Təbrik Edirik! .....                        Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                       
30-08-2024, 17:20
Putin Monqolustandan təminat alıb - Həbs olunmayacaq


Putin Monqolustandan təminat alıb - Həbs olunmayacaq

Monqolustan hakimiyyəti Kremlə Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı həbs olunmayacağı təminatını verib.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Kremlin hazırlıqları ilə tanış olan iki mənbənin bildirdiyinə görə, Rusiya prezidenti Monqolustana planlaşdırılan səfərdən əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında hərbi cinayətlərə görə həbs olunmayacağına dair zəmanət alıb.
Sentyabrın 3-də baş tutacaq səfər Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların oğurlanması ilə bağlı ötən ilin martında BCM tərəfindən order verildikdən sonra Putinin Roma Statutunu ratifikasiya etmiş dövlətə ilk səfəri olacaq.
Sənədə əsasən, Monqolustan öz ərazisində orderi icra etməli və Putini həbs etməyə borcludur.
Putin monqolustanlı həmkarının dəvəti ilə SSRİ və Monqolustanın Yaponiya qoşunları üzərində birgə qələbəsinin 85-ci ildönümünün qeyd edilməsində iştirak etmək üçün Monqolustana gedir.
30-08-2024, 14:40
Erməniyə Avrasiya Komissiyasında vəzifə verildi


Erməniyə Avrasiya Komissiyasında vəzifə verildi

Hayk Tutuncyan Avrasiya İqtisadi Komissiyasının Energetika Departamentinin direktor müavini təyin edilib.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının mətbuat xidməti xəbər məlumat yayıb.
Əvvəllər o, qurumun Nəqliyyat və İnfrastruktur Departamentinin direktor müavini vəzifəsində çalışıb.
Tutuncyan karyerasına Ermənistan baş nazirinin köməkçisi kimi başlayıb (2011-2014-cü illər).
30-08-2024, 13:30
Ərdoğan Anıtqəbiri ziyarət etdi - FOTO


Ərdoğan Anıtqəbiri ziyarət etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyənin Zəfər bayramı münasibətilə Atatürkün movzeleyi – Anıtqəbiri ziyarət edib.
Bu barədə “Milliyet” məlumat yayıb.
Bildirilir ki, dövlət başçısı Anıtqəbirdə xatirə dəftərini imzalayıb. O, Türkiyə xalqının müstəqilliyini təmin edən böyük zəfərin 102-ci ildönümünün həyəcan və qürurla qeyd edildiyini söyləyib.




30-08-2024, 12:45
Boreldən mühüm Gürcüstan açıqlaması


Boreldən mühüm Gürcüstan açıqlaması

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel bildirib ki, Avropa İttifaqı Gürcüstanın məsafəsindən getdikcə daha çox narahatdır. O deyib:
“Avropa İttifaqından uzaqlaşan bu ölkənin trayektoriyası bizi getdikcə daha çox narahat edir".
Daha əvvəl Aİ Gürcüstan hakimiyyətinin parlament seçkilərində qələbə qazanacağı təqdirdə müxalifət partiyalarının fəaliyyətini qadağan etmək planlarının cavabsız qalmayacağını bəyan etmişdi.
29-08-2024, 17:27
Tramp Mark Zukerberqi hədələdi


Tramp Mark Zukerberqi hədələdi

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Donald Tramp bəyan edib ki, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq 2020-ci il seçkiləri zamanı ona qarşı sui-qəsd hazırlayıb.
Bu barədə nüfuzlu “Politico” nəşri yazıb.
Nəşr Trampın sentyabrın 3-də nəşr olunacaq “Amerikanı xilas etmək” kitabına istinad edib.
Siyasətçi birinci müddətinin sonunda Zukerberqlə görüşündən danışıb. Onun sözlərinə görə, “Meta” şirkətinin rəhbəri 2020-ci ildə həyat yoldaşı ilə Ağ Evin Oval kabinetinə şam yeməyinə gəlib, lakin eyni zamanda, prezidentə qarşı əsl sui-qəsd planlaşdırıb.
Trap Zukerberq və həyat yoldaşı Priscilla Chanın 2020-ci ildə COVID-19 pandemiyası zamanı əyalət və yerli hökumətlərə seçkilərin keçirilməsinə kömək etmək üçün demokratlara etdikləri 420 milyon dollar ianəni nəzərdə tutur. Həmin pul yeni səs sayma avadanlığı, seçki məntəqəsi işçilərinin təlimi, fərdi mühafizə vasitələri və poçtla səsvermənin təşkili üçün istifadə edilib.
Bu hərəkətlər Zukerberqin Co Baydenin qələbəsini təmin etmək üçün səsverməni dəyişməyə çalışdığından şübhələnən mühafizəkarların tənqidinə səbəb olub; Respublikaçıların nəzarətində olan bir neçə ştat özəl ianələri qadağan edib.
“Biz onu diqqətlə izləyirik və əgər o, bu dəfə qeyri-qanuni bir iş görsə, 2024-cü il prezident seçkilərində saxtakarlıq edəcək hər kəs kimi ömrünün qalan hissəsini həbsxanada keçirəcək”, - Tramp yazıb.
29-08-2024, 17:23
Ukrayna vəd edilən bütün "Patriot" sistemlərini almayıb - Nazir


Ukrayna vəd edilən bütün "Patriot" sistemlərini almayıb - Nazir

Ukrayna vəd edilən bütün "Patriot" sistemlərini almayıb.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.
O deyib ki, Kiyev hələ də müttəfiqlərinin təmin edəcəyinə söz verdiyi bütün "Patriot" sistemlərini almayıb.
Kulebanın sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə tədarüklər arasında "boşluq" var: "Ona görə də mən öhdəlik götürmüş bütün tərəfdaşları nəhayət ki, öhdəliklərini yerinə yetirməyə çağıracağam".
Almaniya, ABŞ, Rumıniya və Niderland Ukraynaya "Patriot" batareyalarının tədarükünü elan ediblər. Açıq məlumatlara görə, yalnız iyulun əvvəlində Almaniyadan "Patriot" sisteminin təhvil veriləcəyi məlumdur.
29-08-2024, 16:30
Fələstində ölənlər 40602 nəfərə çatıb


Fələstində ölənlər 40602 nəfərə çatıb

Fələsinin Qəzza zolağına hücumlar nəticəsində ölənlərin sayı artır.
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, 7 oktyabr 2023-cü ildən bəri İsrailin hücumları nəticəsində 40 min 602 nəfər həlak olub.
Hücumlarda 93 min 855 nəfər yaralanıb.
Ölənlərin 70 faizinin qadın və uşaqlar olduğu bildirilir.
29-08-2024, 15:14
Rusiya və Ukrayna razılaşmaya yaxın idi - Türkiyədən ABŞ-a sərt ittiham


Rusiya və Ukrayna razılaşmaya yaxın idi - Türkiyədən ABŞ-a sərt ittiham

“2022-ci ildə İstanbulda keçirilən sülh danışıqları
zamanı Rusiya və Ukrayna münaqişəyə son qoymaq üçün razılaşmaya yaxın idilər, lakin bəzi ölkələr bunu istəmədilər”.
Bu fikirləri Türkiyə parlamentinin sədri Numan Kurtulmuş “Habertürk” telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, Dolmabağçada aparılan danışıqlarda demək olar ki, sülh sazişinin imzalanma həddinə çatılmışdı.
“Amma təəssüf ki, bəzi ölkələr müharibənin bitməsini istəmədi. Çünki ABŞ Ukraynadakı hərbi əməliyyatlara görə Avropa qitəsini konsolidasiya etməyə çalışır, Rusiyanı ciddi problemlərə cəlb etmək istəyir və oradakı qüvvələr balansı üçün regional çaxnaşmaları vacib hesab edir”.
29-08-2024, 14:43
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşüb


Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə yunanıstanlı həmkarı Giorgos Gerapetritis ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, nazirlər Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri- rəsmi iclası çərçivəsində bir araya gəliblər.
Onların hansı məsələləri müzakirə etdikləri hələ ki açıqlanmayıb.
29-08-2024, 14:22
Ermənistan konstitusiyasını dəyişir - Tarix açıqlandı


Ermənistan konstitusiyasını dəyişir - Tarix açıqlandı

Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan jurnalistlərə bildirib.
Konstitusiya komissiyasının növbəti iclası sentyabrın 5-də baş tutacaq. Eyni zamanda, Konstitusiyanın ilk 3 maddəsinə edilən dəyişikliklər və Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması məsələsi müzakirə olunmur.
"Biz müzakirə etdik və konsensusa gəldik - bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır. Hazırda əsas diqqət sabit parlament çoxluğu mövzusuna yönəlib və konstitusiya islahatlarının təşəbbüskarları bu normanı gələcək Konstitusiyada təsbit etmək istəyirlər", - nazir vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!