Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
17-09-2022, 14:54
Qırğızıstanın sərhədində komendant saatı elan edildi


Qırğızıstanın sərhədində komendant saatı elan edildi

Tacikistan tərəfi ilə toqquşmanın baş verdiyi sərhəd zonasında Qırğızıstanın Batken vilayətində fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.“Mülki Müdafiə rəisi, prezidentin səlahiyyətli nümayəndəsi Abdikərim Alimbayevin 16 sentyabr 2022-ci il tarixli əmrinə əsasən, Batken vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib”, - məlumatda deyilir. Son məlumatlara görə, toqquşmalar nəticəsində Qırğızıstan tərəfində 24 nəfər ölüb, 103 nəfər isə yaralanıb. Qırğızıstan hakimiyyəti 136 minə yaxın vətəndaşı təhlükəsiz yerlərə təxliyə edib.
17-09-2022, 14:47
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək


ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi və onların daha ​​effektiv olması üçün müvafiq addımlar atılacağını istisna etmir. Bunu Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.“Biz sanksiyaların prezident Vladimir Putinə və onun iqtisadiyyatına istənilən təsirə malik olduğundan əminlik üçün müvafiq tədbirlərə əl atacağıq”, - deyə Kirbi bildirib. Onun sözlərinə görə, ABŞ əlavə sanksiyalar tətbiq etmək və sanksiyalar rejimini dəyişdirmək imkanını heç vaxt istisna etmir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi daha əvvəl demişdi ki, Ukraynada müharibə aparan Rusiyanı əziyyətə salacaq sanksiyalar lazımdır. O, həmçinin Rusiyanın dondurulmuş aktivlərindən məhrum edilməsini və onları Ukraynanın bərpasına yönəltməyi zəruri hesab edib.
17-09-2022, 14:38
Rusiyanın Su-24 təyyarəsi vuruldu


Rusiyanın Su-24 təyyarəsi vuruldu

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiyaya məxsus bir Su-24 təyyarəsini, üç qanadlı raketi və bir pilotsuz təyyarəni məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat paylaşılıb. Qeyd edək ki, Rusiya ordusu Ukraynaya qarşı müharibəyə başlayandan bəri ən azı 5800 hərbi texnika itirib. Onlardan 3668-i məhv edilib, 136-sı zədələnib, 303-ü tərk edilib, 1693-ü qənimət götürülüb.
17-09-2022, 14:36
Kupyansk ruslardan azad edildi


Kupyansk ruslardan azad edildi

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib. Butov.az xəbər verir ki, bu barədə KRAKEN hərbi bölməsinin komandiri Sergey Veliçko açıqlama verib. Veliçko deyib ki, Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb:"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi". Komandir əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.
17-09-2022, 14:31
Ərdoğan ABŞ-a yola düşdü


Ərdoğan ABŞ-a yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib. Bu barədə TRT telekanalı məlumat yayıb. Dövlət başçısı Nyu-York şəhərində BMT Baş Assambleyasının iclasında iştirak edəcək. Məlumata görə, Ərdoğan ABŞ Prezidenti Co Bayden daxil olmaq bir sıra görüşlər keçirəcək.
17-09-2022, 14:29
Çin liderindən rəngli inqilab xəbərdarlığı - Dəstək istədi


Çin liderindən rəngli inqilab xəbərdarlığı - Dəstək istədi

Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında üzv ölkələrə rəngli inqilablarla bağlı xəbərdarlıq edib. Butov.az xəbər verir ki, o, təşkilata üzv ölkələri "rəngli inqilab" adlandırılan xalq üsyanlarının qızışdırılmasının qarşısını almaqda bir-birini dəstəkləməyə çağırıb. O, həmçinin bildirib ki, Çin qarşıdakı 5 il ərzində üzv ölkələrin hüquq-mühafizə orqanlarının 2000 əməkdaşına təlim keçəcək və antiterror işlərinə yönəlmiş təlim bazası yaradacaq. Çinin inkişaf etməkdə olan ölkələrə 1,5 milyard yuan (214 milyon dollar) dəyərində taxıl və digər növ yardımlar verəcəyini söyləyən Si Cinpin ölkəsinin iqtisadiyyatının dayanıqlı olduğunu vurğulayıb.
17-09-2022, 14:26
Rusiya Avstraliyaya sanksiya tətbiq etdi


Rusiya Avstraliyaya sanksiya tətbiq etdi

Rusiya Avstraliyanın 41 vətəndaşına sanksiya tətbiq edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. "Qara siyahı"ya salınan şəxslərin əksəriyyəti jurnalistdir. Bundan başqa, siyahıya Avstraliyanın müdafiə sənayesinin nümayəndələri də daxil edilib. Sanksiya siyahısında olan şəxslərin Rusiyaya girişi qeyri-müəyyən müddətə qadağan edilib. İyulun 1-də Avstraliya 16 rusiyalı iş adamı və məmuruna qarşı sanksiya tətbiq edib.
16-09-2022, 18:52
2 nəfər ölüb, 55 nəfər yaralanıb - Qırğızıstan yeni məlumat yaydı


2 nəfər ölüb, 55 nəfər yaralanıb - Qırğızıstan yeni məlumat yaydı

Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş vermiş münaqişənin nəticələri barədə yeni məlumat yayıb. Butov.az xəbər verir ki, nazirliyin məlumatına görə, Tacikistanla münaqişə zamanı 2 Qırğızıstan vətəndaşı ölüb, 55 nəfər yaralanıb. Xatırladaq ki, bü gün səhər Qırğızstan-Tacikistan sərhədində atəşkəs yenidən pozulub. Daha sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarov tacikistanlı həmkarı İmomali Rahmonla sərhəddəki vəziyyətlə bağlı təkbətək danışıqlar aparıblar. İki ölkə lideri atəşi dayandırmağa, qoşunların təmas xəttindən çıxarılması barədə müvafiq strukturlara göstəriş verməyə razılaşıblar. İki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri hadisə yerində fəaliyyət göstərəcək, hadisənin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün komissiya yaradılacaq.
16-09-2022, 18:36
Daha təhlükəli ştam gəlir – ÜST xəbərdarlıq etdi


Daha təhlükəli ştam gəlir – ÜST xəbərdarlıq etdi

Dünyada səhiyyə sistemləri koronavirusun yeni, daha təhlükəli ştamının yaranmasına reaksiya verməyə hazır olmalıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlərə dair proqramının direktoru Maykl Rayan deyib. Rayan dünyada COVID-19-a qarşı mübarizədə vəziyyətin yaxşılaşdığını bildirib. Onun sözlərinə görə, planetimizin əhalisinin xeyli hissəsi hələ də vaksinasiya olunmayıb.“Daha yoluxucu və virulent olan yeni ştamın yaranması bizi geri çəkilməyə vadar edə bilər. Biz sayıqlığı qorumalıyıq. Səhiyyə sistemləri buna reaksiya verməyə hazır olmalıdırlar. Əgər koronavirusun yeni variantı əmələ gələrsə, onu xarakterizə etmək üçün qat-qat çox vaxt lazım gələ bilər", - deyə ÜST rəsmisi vurğulayıb.
16-09-2022, 18:19
Pelosi Ermənistana səfər edəcəyini təsdiqlədi


Pelosi Ermənistana səfər edəcəyini təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri dəqiqləşib. Butov.az xəbər verir ki, Pelosi İrəvana səfər edəcəyi barədə məlumatı təsdiqləyib. "Ermənistana səyahət planımın ictimaiyyətə açıqlanmasından xəbərsiz idim",- deyə Pelosi bildirib. O, səfərlə bağlı əlavə məlumat verməyib. Lakin xarici KİV-də yer alan xəbərlərə görə, qalmaqallı spikerin Ermənistana səfəri həftəsonuna planlaşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!