Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi .....                        Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur .....                        Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı .....                        Əli Kərimlinin partiyası ləğv oluna bilər .....                        Sumqayıtda yataqxanada yanğın .....                        Maliyyə Nazirliyi ilə bağlı yeni qərar .....                        Bu müsəlman ölkəsində ölü sayı 604-ə çatdı .....                        31 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi .....                        Təbrik Edirik! .....                       
28-10-2024, 16:28
Bayden bu gün prezident seçkisində səs verəcək


Bayden bu gün prezident seçkisində səs verəcək

Bu gün, oktyabrın 28-də ABŞ prezidenti Co Bayden Ağ Evin dərc etdiyi cədvələ əsasən prezident seçkilərində vaxtından əvvəl səs verəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Bayden seçkilərdə namizəd kimi iştirakdan imtina etmişdi.
Əvəzində Demokratların namizədi vitse-prezident Kamala Harris olub.
Respublikaçılar Partiyasının namizədi keçmiş prezident Donald Trampdır.
28-10-2024, 16:04
Ermənistan, ABŞ və Fransa Hindistanın əsas silah idxalçısına çevrilib


Ermənistan, ABŞ və Fransa Hindistanın əsas silah idxalçısına çevrilib

Ermənistan, ABŞ və Fransa 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısına çevrilib.
Bu barədə “The Times of India” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatlara görə, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Ötən il satışların həcmi 2,6 milyard dollar təşkil edib.
ABŞ-a ixrac əsasən alt sistemlərdən ibarətdir. Benefisiarlar sırasına qlobal təchizat zəncirlərinin bir hissəsi olaraq Hindistandan füzelajlar, qanadlar və digər təyyarə və vertolyot hissələri alan “Boeing” və “Lockheed Martin” kimi qlobal müdafiə nəhəngləri də daxildir.
“Fransa, öz növbəsində, böyük miqdarda proqram təminatı və elektron avadanlıq idxal edir”, - mənbə qeyd edib.
Nəşrin məlumatına görə, son dörd il ərzində Ermənistan Hindistanla raketlər, artilleriya, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya idxalı üçün bir neçə müqavilə imzalayıb. Ermənistan Hindistan istehsalı olan “Akaş” zenit-raket komplekslərinin ilk xarici alıcısı olub.
Braziliya “Akaş” sisteminin təkmilləşdirilmiş versiyalarının birgə istehsalı və birgə hazırlanmasında maraqlı olduğunu bildirib.
28-10-2024, 15:25
“Hizbullah” yenə İsrailə hücum etdi


“Hizbullah” yenə İsrailə hücum etdi

Livanın “Hizbullah” qruplaşması İsrail ərazisinə növbəti zərbələr endirdiyini açıqlayıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunur ki, İsrailin şimal-qərbindəki Akko şəhəri yaxınlığında yerləşən hərbi-sənaye müəssisəsi pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Bundan başqa, yəhudi dövlətinin şimalında, Livanla sərhədə yaxın Kiryat Şmona şəhərinə də bir neçə raket atılıb. Hücumların nəticələri barədə məlumat verilmir.
28-10-2024, 15:12
Türkiyə ordusu şəhid verdi


Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Pənçə-Kilit əməliyyat bölgəsində iştirak edən hərbçisi şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Kander Babür adlı hərbçinin səhhəti oktyabrın 25-də pisləşib. O yerləşdirildiyi xəstəxanada bu gün şəhid olub.
28-10-2024, 15:09
Deputat adam döydü - Partiyadan qovuldu


Deputat adam döydü - Partiyadan qovuldu

Leyboristlər Partiyasının Runkorn və Helsbi dairələrini təmsil edən parlament üzvü Mayk Amesburi bir şəxsi yumruqla vuraraq yerə yıxdığı anların yayımlanmasından sonra partiyadan uzaqlaşdırılıb.
Həmin görüntüləri “Daily Mail” əldə edib.
Videoda M.Amesburinin yerə yıxılmış şəxsə hücumu davam etdirdiyi görünür.
Hadisədən sonra Leyboristlər Partiyası M.Amesburinin partiyaya üzvlüyünü dayandırıb və onun parlamentdə müstəqil deputat kimi fəaliyyət göstərəcəyini açıqlayıb.
Hadisə ilə bağlı Çeşir polisi araşdırma aparır.
28-10-2024, 13:57
Ermənistanda bələdiyyə seçkilərinin vaxtı elan olundu


Ermənistanda bələdiyyə seçkilərinin vaxtı elan olundu

Ermənistanda növbəti bələdiyyə seçkilərinin vaxtı təyin olunub.
Bu barədə qərar Mərkəzi Seçki Komissiyası oktyabrın 28-də keçirilən növbədənkənar iclasında qəbul edilib.
Qərara əsasən, 2025-ci ildə yerli özünüidarə orqanlarına növbəti seçkilər üçün səsvermə günləri belə müəyyən edilib: 30 mart, 8 iyun, 5 oktyabr.
28-10-2024, 13:37
Ermənistanın dövlət borcu açıqlanıb


Ermənistanın dövlət borcu açıqlanıb

Ermənistanın dövlət borcu hazırda 5 trilyon dramdır.
Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Vahe Ovannisyan deyib.
Onun sözlərinə görə, 2024-cü ilin sonunda dövlət borcunun ÜDM-ə nisbəti 49,8% olacaq. 2025-ci ilin sonuna bu, 53,5% gözlənilir.
“Dövlət borcunun mütləq səviyyəsi vacib deyil, onu ÜDM-lə müqayisə etmək vacibdir. Dövlət borcu müxtəlif ehtiyaclardan asılı olaraq arta və azala bilər”, - nazir deyib.
28-10-2024, 12:04
Zaxarova Gürcüstan prezidentinə cavab verdi: “...buna inanmaq axmaqlıqdır!”


Zaxarova Gürcüstan prezidentinə cavab verdi: “...buna inanmaq axmaqlıqdır!

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkədəki parlament seçkilərinin nəticələrini tanımaq istəməmə.sinə münasibət bildirib.
Zurabişvilinin bununla bağlı bəyanatını şərh edən Zaxarova ona Gürcüstanın gələcəyinin niyə Avropa gələcəyindən daha pis olduğu sualını verib.
Diplomat Gürcüstan prezidentinin seçkiləri tanımadığını, çünki bunun “Gürcüstanın Rusiyaya tabe olması” anlamına gəldiyini bildirən bəyanatına istinad edərək, “Heç kim Gürcüstanın Avropa gələcəyini əlindən ala bilməz” deyib.
“Zurabişviliyə bir sualım var: niyə Gürcüstanın gələcəyi Avropanın gələcəyindən pisdir? Fransa vətəndaşına xatırladım ki, Gürcüstan Fransadan daha qədimdir”, - Zaxarova Telegram kanalında yazıb.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi onu da qeyd edib ki, Amerikanın Yaxın Şərqdə və Şimali Afrikadakı macəraları ucbatından milyonlarla insan Avropaya axın edən qeyri-qanuni miqrantlar.
“Ona görə də Avropa İttifaqının başqasına “Avropa gələcəyini” bəxş edə biləcəyinə inanmaq sadəcə axmaqlıqdır”, - Zaxarova vurğulayıb.
S.Zurabişvili 26 oktyabrda keçirlən parlament seçkilərinin nəticələrini tanımadığını bildirib və vətəndaşları bazar ertəsi saat 19:00-da parlament binası qarşısında mitinq keçirməyə çağırıb. O, çıxışında hazırkı hökuməti qeyri-legitim adlandırıb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, heç kim Gürcüstanda keçirilən parlament seçkilərinin qeyri-legitim olduğunu göstərən faktlar təqdim edə bilməyəcək. O, həmçinin bildirib ki, Zurabişvili seçkilərdən sonra yeni parlamentin ilk iclasına mane ola bilməyəcək.
Rəsmi məlumata görə, Gürcüstanda hakim “Gürcü arzusu” partiyası səslərin 54 fazini əldə edib.
28-10-2024, 00:41
Paşinyan Qaribaşvilini təbrik etdi


Paşinyan Qaribaşvilini təbrik etdi

Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Qaribaşvilini təbrik edib.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
O, “Gürcü arzusu”nu seçkilərdə qalib gəlməsi münasibətilə həmkarına təbrik məktubu ünvanlayıb.
Paşinyan bildirib ki, Gürcüstanla əlaqələrin davamlı inkişafı Ermənistan hökumətinin xarici siyasət prioritetlərindən biridir.
27-10-2024, 23:54
Gürcüstan parlamentinin ilk iclası bu vaxt keçiriləcək


Gürcüstan parlamentinin ilk iclası bu vaxt keçiriləcək

Gürcüstan Mərkəzi Seçki Komissiyasının yekun protokolu noyabrın ortalarına qədər hazır olacaq.
Bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, səslərin hesablanması, şikayətlərlə bağlı proseslər noyabrın ortalarına qədər başa çatacaq. “İcmal protokol noyabrın ortalarına qədər hazır olacaq və konstitusiya ilə müəyyən edilmiş 10 gün müddətində parlament ilk iclasını keçirəcək”, - deyə Ş.Papuaşvili vurğulayıb.
Qeyd edək ki, Gürcüstan MSK seçkilərlə bağlı yekun protokolu təqdim etdikdən sonra 10 gün müddətinə prezident onu təsdiqləməlidir. Əgər prezident protokolu təsdiq etməsə, Parlament müstəqil olaraq fəaliyyətə başlayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!