman anası?", - deyə Paşinyan sual edib.
21-05-2023, 22:54
Yunanıstanda parlament seçkilərinin ilkin nəticələri bəlli oldu


Yunanıstanda parlament seçkilərinin ilkin nəticələri bəlli oldu

Yunanıstanda bu gün keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilir ki, seçkidə istifadə edilən bülletenlərin yarıdan çoxu sayılıb və bu nəticələrə görə, hazırda hakimiyyətdə olan mühafizəkar Yeni Demokratiya partiyası 41%-ə yaxın səs toplayaraq qələbə qazanıb. Ancaq bu səs partiyanın təkbaşına hökumət qurmasına kifayət etməyəcək. 2015-2019-cu illərdə hakimiyyətdə olan radikal solçu Syriza partiyası 20,1% səs toplayaraq ikinci yerdə qərarlaşıb. Ölkənin daxili işlər nazirinin məlumatına görə, hakim partiya 300 mandatdan ibarət parlamentdə 145 deputat yeri qazanacaq.
21-05-2023, 19:32
ABŞ Krımı Ukrayna ərazisi hesab etdiyi üçün hücumuna etiraz etmir


ABŞ Krımı Ukrayna ərazisi hesab etdiyi üçün hücumuna etiraz etmir

ABŞ Krımı Ukraynanın ərazisi hesab edir, buna görə də Kiyevin Amerika silahları ilə yarımadaya hücum etməsinə etiraz etmir. Bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan CNN telekanalına açıqlamasında bildirib. “Bəli, biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilərə zərbə endirməsi üçün heç bir məhdudiyyət qoymamışıq. Biz Ukraynanın Rusiyaya zərbə endirmək üçün Amerika və Qərb silahlarından istifadə etməsinə icazə verməyəcəyimizi söylədik. Biz isə inanırıq ki, Krım Ukraynadır”, - deyə Sallivan vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Ukrayna da Krımdakı Rusiya mövqelərinə zərbə endirmək üçün Qərb silahlarından istifadə etmək hüququnun olduğunu açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!