Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz! .....                        “Qarabağ” “Sumqayıt”a uduzdu .....                        Ağdərədə yanğın söndürüldü - VİDEO .....                        Şahin Mustafayev Rusiyada nələrdən danışdı? .....                        Güləşçimiz erməni rəqibini məğlub etdi: dünya çempionu oldu .....                        Füzuli və Arxadağ qardaşlaşdı .....                        Xarici agent elan edilən Markovdan AÇIQLAMA .....                        Liderlərin birgə bəyanatı - TAM MƏTN .....                        Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ .....                       
20-03-2024, 15:52
Rusiya Ermənistan və Azərbaycana kömək etməyə hazırdır - Zaxarova


Rusiya Ermənistan və Azərbaycana kömək etməyə hazırdır - Zaxarova

Çətin ki, öz əhalisini qorxutmaq Ermənistana uyğun nəticə əldə etməyin ən yaxşı yoludur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Tavuşun Voskepar kəndinin sakinləri ilə görüşündə demişdi ki, Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina edəcəyi təqdirdə yeni müharibə başlayacaq.
“Bu məsələləri sakit, konstruktiv şəkildə həll etmək lazımdır, bunun mexanizmi var - bu, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası komissiyasıdır. İş bu struktur çərçivəsində qeyd olunan prinsiplər əsasında aparılmalıdır”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş nazirinin dedikləri heç bir halda Rusiya ilə əlaqələndirilməməlidir, bu, yalnız ölkə rəhbərliyinin Qərblə təmasda verdiyi qərardır.
“Mən istərdim ki, yalnız İrəvanda qərar qəbul edənlər Qərbin təsiri altında atdıqları bütün addımlara görə məsuliyyət daşısın”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Zaxarova deyib ki, Rusiya Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işinə kömək etməyə hazırdır.
Onun sözlərinə görə, ən yüksək səviyyədə üçtərəfli sazişlər fəal həyata keçirildikdə, Rusiya-Azərbaycan-Ermənistan formatında müntəzəm təmaslar aparıldıqda, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müsbət dinamika müşahidə olunurdu.
Zaxarova qeyd edib ki, sonradan qərblilər regionun işlərinə qarışmağa başlayıblar, onlar sadəcə gündəmə müdaxilə etmək istəyiblər.
O qeyd edib ki, Qərb rejimləri İrəvanı iki ölkənin sərhədində mübahisəli ərazi məsələlərində birtərəfli qərarlar qəbul etməyə məcbur edir, həmçinin Bakı ilə təmaslarda və Moskva ilə münasibətlərdə müsbət tendensiyaları məhv etmək üçün Ermənistanı qızışdırır.
"Bizim İrəvanla əlaqələrimiz olub və davam edir və mən səmimi əminəm ki, onlar müttəfiqlik yolunda daha da inkişaf edəcəklər", - Zaxarova bildirib.
O vurğulayıb ki, Avropa İttifaqının mülki müşahidə missiyası Ermənistan ərazisindən Rusiya, İran və Azərbaycana qarşı casusluq edir və bunun faktiki əsası var. O, bunun regionda geri dönməz nəticələrə gətirib çıxara biləcəyini istisna etməyib.
20-03-2024, 14:33
Seçkidə Baydenin Tramla yarışacağı dəqiqləşdi


Seçkidə Baydenin Tramla yarışacağı dəqiqləşdi

ABŞ-ın hazırkı prezidenti Co Bayden və keçmiş dövlət başçısı Donald Tramp martın 19-da Demokratlar və Respublikaçıların bir sıra ştatlarda keçirdiyi növbəti partiyadaxili seçkilərdə qalib gəliblər.
Bu barədə “NBC News” məlumat yayıb.
Tramp praymerizdə birdən-birə 5 ştatda qalib gəlib: Arizona (43 nümayəndədən 43-ü), İllinoys (64-dən 64-ü), Kanzas (39-dan 39-u), Ohayo (79-dan 79-u) və Florida (125-dən 125-i). Ümumilikdə bu ştatlarda ABŞ prezidenti vəzifəsinə namizədlərin rəsmi irəli sürülməsi üçün zəruri olan 350 nümayəndə səsi toplanıb.
Martın 19-da Demokrat Partiyası da ilkin seçkilər keçirib. Co Bayden növbəti qələbəsini qazanıb. Səsvermə Arizona, İllinoys, Kanzas və Ohayo ştatlarında keçirilib və ümumilikdə 379 nümayəndə iştirak edib.
Praymeriz eyni gündə Floridada da keçirilməli idi, lakin səsvermə bülletenində Baydendən başqa namizədlər olmadığı üçün ləğv edilib. 224 ştat nümayəndəsinin hamısının səsi dövlət başçısına verilib. Tramp kimi, bir həftə əvvəl Bayden də ABŞ Demokrat Partiyasından prezidentliyə yenidən namizədliyini irəli sürmək üçün lazım olan sayda nümayəndəni (1968) artıq toplamışdı.
İki əsas partiyanın namizədi artıq müəyyən edilsə də, praymerizlər və kokuslar iyunun əvvəlinə qədər davam edəcək. İyul və avqust aylarında Respublikaçılar və Demokratlar partiyaları prezidentliyə namizədlərini rəsmən irəli sürmək üçün milli qurultay keçirəcəklər. 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkiləri 1912-ci ildən bəri ABŞ-ın keçmiş prezidentinin hazırkı prezidentlə mübarizə aparacağı ilk seçki olacaq.
20-03-2024, 14:01
Türkiyə Rojda Bilen adlı terrorçunu zərərsizləşdirdi


Türkiyə Rojda Bilen adlı terrorçunu zərərsizləşdirdi

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının qondarma liderinin zərərsizləşdirildiyi əməliyyatın görüntülərini yayıb.
Rojda Bilen adlı terrorçu İraqın şimalındakı Süleymaniyyədə zərərsizləşdirilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən görüntülərə görə, "Bişeng Brüsk" kod adlı terrorçu Bilenin içində olduğu ağ rəngli pikap Süleymaniyyə çölündə təqib edilib.
Avtomobil silahlı pilotsuz uçuş aparatı (SİHA) hücumu ilə vurulub və terrorçu Bilen zərərsizləşdirilib.
20-03-2024, 14:01
Türkiyə Rojda Bilen adlı terrorçunu zərərsizləşdirdi


Türkiyə Rojda Bilen adlı terrorçunu zərərsizləşdirdi

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının qondarma liderinin zərərsizləşdirildiyi əməliyyatın görüntülərini yayıb.
Rojda Bilen adlı terrorçu İraqın şimalındakı Süleymaniyyədə zərərsizləşdirilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən görüntülərə görə, "Bişeng Brüsk" kod adlı terrorçu Bilenin içində olduğu ağ rəngli pikap Süleymaniyyə çölündə təqib edilib.
Avtomobil silahlı pilotsuz uçuş aparatı (SİHA) hücumu ilə vurulub və terrorçu Bilen zərərsizləşdirilib.
19-03-2024, 22:28
Keçmiş müdafiə naziri Stokholm hava limanında həbs edildi


Keçmiş müdafiə naziri Stokholm hava limanında həbs edildi

İraq və İsveç vətəndaşlığı olan İraqın keçmiş müdafiə naziri Nəcah əl-Şəmari Stokholm hava limanında həbs edilib.
Bu barədə SVT kanalı məlumat yayıb.
O, İsveçdə qeyri-qanuni müavinət almaqda şübhəli bilinir.
Sabiq nazirin bir ildir axtarışda olduğu bildirilir.
Əl-Şəmari 2011-ci ildə İsveçə köçüb, 2015-ci ildə vətəndaşlıq alıb.
19-03-2024, 15:10
Həbsdə olan 8 İran vətəndaşı öz ölkəsinə təhvil verildi


Həbsdə olan 8 İran vətəndaşı öz ölkəsinə təhvil verildi

Bu gün Ermənistan həbsxanalarında 8 İran vətəndaşı öz ölkəsinə təhvil verilib.
Bunu İranın ədliyyə nazirinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Əsgər Calalian deyib.
Ə.Calalianın sözlərinə görə, bununla yanaşı, Yaponiya da bir iranlı məhbusu İrana təhvil verib.
Calalian əlavə edib ki, məhbuslar qalan məhbusluq müddətini İran həbsxanalarında keçirəcəklər.
İranlı rəsmi İran vətəndaşlarını başqa ölkələrə səfər edərkən diqqətli olmağa çağırıb.
18-03-2024, 23:12
Ərdoğanla Putin arasında telefon danışığı baş tutub


Ərdoğanla Putin arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Türkiyə dövlətinin başçısı Rusiya Prezidenti Vladimir Putini ölkəsində keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Türkiyə-Rusiya münasibətlərindəki müsbət inkişafın yeni dövrdə də artan templə davam edəcəyinə inamını bildirən Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə danışıqlar masasına qayıtmaq məsələsində ölkəsinin vasitəçi qismində iştirak etməyə hazır olduğunu deyib.
18-03-2024, 17:47
Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olundu - FOTO


Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olundu - FOTO

Türkiyənin istiqlal müharibəsi tarixində mühüm rol oynayan Çanaqqala Zəfərinin 109–cu ildönümü münasibətilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Abşeron rayonunda anım tədbiri keçirilib.
Əvvəlcə qonaqlar rayonun Digah kəndində Türk əsgərlərinin şərəfinə salınan Şəhidlər xiyabanını ziyarət edib, naməlum əsgərlərin məzarı önünə tər güllər düzüblər.
Xırdalandakı Mədəniyyət Mərkəzinin foyesində Bakı Türk Anadolu Liseyinin tələbələrinin və abşeronlu məktəblilərin çəkdiyi rəsm sərgisi açılıb. Gənclərin əl işlərinə baxış olub.
Mərkəzin akt zalında davam edən tədbirdə Atatürkün, Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid anası Xatirə İsmayılova, Türkiyənin səfiri Cahit Bağçı çıxış ediblər. Natiqlər martın 18-nin yalnız Türkiyənin deyil, dünya hərb tarixinə də ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşının türk tarixinin şərəf nöqtəsi, qürur, qəhrəmanlıq və Zəfər dastanı olduğunu qeyd ediblər.
Sonra Çanaqqala savaşlarını əks etdirən “Bir Vətəndir Canaqqala” filmi nümayış olunub.
Bakı Türk Anadolu Liseyinin şagirdlərinin hazırladığı “Bir dastandır Çanaqqala” adlı bədii proqram təqdim edilib. Şagirdlər səhnəciklərdə türklərin tarix boyu qəhrəman və mübariz xalq olduğunu, igid məhmətçiklərin şücaətini məharətlə göstəriblər.




18-03-2024, 17:41
Rusiya Mərkəzi Seçki Komissiyası açıqladı: “Vladimir Putin 87,28% səs toplayıb”


Rusiya Mərkəzi Seçki Komissiyası açıqladı: “Vladimir Putin 87,28% səs toplayıb”

Rusiya Mərkəzi Seçki Komissiyası bülletenlərin 100 faizini emal edib.
Bülletenlərin 100%-nin hesablanmasının nəticələrinə əsasən prezident seçkilərində iştirak edən namizədlər üzrə rəsmi səslər belə paylanıb:
"Vladimir Putin 87,28%, Nikolay Xaritonov 4,31%, Vladislav Davankov 3,85%, Leonid Slutski 3,20% səs toplayıb".
Qeyd edək ki, Rusiyada 15-17 mart tarixlərində prezident seçkiləri keçirilib.
18-03-2024, 11:40
Qazaxıstanın XİN başçısı İrəvandadır


Qazaxıstanın XİN başçısı İrəvandadır

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu İrəvandadır.
Ermənistan XİN onun həmkarı Ararat Mirzoyanla fotosunu yayıb.
Qeyd edək ki, Qazaxıstanın xarici işlər naziri martın 17-18-də Ermənistanda işgüzar səfərdə olacaq.
Murat Nurtleu və Ararat Mirzoyan arasında danışıqlar martın 18-də İrəvanda baş tutacaq, bundan sonra nazirlər mətbuata açıqlamalar verəcəklər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!