"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
23-05-2024, 13:23
Rəisinin cənazəsi Məşhədə aparıldı


Rəisinin cənazəsi Məşhədə aparıldı

İranın helikopter qəzasında həlak olmuş prezidenti Seyid İbrahim Rəisinin cənazəsi cümə axşamı günü dəfn olunmaq üçün Tehrandan Məşhəd çəhərinə aparılıb.
Məşhədin Haşiminejad hava limanında cənaəzinin qarşılanması olub.
Rəisi ailə üzvləri də cənazə ilə birlikdə Məşhədə gəlib və burada onları bir qrup rəsmi şəxs qarşılayıb.
Məlumata görə, İmam Rzanın hərəmində prezident Rəisinin dəfn yeri hazırlanır.
23-05-2024, 13:01
Gürcüstan Avropa İnsan Haqları Məhkəməsində Saakaşviliyə qalib gəldi


Gürcüstan Avropa İnsan Haqları Məhkəməsində Saakaşviliyə qalib gəldi

Avropa İnsan Haqları Məhkəməsində “Saakaşvili Gürcüstana qarşı” işi üzrə Gürcüstan qalib gəlib.
Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze “Facebook”da məlumat paylaşıb.
O, əlavə məlumatın tezliklə ictimaiyyətlə paylaşılacağını qeyd edib.
“Strasburq məhkəməsində “Saakaşvili-Gürcüstana qarşı” işi dövlətimizin tam qələbəsi ilə başa çatıb! Təfərrüatlar barədə tezliklə ictimaiyyətə məlumat verəcəyik”, - Breqadze bildirib.
22-05-2024, 17:42
Paşinyan kilsəni "təsir agenti" adlandırdı - 2-3 aya həll edəcəyik


Paşinyan kilsəni "təsir agenti" adlandırdı - 2-3 aya həll edəcəyik

Ermənistan baş naziri Nikol Paşinyan müxalifətin mitinqləri fonunda kilsənin təsir agenti olduğunu deyib.
Paşinyan bu problemi həll edəcəyini bəyan edib.
“Erməni xalqı din xadimləri Qeysəriyyəyə (erkən orta əsrlərdə erməni katolikoslarının xeyir-dua aldıqları Bizans şəhəri - TASS-ın qeydi) gedib məsh olunduqda və Ermənistana gələndə belə bir təcrübə yaşadılar.
Onlar təsir agenti oldular, deyəsən, indiyə qədər onlar üçün heç nə dəyişməyib, amma 2-3 ay ərzində bu məsələni həll edəcəyik”, - Ermənistan baş naziri vurğulayıb.
22-05-2024, 17:17
İsrail əsgəri məsciddə "Qurani-Kərim"i yandırdı


İsrail əsgəri məsciddə "Qurani-Kərim"i yandırdı

İsrail əsgəri Qəzzadakı məscidlərdən birində "Qurani-Kərim" kitabını yandırıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Hərbçi bu barədə özü sosoal şəhəkə hesabında paylaşım edib.
"Bu, Cafaati briqadasına bağlı 435-ci Rotim batalyonunda olan İsrail əsgəri ilə bağlıdır. Hadisə Rəfah şəhərinin şərqində baş verib", - məlumatda deyilir.
21-05-2024, 23:15
Rusiyada nüvə silahı ilə təlimlər


Rusiyada nüvə silahı ilə təlimlər

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi altında qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərin birinci mərhələsi başlayıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Birinci mərhələdə “İsgəndər” kompleksləri üçün nüvə sursatının təchizatı və aviasiyanın nüvə başlıqlı raketlərlə, o cümlədən xüsusi yığılmış “Kinjal” raketləri ilə təchiz edilməsi sınaqdan keçirilir.
Təlimlər Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə keçirilir.
21-05-2024, 21:50
Kadırov böyük oğlunu nazir təyin etdi


Kadırov böyük oğlunu nazir təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Axmat Kadırov respublikanın bədən tərbiyəsi və idman naziri təyin edilib.
Bu barədə Kadırovun özü məlumat yayıb.
O, 2024-cü ilin fevral ayından gənclərlə iş üzrə nazirdir. İndi bu vəzifəni 2022-ci ilin fevralından “Axmat” respublika idman klubuna rəhbərlik edən Ramzan Vismuradov icra edəcək.
“Mən tam əminəm ki, yüksək vəzifələrə irəli sürülənlərin hər biri ona göstərilən etimadı tam doğruldacaq. Onların hamısı komandanın layiqli üzvləridir”, - Ramzan Kadırov kanalında yazıb .
2022-ci ildən 18 yaşlı Axmat Kadırov Çeçenistan rəhbərinin müşaviri, Rusiya Uşaq və Gənclər Hərəkatının regional sədri vəzifəsini tutub. 2023-cü ilin noyabrında o , Çeçenistanın bədən tərbiyəsi nazirinin müavini, fevralda isə gənclərlə iş üzrə nazir təyin edilib.
21-05-2024, 17:30
Zelenski Almaniya XİN başçısını təltif etdi


Zelenski Almaniya XİN başçısını təltif etdi

Ukrayna prezidenti Volodimir Zelenski bu ölkədə səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berboku verdiyi dəstəyə görə ordenlə təltif edib.
Bu barədə UNIAN məlumat yayıb.
Annalena Berbok üçüncü dərəcəli Yaroslav Müdrik ordeni ilə təltif edilib, Ukrayna prezidenti ötən ilin sonunda ona bu mükafatı verib, bu gün təqdim edib.
Sonra üçüncü dərəcəli ordenlə Bundestaqın deputatları Mari-Aqnes Strak-Zimmermann və Anton Hofreiter də təltif edilib. Müdrik Yaroslav ordeninin ən yüksək dərəcəsi Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səud, İspaniyanın baş naziri Pedro Sançes və Albaniya hökumətinin başçısı Edi Ramaya verilib.
21-05-2024, 17:02
Şanxay Əməkdaşlıq Təşkilatında yeni mərkəz yaradılır - Lavrov


Şanxay Əməkdaşlıq Təşkilatında yeni mərkəz yaradılır - Lavrov

"Şanxay Əməkdaşlıq Təşkilatında çağırış və təhdidlərə qarşı mübarizə mərkəzi və narkotiklərlə mübarizə mərkəzi yaradılacaq".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Mərkəz informasiya təhlükəsizliyi və mütəşəkkil cinayətkarlıqla mübarizə ilə məşğul olacaq.
“Avrasiya ölkələrinin təhlükəsizliyi yalnız qitə ölkələrinin öz səyləri ilə təmin edilə bilər", - deyə Lavrov Astanada ŞƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə vurğulayıb.
21-05-2024, 16:45
Rəisinin ölümü hansı dövlətlərin razılaşması olub? - ŞOK İDDİA


Rəisinin ölümü hansı dövlətlərin razılaşması olub? - ŞOK İDDİA

İran İslam Respublikasında prezident İbrahim Rəisi və xarici işlər naziri Hüeyn Əmir Abdullahianı daşıyan helikopterin qəzaya uğramasının əsl səbəbinin necə yozulacağı həm ölkə daxilində, həm də xaricdə böyük maraqla gözlənilir.
İranın İRAN rəsmi xəbər agentliyi dünən helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı barədə məlumat yayıb. Amma rəsmi şəxslərdən heç kim qəzanın səbəbi barədə hələ danışmayıb.
Rusiyalı politoloq Stanislav Tarasovun fikrincə, vertolyotun qəza səbəbləri ilə bağlı versiyalar aşağıdakı amplituda fırlanacaq:
insan faktorları və obyektiv şərtlərlə texniki nasazlıq; kəşfiyyat müharibələri və dövlət çevrilişi.
Rusiyalı politoloqun fikrincə, “Al Jazeera” da hesab edir ki, yuxarıda göstərilən variantlar bir-biri ilə əlaqəli ola bilər. Tarasovun sözlərinə görə, ola bilsin ki, həqiqətən də qəza baş verib. Lakin ekspertlər bundan əvvəl texniki nasazlığın, ardınca isə yanacaq sistemində problemlər olduğunu güman edirlər. Sabotaj da istisna edilmir.
Mülki və hərbi aviasiyada qəbul edilmiş prinsipə əsasən, ciddi təhlükə yarandıqda və təcili eniş etmək zərurəti yarandıqda pilot qəza siqnalı verir. Bu müddət ərzində pilot təyyarə və ya helikopter üçün tam məsuliyyəti öz üzərinə götürür, ikinci pilot isə zəng edir.
İran mətbuatında qəzadan sonra helikopterlə əlaqənin olduğu, daha sonra isə kəsildiyi barədə xəbərlər yayılıb.
İbrahim Rəisinin ölümü İran daxilində gedən siyasi mübarizə ilə bağlı da ola bilər.
Bir çox Yaxın Şərq mütəxəssisi belə hesab edir.
Onların fikrincə, Rəisinin ölümü Tehran-Ər-Riyad-Vaşinqton arasında hansısa qapalı razılaşmalarla əlaqəli sui-qəsdin nəticəsi ola bilər.
Qətərli beynəlxalq münasibətlər üzrə ekspert, professor Abbas Aslani hesab edir ki, “seçkilərdə qalib gəlmək və xarici siyasi vektorda dəyişikliyə nail olmaq niyyəti güdən mötədil siyasi qüvvələr” İranda hakimiyyətə can atırlar.
Aslaninin sözlərinə görə, prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdulahian mötədillərin istəyinə mane olurdu.
Təsadüfi deyil ki, Yaxın Şərqin bir sıra dövri nəşrlərində İran təhlükəsizlik qüvvələrinə istinad edərək, helikopterin vurulmuş ola biləcəyi ilə bağlı yazılar dərc olunub.
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian mayın 19-da Şərqi Azərbaycan əyalətinin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.
Prezident və xarici işlər nazirilə yanaşı, helikopterdə olan Şərqi Azərbaycan valisi Malek Rahmati, Təbriz şəhərinin cümə namazı rəhbəri Seyid Məhəmməd Əli Haşimi və prezidentin mühafizə dəstəsinin üzvü Mehdi Musəvi də ölüblər. Ümumilikdə 8 nəfər həlak olub.
İbrahim Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərindəki İmam Rza mavzoleyində dəfn olunacaq.
21-05-2024, 16:11
Rəisinin dəfn mərasimində Rusiyadan kim iştirak edəcək?


Rəisinin dəfn mərasimində Rusiyadan kim iştirak edəcək?

Dövlət Dumasının sədri Vyaçeslav Volodin İran Prezidenti İbrahim Rəisi ilə vida mərasimində Rusiya nümayəndə heyətinə başçılıq edəcək.
Bu barədə “İnterfaks”a RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bizim iranlı dostlarımız vida mərasimini sabaha təyin ediblər. Bu səbəbdən Rusiya tərəfi Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq. O, sabah oraya yola düşəcək”, - deyə D.Peskov qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!