Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
15-09-2022, 20:53
Tehranla mövqelərimiz üst-üstə düşür - Putin


Tehranla mövqelərimiz üst-üstə düşür - Putin

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Butov.az xəbər verir ki, liderlər bir sıra məsələləri müzakirə ediblər. Onlar, digər məsələlərlə yanaşı, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA), ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional təhlükəsizlik, o cümlədən Suriya nizamlanması, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Putin bildirib ki, üzvlük prosesini yekunlaşdırmaq üçün formal məsələlər qalıb: "İranla Rusiyanın münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir. Moskva ilə Tehranın mövqeləri üst-üstə düşür".
14-09-2022, 20:05
“İtkilərimiz 200-dən çoxdur” - Erməni deputatdan etiraf


“İtkilərimiz 200-dən çoxdur” - Erməni deputatdan etiraf

Ermənistan ordusunun itkilərinin sayı 200-ü keçib. Bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Vahe Hakopyan bildirib. "Ermənistanın itkiləri 200-ü çoxdan keçib. Bu, ciddi rəqəmdir", - deyə deputat KİV-ə müsahibəsində vurğulayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə bugünkü çıxışında itki sayının 105-ə çatdığını deyib. Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən ağır itkilər verib.
14-09-2022, 20:01
Paşinyan 100-dən çox erməni hərbçinin öldüyünü açıqladı


Paşinyan 100-dən çox erməni hərbçinin öldüyünü açıqladı

Azərbaycanla sərhəddə döyüşlər zamanı ölən erməni hərbçilərinin sayı 105-ə çatıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən ağır itkilər verib. Paşinyan ötən gün verdiyi açıqlamada Ermənistanın azı 49 hərbçi itirdiyini açıqlamışdı.
14-09-2022, 19:54
Ohanyan Ermənistanda hərbi səfərbərliyə çağırdı


Ohanyan Ermənistanda hərbi səfərbərliyə çağırdı

"Mənim şəxsi fikrim budur ki, Ermənistanda hərbi vəziyyət tətbiq olunmalı, birinci sıranı doldurmaq və orduya dəstək vermək üçün səfərbərlik aparılmalıdır". Butov.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib. O, hakimiyyəti ölkə naminə addım atmağa səsləyib. “Çünki sərhədlərdə gərginlik görürük. Əgər ölkədə müharibə gedirsə, gərginlik dalğası bərabər paylanmalıdır… Qurbanlarımız, yaralılarımız var”. Ohanyan əhalini sakitləşməyə və rəsmi məlumatlara əməl etməyə çağırıb.
14-09-2022, 18:36
Zelenski işğaldan azad olunmuş şəhərə getdi


Zelenski işğaldan azad olunmuş şəhərə getdi

Çərşənbə günü, sentyabrın 14-də Ukrayna desantları tərəfindən azad edilən Xarkov vilayətinin İzyum şəhərində Ukrayna bayrağı qaldırılıb. Ukrayna dövlətinin başçısı Vladimir Zelenski də oraya gedib. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. “Şənliklərdə Ukrayna prezidenti Vladimir Zelenski, müdafiə nazirinin müavini Anna Malyar, bir neçə gün əvvəl şəhəri rus işğalçılarından azad edən Ukrayna Silahlı Qüvvələrinin və digər təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər”, - məlumatda deyilir. Bayram şənliklərinin əvvəlində iştirak edənlər həlak olan müdafiəçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra dövlət başçısı işğaldan azad olunmuş Ukrayna torpaqlarına görə əsgərlərə təşəkkür edib, təntənəli mərasimlə Ukrayna bayrağını Şəhər Şurası üzərində qaldırıb. Xatırladaq ki, sentyabrın 10-da Ukrayna Silahlı Qüvvələri Balakleyadan cənub-şərq istiqamətində irəliləyərək İzyuma yaxınlaşıb. Sentyabrın 11-də Ukrayna əsgərləri Xarkov vilayətinin İzyum şəhərinin mərkəzində dövlət bayrağını qaldırıblar. İzyum mart ayında işğal olunmuşdu. Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Xarkov vilayətindən geri çəkildiyini etiraf edib.
14-09-2022, 16:04
Paşinyan qadın köməkçisini vəzifədən azad etdi


Paşinyan qadın köməkçisini vəzifədən azad etdi

Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il sentyabrın 14-dən Anna Vardapetyanın baş nazirin köməkçisi vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb. «Mülki müqavilə» partiyasının fraksiyası Anna Vardapetyanı Ermənistanın baş prokuroru seçib.
14-09-2022, 01:56
Ruslar kraliçanın dəfninə buraxılmayacaq


Ruslar kraliçanın dəfninə buraxılmayacaq

Rusiya, Belarus və Myanmaya rəsmilərinə Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin dəfn mərasimində iştirak etmək üçün dəvətnamə verilməyib. Bu barədə Britaniya mediası məlumat yayıb. Bildirilib ki, dəfn mərasimində dünyanın müxtəlif yerlərindən gələn 500-ə yaxın vəzifəli şəxsin iştirakı gözlənilir. Qeyd edək ki, 96 yaşlı kraliça II Elizabet sentyabrın 8-də dünyasını dəyişib. Onun ölümündən sonra oğlu Çarlz kral elan edilib.
14-09-2022, 01:36
ABŞ səfirliyində bomba həyəcanı


ABŞ səfirliyində bomba həyəcanı

Bu gün axşam saatlarında ABŞ-ın Gürcüstandakı səfirliyinin binasında bomba həyəcanı yaşanıb. Butov.az xəbər verir ki, naməlum şəxs 112 çağrı mərkəzinə zəng vuraraq səfirliyin ərazisində partlayıcı qurğu qoyulması barədə məlumat verib. Səfirliyin əməkdaşları və mülki işçilər binadan dərhal təxliyə olunublar. Hadisə yerində Gürcüstan istehkamçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. ABŞ səfirliyi hüquq-mühafizə orqanları əməkdaşlarına məsələyə operativ müdaxilə etdiklərinə görə minnətdarlıq edib.
13-09-2022, 19:48
Rusiya İran PUA-larından istifadə etməyə başladı


Rusiya İran PUA-larından istifadə etməyə başladı

Rusiya “Geran-2” adlı pilotsuz uçan aparatı (PUA) ilə Kupyansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum edib. Butov.az xəbər verir ki, hücum edən PUA-nın fotoları müxtəlif teleqram kanallarında yayılıb. PUA-nın qalıqları İranın "Şahed -136" adlı kamikadze PUA-larına oxşayır. Ekspertlər PUA-nın birbaşa İrandan gəldiyini və ya Rusiyada yığıldığını bildirir. "Şahed-136" 2000 km məsafə qət edə bilən İran istehsalı kamikadze tipli PUA-dır. Model 2020-ci ildə istifadə verilib. Sistemlər xüsusilə Yəməndəki husilər tərəfindən istifadə olunur. Avqustun 30-da “The Washington Post” qəzeti yazıb ki, Rusiya İran istehsalı PUA-ların ilk partiyasını alıb.


13-09-2022, 19:19
Ukrayna təhlükəsizliyinin qarantı olacaq ölkələrin adlarını açıqlayıb


Ukrayna təhlükəsizliyinin qarantı olacaq ölkələrin adlarını açıqlayıb

Ukrayna Prezidentinin Aparatı təhlükəsizlik təminatları ilə bağlı tövsiyələr təqdim edib. Butov.az xəbər verir ki, tövsiyələr Ukrayna və qarant dövlətləri bir araya gətirəcək birgə strateji tərəfdaşlıq sənədi olan “Kiyev Təhlükəsizlik Müqaviləsi”nin yaradılmasını təklif edir. Müttəfiqlərin əsas qrupunun Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün aydın öhdəliklər götürməsi, daha geniş qrupun isə sanksiyalar mexanizmləri ətrafında qurulmuş qeyri-hərbi təminatlar verməsi gözlənilir. Müqavilə müttəfiq ölkələrin əsas qrupunu və Ukraynanı birləşdirəcək. Bu qarant dövlətlər qrupuna ABŞ, Böyük Britaniya, Kanada, Polşa, İtaliya, Almaniya, Fransa, Avstraliya, Türkiyə, həmçinin Şimal ölkələri və Baltikyanı dövlətlər, Mərkəzi və Şərqi Avropa daxil ola bilər. Prezident V.Zelenskinin ofisi Hindistan, Çin və Rusiyanı Ukraynanın təhlükəsizliyinin potensial qarantları siyasına daxil etməyib. Prezident Aparatının mesajında ​​qeyd edildiyi kimi, təhlükəsizlik təminatları zaminlər qrupunun Ukrayna ilə birlikdə götürdüyü bir sıra öhdəlikləri müəyyən edəcək. Həmçinin qeyd edilir ki, təminatlar ikitərəfli razılaşmalar əsasında siyasi və hüquqi cəhətdən məcburi olmalıdır, lakin “Kiyev Təhlükəsizlik Müqaviləsi” adlı birgə strateji tərəfdaşlıq sənədində birləşdirilməlidir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!