Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
10-11-2024, 14:01
Rusiya Ukraynanın 70 pilotsuz təyyarəsini vurdu


Rusiya Ukraynanın 70 pilotsuz təyyarəsini vurdu

Rusiyanın hava hücumundan müdafiə sistemləri səhər saatlarında ölkənin regionları üzərində Ukraynanın 70 pilotsuz uçuş aparatını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 34 PUA Moskva vilayəti, 14-ü Bryansk, hər biri 7 olmaqla Oryol və Kaluqa, 6-sı Kursk, ikisi isə Tula vilayətləri üzərində məhv edilib.
10-11-2024, 10:00
Atatürkün anım günüdür - 86 il


Atatürkün anım günüdür - 86 il

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. Onun vəfatından 86 il ötür.
Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda vəfat edib.
Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürk 1881-ci ilə Salonikidə dünyaya gəlib. O, 1923-cü ildən 1938-ci ilədək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk prezidenti olub.
Atatürk Birinci Dünya Müharibəsi əsnasında Osmanlı ordusunda xidmət edib. Çanaqqala cəbhəsindəki döyüşlərdə fərqləndiyinə görə polkovnik, Sina-Fələstin cəbhəsində isə İldırım Orduları generallığına layiq görülüb.
Atatürk Osmanlı İmperiyasının yerində qurulan Türkiyə Cümhuriyyətinin müasir və sekulyar bir milli dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar aparıb. Onun liderliyi altında minlərlə yeni məktəb inşa edilib. İbtidai təhsil pulsuz və zəruri hala gətirilib.
Qadınlara qarşı hüquq bərabərsizliyini aradan qaldırıb. Kəndlilərin ağır vergilərini azaldıb.
1938-ci ildə vəfatına qədər 4 dəfə Türkiyə prezidenti seçilən Atatürk ölkəsində bu vəzifəni ən uzun müddətə icra edən siyasi lider olub.
Atatürkün fəaliyyəti tarixdə oynadığı əhəmiyyətli roluna görə bir çox yazar və tarixçi tərəfindən araşdırılıb və haqqında 400-ə yaxın əsər yazılıb.
Hər il Türkiyədə və xaricdə Atatürksevərlər onu hörmət və ehtiramla yad edirlər. Atatürkü yad etmək üçün dövlət, hökumət rəmsiləri, deputatlar, siyasi partiyaların liderləri, icitmiyyətin nümayəndələri Anıtqəbiri ziyarət edirlər.
9-11-2024, 19:21
ABŞ Ukraynaya raket verməkdən imtina etdi


ABŞ Ukraynaya raket verməkdən imtina etdi

ABŞ Ukraynaya ATACMS raket sistemlərinin göndərməkdən imtina edib.
Bu barədə “The Wall Street Journal” nəşri ABŞ-nin müdafiə naziri Lloyd Ostinə istinadən yayıb.
O bildirib ki, Ukrayna tərəfinə bu sistemlərin göndərilməsi ölkəsinin raketlərin idxalını gözləyən digər dövlətlər qarşısındakı öhdəliklərinə xələl gətirə bilər.
9-11-2024, 17:53
Əsir və itkinlərlə bağlı Bakı bəyanatı BMT-nin rəsmi sənədi kimi yayılıb


Əsir və itkinlərlə bağlı Bakı bəyanatı BMT-nin rəsmi sənədi kimi yayılıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 2-3 oktyabr 2024-cü il tarixlərində Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Bu barədə komissiyadan məlumat verilib.
Bildirilib ki, sənəddə beynəlxalq konfransın iştirakçıları müharibə qurbanlarının müdafiəsinə dair Konvensiyaları, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq sənəd və qətnamələrini rəhbər tutaraq, o cümlədən dövlətlərin beynəlxalq humanitar hüquqla bağlı öhdəliyini xatırladaraq silahlı münaqişə tərəflərini itkin düşmüş şəxslərin axtarışı üçün bütün mümkün tədbirləri görməyə və onların taleyi barədə istənilən məlumatı təqdim etməyə dəvət edirlər:
Sənəddə həmçinin, beynəlxalq təşkilatlar itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına yardım göstərməyə və silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin məsələsi ilə məşğul olacaq xüsusi mexanizmin yaradılmasını təşviq etməyə dəvət olunur.
Azərbaycanda keçirilmiş beynəlxalq konfransın ən əsas nəticələrindən biri itkin düşmüş şəxslər probleminin müxtəlif aspektlərinin müzakirə edilməsi üçün "İllik Bakı Dialoqu"nun yaradılması çağırışıdır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın itkin düşmüş şəxslər probleminin həlli sahəsində həyata keçirdiyi səylərinə verilmiş yüksək qiymətin bariz nümunəsidir.
9-11-2024, 17:50
Gürcüstan müxalifəti Tbilisidə yürüşə çıxıb


Gürcüstan müxalifəti Tbilisidə yürüşə çıxıb

Gürcüstanın müxalifət liderləri və onların tərəfdarları noyabrın 9-da Tbilisidə yürüş keçirirlər.
Bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Müxalifət liderləri və tərəfdarları “Universitet” və “Mardjanişvili” metro stansiyalarından yürüş edir. Onların tələbi yeni seçkilərin keçirilməsidir.
Aksiya iştirakçıları bildiriblər ki, əsas etiraz nümayişi Gürcüstan Mərkəzi Seçki Komissiyasının seçkilərin yekun nəticələrini elan etdiyi və parlamentin ilk iclasının toplandığı gün keçiriləcək.
Mərkəzi Seçki Komissiyası məlumatına görə, 26 oktyabr parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; “Vahidlik – Milli Hərəkat” 10,16 %; “Güclü Gürcüstan” 8,81 %; “Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb.
Beləliklə “Gürcü Arzusu” Partiyası yenidən qələbəni təmin edib.
Prezident Salome Zurabişvili isə seçkilərin nəticələrini tanımadığını bildirib, müxalifət də parlamentin işində iştirak etməyəcəklərini bəyan edib.
9-11-2024, 16:46
Rusiya Trampın Ukraynaya dair təkliflərini dinləməyə hazırdır – Ryabkov


Rusiya Trampın Ukraynaya dair təkliflərini dinləməyə hazırdır – Ryabkov

Rusiya tərəfi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı vəziyyəti həll etmək üçün təkliflərini dinləməyə hazırdır, lakin bu problemin sadə həlli ola bilməz.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov “İnterfaks”a müsahibəsində Moskvanın Trampın Ukrayna ilə bağlı təkliflərini dinləməyə hazır olması ilə bağlı sualı cavablandırarkən deyib:
“Biz bu sahədə ölkələrin təklif etdiyi istənilən ideyaya son dərəcə diqqətlə, məsuliyyətlə və diqqətlə yanaşırıq”.
“Əgər Amerika tərəfindən Kiyev rejimini hər cür yardımla daha da gücləndirmək müstəvisində deyil, həll müstəvisində daha da irəliləyəcəkləri ilə bağlı fikirlərinin olduğuna dair hər hansı bir siqnal olarsa, bunun nəticəyə gətirib çıxaracağı gözləniləndir. Şübhəsiz ki, biz bunu təhlil etmək və cavab vermək üçün əlimizdən gələni edəcəyik”.
O qeyd edib ki, “bəyannamələr, bəyanatlar, vədlər, bəzi siqnallar, əlbəttə ki, vacibdir”.
“ABŞ-ın indi 47-ci prezidenti məlum oldu və biz onu əvvəlki hakimiyyətə gəlişindən tanıyırıq. Hesab edirəm ki, onun Ukraynadakı vəziyyətin çox sürətli həlli ilə bağlı verdiyi bəzi vədlər ritorikadan başqa bir şey deyil, bu, seçkiqabağı dövrdə əlavə diqqəti özünə cəlb etmək üsuludurl”, - deyə xarici işlər nazirinin müavini bildirib.
Ryabkov vurğulayıb ki, Amerika administrasiyası Rusiya tərəfinin bu siqnallarını çox ciddi qəbul etməlidir – həm gedən administrasiya, həm də gələcək.
“Bizim fürsətçi dalğalanmalarımız yoxdur və fundamental maraqlarımızı Ağ Evin Oval Ofisində kimin olmasından asılı etmirik. Yeri gəlmişkən, bu, Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-da keçirilən seçkilərdən bir gün sonra dərc olunmuş bəyanatında kifayət qədər aydın ifadə olunub”, - o əlavə edib.
9-11-2024, 10:30
Pakistanda partlayış: 20 ölü, 30 yaralı


Pakistanda partlayış: 20 ölü, 30 yaralı

Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında güclü partlayış olub.
Xarici KİV-in məlumatına görə, hadisə nəticəsində azı 20 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
8-11-2024, 22:08
İsrail Livanın şəhərini bombaladı


İsrail Livanın şəhərini bombaladı

İsrail Hərbi Hava Qüvvələri Livana zərbələr endirib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilir ki, Tir şəhəri zərbələrə məruz qalıb.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı məlum deyil.
8-11-2024, 18:44
Türkiyə silkələndi: insanlar küçəyə axışdı


Türkiyə silkələndi: insanlar küçəyə axışdı

Türkiyənin Elazığ şəhərində 5 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:04-də qeydə alınıb.
Zəlzələ ocağı təxminən 16,22 kilometr dərinlikdə yerləşib. Hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb.
Zəlzələ insanlarda təşvişə səbəb olub, bir çox şəxs küçəyə çıxıb.

8-11-2024, 14:31
Dünya Bankı Ukraynaya 750 milyon dollar yardım ayırdı


Dünya Bankı Ukraynaya 750 milyon dollar yardım ayırdı

Dünya Bankı (DB) Ukraynaya 750 milyon dollar məbləğində yeni yardım paketinin ayrıldığını açıqlayıb.
Bu barədə Ukraynanın baş naziri Deniz Şmıqal bildirib.
“Vəsait Avropa İttifaqına daxil olmaq üçün tələb olunan institusional islahatları dəstəkləmək məqsədi daşıyan Sağlam Fiskal İdarəetmə (SURGE) vasitəsilə bərpanın dəstəklənməsi layihəsi vasitəsilə təmin ediləcək. Bu məbləğin bir hissəsi Yaponiya hökuməti tərəfindən dəstəklənən ADVANCE Ukraine fondundan ayrılacaq”, - deyə o, banka köməyə görə təşəkkürünü bildirib.
Şmıqal aydınlaşdırıb ki, lazım gələrsə, maliyyə vəsaiti artırıla bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!