Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                        Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb .....                        İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə dəyişiklik edildi .....                        Cəbrayılın Horovlu kəndindən maraqlı FOTOLAR .....                        Putin Ukrayna ilə bağlı razılaşmağa hazırdır - Uitkoff .....                       
16-12-2024, 16:43
Konstitusiya Məhkəməsi prezidentlə bağlı qərar verdi

Konstitusiya Məhkəməsi prezidentlə bağlı qərar verdi

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi bu ölkənin prezidenti Yun Seok Yeolun işinin istintaqını nə vaxt aparacağına qərar verib.
"Yonhap" agentliyinin məlumatına görə, ilk məhkəmə iclası dekabrın 27-də olacaq.
Konstitusiya Məhkəməsi ya parlament tərəfindən prezidentin vəzifədən azad edilməsini təsdiq edəcək, ya da onu prezident vəzifəsinə bərpa edəcək.
Koreya Respublikasının parlamenti dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq edən, bir neçə saat sonra isə bu vəziyyəti ləğv edən prezident Yun Seok Yeola impiçment elan edib.
16-12-2024, 16:31
Putindən Qərb liderlərinə ittiham - Özlərini Allahın nümayəndəsi sayırlar!

Putindən Qərb liderlərinə ittiham - Özlərini Allahın nümayəndəsi sayırlar!

Rusiya prezidenti Vladimir Putin deyib ki, ABŞ və bir çox Qərb ölkələrinin rəhbərləri Allaha inanmadan özlərini onun Yer üzündəki nümayəndəsi hesab edirlər.
Müdafiə Nazirliyinin Kollegiyasında çıxış edən dövlət başçısı ABŞ və Qərbi ittiham edib.
Putin deyib ki, Qərb liderləri dünyada öz qaydalarını tətbiq etmək istəyirlər.
“Amma, bunu edənlər - özünü bütün Yer üzündə Allahın nümayəndələri sayanlar üçün qaydalar yoxdur. Baxmayaraq ki, onlar özləri Allaha inanmırlar”, - Putin bildirib.
16-12-2024, 14:46
Rusiya bu silahın kütləvi istehsalına başlayır

Rusiya bu silahın kütləvi istehsalına başlayır

“Oreşnik”in seriya istehsalı yaxın vaxtlarda başlayacaq.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Qeyd edək ki, “Oreşnik” ortamənzilli ballastik raketdir. Rusiya Ukraynaya qarşı bu silahdan bir müddət əvvəl istifadə edib.
16-12-2024, 14:20
Putin G20 sammitinə dəvət edilməyəcək - SƏBƏB

Putin G20 sammitinə dəvət edilməyəcək - SƏBƏB

Cənubi Afrika Respublikası Rusiya prezidenti Vladimir Putini Yohannesburqda keçiriləcək G20 sammitinə dəvət etməyəcək.
Bu barədə Cənubi Afrika prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya bildirib.
Buna Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Federasiyası prezidentinin həbsi ilə bağlı qərarı səbəb olub.
Belə ki, Cənubi Afrika Respublikası BCM-nin "Roma Əsasnaməsi"ni ratifikasiya edib, ona görə də Rusiya rəhbəri bu ölkəyə səfər edərsə, o, həbs edilməlidir.
16-12-2024, 13:43
Bəşər Əsəd Moskvaya iki ton avro və dollar göndəribmiş - TƏFƏRRÜATLAR

Bəşər Əsəd Moskvaya iki ton avro və dollar göndəribmiş - TƏFƏRRÜATLAR

2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı təyyarə ilə Moskvaya təxminən 250 milyon dollar nağd pul daşıyıb.
Bu barədə “Financial Times” qəzeti məxfi sənədlərə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, kəskin valyuta qıtlığının yaşandığı həmin illərdə ölkəyə hərbi dəstəyə görə "Kremlə borclu olan” prezident Bəşər Əsəd rəhbərlik edirdi.
Məlumata görə, Suriya hakimiyyəti Rusiyaya təxminən iki ton ağırlığında 100 dollar və 500 avro nominalında əskinaslar göndərib. Bu pulların Rusiya banklarında yerləşdirilməsi nəzərdə tutulduğu qeyd olunur.
Qəzet “Import Genius” ixrac məlumatları xidmətinə istinadən qeyd edir ki, 2019-cu il mayın 13-də Suriya Mərkəzi Bankı adından göndərilən 10 milyon dollar dəyərində 100 dollarlıq əskinasları daşıyan təyyarə Vnukovoya enib. 2019-cu ilin fevral ayında təxminən 20 milyon avro daha 500 avroluq əskinaslarda təhvil verilib. Ümumilikdə, 2018-ci ilin martından 2019-cu ilin sentyabrınadək nağd pulun daşınması üçün 21 reys həyata keçirilib.
Bildirilir ki, 2018-ci ilə qədər Suriya Mərkəzi Bankı ilə Rusiya bankları arasında belə pul köçürmələri olmayıb. Moskvaya çatdırılan vəsaitlərin Rusiya Maliyyə Korporasiyası (RFC) bankına (Rosoboroneksporta məxsus) köçürüldüyü iddia edilir.
Qəzet yazır ki, 2018-ci ilin martında Suriya Mərkəzi Bankı Rusiyanın "TsMRBank" bankına da 2 milyon dollar köçürüb. Hər iki kredit təşkilatı sonradan ABŞ sanksiyalarına məruz qalıb.
FT həmçinin qeyd edir ki, Əsədin ailəsi Moskvada dəbdəbəli daşınmaz əmlak da daxil olmaqla, gizli şəkildə Rusiyadakı aktivləri satın alıb.
15-12-2024, 17:52
Blinken HTŞ ilə danışıqlar aparıldığını təsdiqlədi

Blinken HTŞ ilə danışıqlar aparıldığını təsdiqlədi

ABŞ Dövlət katibi Antoni Blinken yeni Suriya hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıldığını təsdiqləyib.
Bu barədə “The Guardian“ məlumat yayıb.
Antoni Blinken bildirib ki, digər diplomatlarla birlikdə İordaniyada Heyət Təhrir əş-Şam təmsilçiləri ilə danışıqlar aparıblar. ABŞ Dövlət katibi danışıqların detalların açıqlamayıb.
Qeyd edək ki, ABŞ 2018-ci ildə Heyət Təhrir əş-Şamı terror qruplaşması kimi tanıyıb.

15-12-2024, 17:33
Ermənistan müdafiə naziri Fransaya səfər edib

Ermənistan müdafiə naziri Fransaya səfər edib

Bu gün Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya səfər edib.
Bu barədə “Armenpress” məlumat yayıb.
Səfər işgüzar xarakter daşıyır.
15-12-2024, 17:21
Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri həbs edildi

Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri həbs edildi

Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri Mun San Xo və onun sələfi No San Von həbs edilib.
Bu barədə “Yonhap” məlumat yayıb.
Onların hər ikisi hərbi vəziyyətlə bağlı qiyamda iştirakda şübhəli sayılır.
Bundan əvvəl sabiq müdafiə naziri Kim Yon Xyon və hərbi əks-kəşfiyyatın rəhbəri Yo İn Xyon həbs edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!