“Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                       
2-03-2025, 10:50
Zelenski ilə görüşdən sonra Tramp: Venslə fəxr edirəm!


Zelenski ilə görüşdən sonra Tramp: Venslə fəxr edirəm!

ABŞ rəhbəri Donald Tramp vitse-prezident Ceyms Devid Vensin Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə söylədiyi fikirlərdən təsirlənib.
Bu barədə “The Wall Street Journal” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Rəsmilərin dediyinə görə, Tramp tabeliyində olanlara dəfələrlə qeyd edib ki, onun keçmiş vitse-prezidenti Mayk Pens bunu etməzdi və o, Venslə fəxr edir.
Digər respublikaçılar da Vensin davranışını müsbət qiymətləndiriblər.
Eyni zamanda, vitse-prezidentin tabeliyində olan şəxslər onun görüşü pozmaq istəmədiyini, lakin danışıqlar zamanı Amerika dövlətinin başçısını dəstəkləmək istədiyini iddia ediblər.
2-03-2025, 10:14
Makrondan Ukraynaya böyük yardım anonsu


Makrondan Ukraynaya böyük yardım anonsu

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna bir neçə milyard avro dəyərində böyük maliyyə yardımı ala bilər.
O, bu barədə “La Tribune” qəzetinə müsahibəsində məlumat verib.
Makron Avropa İttifaqından Ukraynaya bir neçə milyard avronun ayrılmasına icazə verib.
Yardımla bağlı qərar Aİ-nin martın 6-da Brüsseldə keçiriləcək sammitində qəbul edilə bilər.
“Martın 6-da keçiriləcək sammit çox vacibdir. Bu külli miqdarda vəsaitin yüz milyardlarla avroya bərabər olacağı ehtimal edilir”, - Makron deyib.
O həmçinin əlavə edib ki, sammitin məqsədi Avropa İttifaqının Ukraynaya dəstəyini gücləndirməkdir.
2-03-2025, 09:54
İngilis dili ABŞ-nin rəsmi dili elan edildi


İngilis dili ABŞ-nin rəsmi dili elan edildi

İngilis dili ABŞ-nin rəsmi dili elan edilib.
Bu barədə ABŞ prezidenti Donald Tramp fərman imzalayıb.
Tramp keçmiş prezident Bill Klintonun ingilis dilini zəif bilən insanlara dövlət xidmətlərinin göstərilməsini məcbur edən sərəncamını ləğv edib.
"İngilis dilinin rəsmi dil kimi tanınması təkcə ünsiyyəti asanlaşdırmayacaq, həm də ümumi milli dəyərləri gücləndirəcək və daha vahid və effektiv cəmiyyət yaradacaq", - fərmanda deyilir.
Qeyd edək ki, Artıq 30-dan çox ştat ingilis dilini rəsmi dil kimi tanıyıb. Federal səviyyədə ilk dəfə olaraq ABŞ-ın rəsmi dili təsdiq edilib.
Donald Tramp 2000-ci ildə Bill Klintonun federal maliyyə alan bütün təşkilatların ingilis dili bilməyənləri yerləşdirməsini tələb edən sərəncamını ləğv edib. İndi şöbələr başqa dillərdə xidmət göstərib-göstərməmək barədə özləri qərar verəcəklər. Yanvar ayında Donald Trampın andiçmə mərasimindən sonra Ağ Ev rəsmi internet saytının ispandilli versiyasını ləğv edib.
1-03-2025, 18:55
Ağ Evdəki danışıqların yeganə qalibi Putindir


Ağ Evdəki danışıqların yeganə qalibi Putindir

Finlandiya prezidenti Alexander Stabb ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında aparılan danışıqların yeganə qalibinin Rusiya prezidenti Vladimir Putin olduğunu bildirib.
Bu barədə o, "Yle" radiosuna müsahibəsində deyib.
Stabb Vaşinqtondakı görüşünün belə başa çatmasından şoka düşdüyünü qeyd edib. "Bu, əslində yalnız bir qalibin olduğu diplomatik uğursuzluq idi və o (Vladimir Putin - red.) danışıqlarda belə iştirak etmədi", - Prezident bildirib.
Finlandiya prezidenti qeyd edib ki, o, heç vaxt dövlət başçılarının Zelenski və Donald Tramp kimi ictimai yerlərdə davranmasını görməyib. O, Ağ Ev danışıqlarının pozulmasını “kədərli və tarixi hadisə” adlandırıb.
1-03-2025, 18:38
Parisdə verilən 220 medal geri qaytarılıb


Parisdə verilən 220 medal geri qaytarılıb

2024-cü il Paris Yay Olimpiya Oyunlarının iştirakçılarından 220 şikayət daxil olub.
Bu barədə Paris Zərbxanası məlumat yayıb. Bildirilib ki, medallarında problem yaranan atletlər üçün yeni medal hazırlanaraq təhvil verilir.
Olimpiya oyunları vaxtı verilmiş 5084 medalın 4 faizinin qüsurlu olduğu ehtimal edilir. Ən ciddi problem bürünc medallarda müşahidə olunur.
1-03-2025, 17:41
Hakan Fidan Lavrovla Ukrayna məsələsini müzakirə etdi


Hakan Fidan Lavrovla Ukrayna məsələsini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Xarici işlər nazirləri Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər.
1-03-2025, 16:14
"Ukrayna tək deyil" - Almaniya xarici işlər naziri


"Ukrayna tək deyil" - Almaniya xarici işlər naziri

Ukrayna tək deyil. Almaniya Avropadakı müttəfiqləri ilə birlikdə Ukraynanı dəstəkləyir və Rusiyanın təcavüzünə qarşı çıxır".
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Trampla Zelenski arasında qalmaqallı görüşü şərh edərkən deyib.
"Ukrayna Almaniya, Avropa və digər ölkələrin davamlı dəstəyinə arxalana bilər", - nazir X hesabında qeyd edib.

1-03-2025, 15:58
Zelenski Britaniyadadır


Zelenski Britaniyadadır

Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi şənbə günü Böyük Britaniyaya enib.
Bu barədə CNN məlumat yayıb.
Zelenski sabah Londonda Kiyevə dəstəyi müzakirə etmək üçün yığışan Avropa liderlərinin sammitində iştirak edəcək.
1-03-2025, 14:12
Paşinyan Vardanyandan danışdı: “...çalışırıq”


Paşinyan Vardanyandan danışdı: “...çalışırıq”

Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda Bakıda həbsdə saxlanılan təqsiləndirilən ermənilər, o cümlədən iş adamı Ruben Vardanyan barədə danışıb.
Baz nazir onu həmin şəxsləri müdafiə etməməkdə günahlandıranların ittihamını rədd edib.
“İnsanların tələblərini başa düşürəm. Amma bu məsləyə dair mənim və Xarici İşlər Nazirliyinin bəyanatları var”,- deyə o, jurnalistlərə bildirib.
Paşinyan qeyd edib ki, mümkün diplomatik iş gedir.
“Ancaq bir şeyi qeyd etmək istəyirəm: dünyanı daha yaxından tanımalıyıq, bizə elə gəlir ki, bütün səfirləri dəvət edib tələbləri çatdırsaq, onlar çıxacaq və məsələ həll olunacaq. Xeyr, bu doğru deyil. Bu və bütün digər kontekstlərdə məndən başlayaraq dünyanı daha yaxşı tanımaq problemi ilə üzləşirik”.
Baş nazir deyib ki, həll yolu tapmağa çalışmaq lazımdır ki, onlar da bunu edirlər.
O, əmin edib ki, bütün danışıqlarda Bakıda həbsdə saxlanılan ermənilərlə bağlı məsələ qaldırılır.
“Biz Azərbaycanla danışıqlarda da bu məsələni gündəmə gətiririk, amma bu istiqamətdə nəticələr əldə olunmadığından fəaliyhyətimiz görünmür”, - Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, əgər görülən işlərlə bağlı yüksək səslə danışmağın işə fayda verəcəyinə əmindirlərsə, bunu demək onun üçün çətin olmayacaq.
“Amma mən yüz faiz əminəm ki, danışmaq işə zərər verəcək”.
1-03-2025, 13:22
Kobaxidze Tramp-Zelenski qalmaqalında ABŞ-nin tərəfini tutdu


Kobaxidze Tramp-Zelenski qalmaqalında ABŞ-nin tərəfini tutdu

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Trampa Ukrayna lideri Vladimir Zelenski ilə dünənki mübahisədən sonra dözüm və cəsarət arzulayıb.
Bu barədə “Novosti-Qruziya”nın məlumatında bildirilib.
İ.Kobaxidze Oval kabinetdə Tramp və vitse-prezident Vensin medianın iştirakı ilə etdiyi ittihamlardan sonra Zelenskini dəstəkləyən gürcü siyasətçiləri və Avropa liderlərini "müharibə tərəfdarı" adlandırıb.
Kobaxidze təəssüflə deyib ki, prezident Tramp və onun sülh səyləri pislənir.
“Müharibə tərəfi ilə sülhsevər qüvvələr arasında mübarizə həlledici mərhələyə qədəm qoyur. Ümid edək ki, bu döyüş sülh uğrunda qələbə ilə başa çatacaq. Ukraynada müharibə nə qədər tez bitsə, bir o qədər az ukraynalı həyatını itirəcək və bütün regionda bir o qədər tez sülh bərqərar olacaq”, - deyə Kobaxidze yekunlaşdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!