Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
9-04-2026, 20:20
Tramp Netanyahudan xahiş etdi


Tramp Netanyahudan xahiş etdi

Tramp Netanyahuya Livanda bombardmanları azaltmağı xahiş edib.
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Livanda həyata keçirilən hücumların intensivliyinin azaldılmasını istəyib.
NBC telekanalının ABŞ administrasiyasındakı yüksək vəzifəli rəsmiyə istinadən yaydığı məlumata görə, bu xahiş İranla aparılan danışıqlara mane olmamaq məqsədi daşıyıb.
Bildirilib ki, rəsmi Vaşinqton və Təl-Əviv atəşkəs rejiminin Livanı əhatə etmədiyini desə də, İsrail “faydalı tərəfdaş” olmağa razılaşıb.
Məlumata görə, telefon danışığı Netanyahunun Livana qarşı hücumları tam gücü ilə davam etdirəcəyini açıq şəkildə bəyan etməsindən sonra baş tutub.
Qeyd edək ki, İran rəsmiləri bu hücumlara cavab veriləcəyi və atəşkəsin pozula biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
9-04-2026, 20:02
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı


Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı

İsrailin Baş naziri Benyamin Netanyahu Livanla birbaşa danışıqların başlanması üçün hökumətə göstəriş verib.
Netanyahu bildirib ki, Livan tərəfinin dəfələrlə etdiyi müraciətlərə cavab olaraq Nazirlər Kabinetinə ən qısa zamanda danışıqlara başlamaq tapşırılıb.
Onun sözlərinə görə, danışıqların əsas gündəliyində "Hizbullah" təşkilatının silahsızlaşdırılması və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulması məsələləri dayanacaq.
İsrail Baş naziri, həmçinin Livanın Baş nazirinin Beyrutun demilitarizasiyası ilə bağlı çağırışını alqışladıqlarını qeyd edib.
9-04-2026, 19:48
Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq"


Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq"

Türkiyə İsraili danışıqlar prosesini sabotaj etməkdə ittiham edir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Yaxın Şərqdə aparılan danışıqlara mane olmağa çalışdığını bildirib.
Nazir qeyd edib ki, bu cür cəhdlərə qarşı ayıq olmaq və sağlam düşüncə ilə yanaşmaq vacibdir:
“Beynəlxalq ictimaiyyət İsrail tərəfindən mümkün sabotaj aktlarına qarşı diqqətli olmalı və buna uyğun cavab verməyə hazır olmalıdır”.
Fidan vurğulayıb ki, İsrailin ekspansionist siyasəti davam etdikcə regionda davamlı sülh və sabitlik mümkün olmayacaq:
“Beynəlxalq ictimaiyyət anlamalıdır ki, İsrailin regiona geosiyasi ambisiyalarını zorla qəbul etdirməsinə imkan verilməməlidir”.
Nazirin sözlərinə görə, İsrail Qəzzada tətbiq etdiyi hərbi siyasəti indi Livanda davam etdirir:
“İsrailin Livanda davam edən hücumları, o cümlədən mülki əhaliyə qarşı həyata keçirilən əməliyyatlar yüzlərlə insanın ölümünə səbəb olur və regionu daha dərin humanitar böhrana sürükləyir. Livanda işğalın dayandırılması və mülki əhalinin qorunması prioritetdir”, – deyə o əlavə edib.
9-04-2026, 19:31
Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir


Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Tehrana xüsusi nümayəndə göndərilməsi barədə qərar qəbul edib.
Məlumata görə, səfərin əsas məqsədi Yaxın Şərqdə gərginləşən vəziyyətin müzakirəsi və ikitərəfli münasibətlər gündəliyindəki aktual məsələlərin həllidir.
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin olunmasının kritik əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
9-04-2026, 18:01
ABŞ - İran danışıqlarında nümayəndə heyətləri məlum oldu


ABŞ - İran danışıqlarında nümayəndə heyətləri məlum oldu

Aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək ABŞ-İran danışıqlarında rəsmi Tehranı kimlərin təmsil edəcəyi açıqlanıb.
Livanın “Əl-Məyadin” telekanalının məlumatına görə, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlarda rəsmi Tehran adından iştirak edəcək.
Qalibafı Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zülqədr və xarici işlər naziri Abbas Əraqçi də müşayiət edəcək.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ev sahibinin nümayəndə heyətinə rəhbərlik edəcək.
“Əl-Məyadin” həmçinin iddia edib ki, İslamabad danışıqlarındakı Amerika nümayəndə heyətinə ABŞ vitse-prezidenti Cey Di Vens rəhbərlik edəcək.
Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezident Trampın kürəkəni Cared Kuşner və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper bu danışıqlar raundunda Amerika nümayəndə heyətini təşkil edəcəklər.
Xatırladaq ki, aprelin 8-də ABŞ-İran müharibəsilə bağlı iki həftəlik atəşkəs razılaşması əldə olunub.
9-04-2026, 17:07
Rusiyada pioner və komsomollar bərpa olunur


Rusiyada pioner və komsomollar bərpa olunur

Rusiyada sovet dövrünə aid uşaq və gənclər təşkilatlarının bərpası təklif olunur.
Rusiya Dövlət Dumasının regional siyasət komitəsi sədrinin müavini Mixail Matveyev sovet tərbiyə sisteminin – oktyabryatlar, pionerlər və komsomolun yenidən tətbiqini təklif edib.
Onun sözlərinə görə, bu model gənclərdə dəyərlərin formalaşdırılması baxımından kompleks və faydalı sistem olub.
“Bu sistemi geri qaytarardım. Əgər kimsə onu tam əvvəlki formada – məsələn, Lenin təsvirli oktyabryat nişanı ilə bərpa etmək istəmirsə, alternativ variant düşünmək olar. Pioner təşkilatı isə artıq formalaşmış hərəkatdır. Onu adı və qırmızı qalstuku ilə birlikdə tam şəkildə bərpa etmək mümkündür”, – deyə Matveyev bildirib.
8-04-2026, 17:52
Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır


Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan XİN-nin açıqlaması ilə bağlı suala cavab olaraq bildirib ki, Moskva öz cavabını diplomatik kanallar vasitəsilə Bakıya çatdıracaq.
Zaxarova bu barədə suala bir müddət əvvəl Azərbaycan tərəfinin Paşinyan-Putin görüşündə Qarabağ məsələsinin müzakirəsi ilə bağlı Rusiyaya etirazını bildirməsinə görə münasibət bildirib.
Bu arada, Zaxarova xatırladıb ki, Rusiya və onun lideri Putin münaqişənin həllində əsas rol oynayıblar.
"Rusiya 1990-cı illərdən bəri davam edən bu həssas məsələnin həlli üçün şərait yaratmağa çalışıb. Son illərdə İrəvan və Bakı vasitəçilər olmadan dialoq aparmaq qərarına gəliblər və bu qərar Rusiyanın da başa düşdüyü bir qərardır. Eyni zamanda, normallaşma prosesini dönməz hala gətirmək üçün hələ çox iş görülməlidir".
O xatırladıb ki, münaqişənin həlli Moskvanın dəstəklədiyi ATƏT-in Minsk Qrupunun ləğvi qərarı ilə rəsmiləşdirilib.
8-04-2026, 17:36
Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək


Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək

İran Hörmüz boğazından keçən neftin hər bareli üçün 1 dollar tələb edir və bu pul kriptovalyuta ilə ödənilməlidir.
Bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Qeyd edilib ki, Hörmüz boğazından indiyə kimi hər gün təxminən 15-20 milyon barel neft keçirdi. Atəşkəs elan edildikdən bəri ilk gəmi də artıq Tehranın icazəsi ilə körfəzdən keçib.
8-04-2026, 17:24
Qətər İrandan kompensasiya tələb etdi


Qətər İrandan kompensasiya tələb etdi

Qətər Xarici İşlər Nazirliyi bildirib ki, İran hücumlarının vurduğu dağıntıları kompensasiya etməlidir.
Bu barədə nazirliyin yerli mətbuatda dərc olunmuş bəyanatında bildirilib.
8 apreldə ABŞ və İran iki həftəlik atəşkəs müqaviləsi imzalayıblar. Sənəddə İrana kompensasiya ödənilməsi nəzərdə tutulur; müqavilə onların digər ölkələr qarşısında öhdəliklərini əhatə etmir.
8-04-2026, 17:07
Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon


Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon

İranın atəşkəs planını qəbul etməsindən bir gün sonra ABŞ–İran müharibəsini dayandırmaq üçün aparılan danışıqlarda mərkəzi rol oynayan əsas neft nəqliyyat marşrutu olan Hörmüz boğazının diplomatik danışıqlara əsaslanaraq açıq olduğuna inanırıq.
Bu barədə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Baş Qərargah sədri, general Den Keyn bildirib.
Müharibə naziri Pit Hegset isə məsələ ilə bağlı bunu deyib: “Razılaşdırılan və açıqlanan odur ki, boğaz açıqdır. Bizim hərbçilərimiz və əlbəttə, onların hərbçiləri də izləyir, amma ticarət axını davam edəcək,” – Hegset əlavə edib.
CNN daha əvvəl xəbər verib ki, atəşkəsin başlamasından bəri ən azı iki gəmi boğazdan təhlükəsiz keçib, bu barədə "MarineTraffic"dən məlumat alınıb. Lakin gəmi izləmə platforması qeyd edir ki, regionda hələ də yüzlərlə gəmi mövcuddur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!