20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
8-04-2026, 16:35
Əli Əkbər Vilayətidən atəşkəsə reaksiya: ABŞ-ni məcbur etdik


Əli Əkbər Vilayətidən atəşkəsə reaksiya: ABŞ-ni məcbur etdik

İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin ABŞ-la atəşkəs razılaşmasına münasibət bildirib.
Vilayəti “X” platformasında yazıb: “ABŞ atəşkəsi qəbul etməyə məcbur oldu; bu isə açıq strateji məğlubiyyəti göstərən bir reallıqdır”.
Əli Əkbər Vilayəti əlavə edib ki, İran İslam Respublikasının silahlı qüvvələri ilk gündə olduğu kimi ən yüksək hazırlıq səviyyəsindədir və “ibri-ərəb-amerikan cəbhəsi” tərəfindən atəşkəsin pozulması ilə bağlı hər hansı səhv hesablamaya qarşı qəti və çəkindirici cavab verəcək.
Vilayəti vurğulayıb: “Dünyada yeni güc düzənində və çoxqütblü sistemə doğru hərəkət fonunda İran artıq yalnız bir ölkə deyil, İslam qütbünün mərkəzi kimi çıxış edir”.
Əli Əkbər Vilayəti 1981-ci ildən 1997-ci ilədək İranın xarici işlər naziri olub.
8-04-2026, 16:18
Hörmüz boğazında 800-dən çox gəmi qalıb


Hörmüz boğazında 800-dən çox gəmi qalıb

İran və ABŞ arasında əldə olunan atəşkəsdən sonra gəmiçilik şirkətləri razılaşmanın detalları ilə bağlı aydınlıq əldə etməyə çalışır.
Məlumata görə, bəzi gəmi sahibləri atəşkəsi optimist qarşılayıb. Məsələn, Yaponiya Gəmi Sahibləri Assosiasiyası bildirib ki, razılaşmanın detalları dəqiqləşdirildikdən sonra qərar veriləcək.
Bununla belə, sektor nümayəndələrinin əksəriyyəti xəbərdarlıq edir ki, gəmiçilik fəaliyyətinin tam bərpası üçün daha çox aydınlıq lazımdır.
Hazırda Hörmüz boğazında 800-dən çox gəmi qalıb. Onların böyük hissəsi enerji daşıyıcıları daşıyır. Belə ki, 426 tanker xam neft və təmiz yanacaq, 34 gəmi mayeləşdirilmiş karbohidrogen qazı, 19 tanker isə mayeləşdirilmiş təbii qaz daşıyır. Qalan gəmilər isə quru yüklərlə hərəkət edir.

8-04-2026, 16:03
Nüvə tozunu İranla birgə təmizləyəcəyik - Tramp


Nüvə tozunu İranla birgə təmizləyəcəyik - Tramp

Vaşinqton və Tehran sanksiyaların aradan qaldırılması və tariflərin endirilməsi məsələlərini müzakirə edir.
Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Trampın sözlərinə görə, ABŞ-ın təklif etdiyi sülh müqaviləsinin 15 bəndindən çoxu artıq razılaşdırılıb.
Tramp həmçinin Tehranın uranı zənginləşdirməyəcəyini və ABŞ-ın İranla birlikdə “dərin basdırılmış bütün nüvə "tozunu" qazıb təmizləyəcəyini iddia edib.
Prezident "TruthSocial" sosial media platformasında ABŞ-ın İrana silah tədarük edən ölkələrə dərhal 50% tarif tətbiq edəcəyini də qeyd edib.
8-04-2026, 16:00
Rusiya ABŞ-dən gizlin mövqeyini gücləndirir


Rusiya ABŞ-dən gizlin mövqeyini gücləndirir

Tramp İrana diqqət yetirərkən Putin daha bir strateji müttəfiq qazandı.
Ötən ilin oktyabrında baş tutan hərbi çevrilişdən sonra Madaqaskarda hakimiyyətə gələn polkovnik Maykl Randrianir Rusiya ilə əlaqələrini fəal şəkildə gücləndirir.
Ölkə Moskvadan helikopterlər, zirehli maşınlar, silahlar, yük maşınları və ərzaq alır və Randrianir ölkələr arasındakı "qardaşlıq münasibətlərini" vurğulayaraq Putinə təşəkkür edir.
Hakimiyyət dəyişikliyi Rusiyaya strateji Toamasina limanına, Antsiranana hərbi bazasına və metal və nadir torpaq elementləri yataqlarına çıxış imkanı verir. Moskva adaya əsgər göndərir, hərbi təlim təşkil edir və Rusiyapərəst "Rusiyanın Dostları" partiyasını yaradır.
Ekspertlər qeyd edirlər ki, Rusiya Afrikadakı təsirini gücləndirmək üçün Qərbin diqqətini yayındırmaqdan istifadə edir.
Madaqaskar akkumlyator üçün vacib olan kobalt və qrafitin əsas istehsalçısıdır və həmçinin dünya neftinin təxminən üçdə birinin keçdiyi Mozambik kanalına strateji çıxışı var.
8-04-2026, 01:30
Şərif Trampdan İranla bağlı xahiş edib


Şərif Trampdan İranla bağlı xahiş edib

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampdan İranla razılaşma əldə etmək üçün son tarixin iki həftə müddətinə uzadılmasını istəyib.
Baş nazir bu barədə öz X hesabında məlumat verib.
"Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylər davamlı və güclü şəkildə irəliləyir və yaxın gələcəkdə əsaslı nəticələrə gətirib çıxarmaq potensialına malikdir. Diplomatiyanın öz axarında getməsi üçün Prezident Trampdan son tarixi iki həftə uzatmasını səmimi qəlbdən xahiş edirəm. Pakistan, bütün səmimiyyəti ilə İran qardaşlarından xoşməramlı jest olaraq Hörmüz boğazını müvafiq iki həftə müddətinə açmalarını xahiş edir. Həmçinin, bütün müharibə edən tərəfləri regionda uzunmüddətli sülh və sabitlik naminə diplomatiyanın müharibəyə qəti şəkildə son qoymasına imkan vermək üçün iki həftə ərzində hər yerdə atəşkəsə riayət etməyə çağırırıq", - Şərif yazıb.
7-04-2026, 23:41
Küveyt hakimiyyəti: "Evlərinizdə qalın"


Küveyt hakimiyyəti: "Evlərinizdə qalın"

Küveyt hakimiyyəti gecə saatlarında əhalini evdə qalmalarına və zəruri hallar istisna olmaqla çölə çıxmamaları barədə çağırış edib.
Bu barədə Küveyt Daxili İşlər Nazirliyinin yaydığı xüsusi bəyanatda vurğulanıb.
"Sakinləri 7 aprel gecə yarısından 8 aprel səhər saat 06:00-dək zəruri hallar istisna olmaqla evdə qalmağı və küçəyə çıxmamağı məsləhət görürük".
Nazirlik vurğulayıb ki, bu müraciət insanların təhlükəsizliyini təmin etmək və hüquq-mühafizə orqanlarının öz vəzifələrini daha effektiv yerinə yetirməsinə şərait yaratmaq məqsədi daşıyır.
7-04-2026, 23:00
ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi


ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Dövlət Departamenti Bəhreyndə olan vətəndaşlarını növbəti bildiriş alanadək qaldıqları yerləri tərk etməməyə çağırıb.
Təhlükəsizlik səbəbindən ölkədə yaşayan və ya səfərdə olan amerikalılara ehtiyatlı olmaları və rəsmi göstərişlərə əməl etmələri tövsiyə olunub.
7-04-2026, 22:53
Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı


Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı

7 apreldə Rusiya və Çin Hörmüz boğazının açılması üçün İrana qarşı güc tətbiq edilməsini tələb edən qətnamənin qəbul edilməsinə mane olublar. Onlar BMT Təhlükəsizlik Şurasına çıxarılan qətnaməyə veto qoyublar.
Bu barədə "Associated Press" аgentliyi məlumat verib.
Nəticədə Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i qətnamənin qəbulunun lehinə səs verib. Daha 2 ölkə — Pakistan və Kolumbiya səsvermədə bitərəf qalıb.
Agentliyin qeyd etdiyinə görə, sənədin mətni dəfələrlə dəyişdirilib ki, Moskva və Pekini də bitərəf qalmağa məcbur etsinlər.
Qətnamə layihəsi Təhlükəsizlik Şurasına sədrlik edən Bəhreyn tərəfindən, Körfəz ölkələrinin dəstəyi ilə hazırlanıb. Sənədin ilkin variantı ölkələrə Hörmüz boğazından tranziti təmin etmək və onun bağlanmasının qarşısını almaq üçün “bütün zəruri vasitələrdən” istifadə etməyə icazə verirdi. Bu ifadə hərbi əməliyyatları da nəzərdə tutur.
Əvəzində Rusiya və Çin BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqlə bağlı öz qətnamə layihələrini təklif ediblər.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib. O, Hörmüz boğazında təhlükəsizliyin yalnız hərbi əməliyyatların dayandırılması ilə əldə edilə biləcəyini vurğulayıb.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani iclasda "Çinə və Rusiya Federasiyasına məsuliyyətli davranışlarına, konstruktiv yanaşmalarına və veto hüququndan BMT Nizamnaməsinin prinsiplərinə tam uyğun istifadə etdiklərinə görə minnətdarlığımızı bildiririk" söyləyib.
7-04-2026, 21:21
İranın məhv edilməsinə qarşıdırlar


İranın məhv edilməsinə qarşıdırlar

Türkiyə və İspaniya İranın məhv edilməsinə qarşıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançes ilə telefon danışığı zamanı deyib.
Liderlər ikitərəfli əlaqələri və regionda baş verənləri müzakirə ediblər.
Türkiyə və İspaniyanın müdafiə başda olmaqla, hər sahədə nümayiş etdirdiyi həmrəylik qabardılıb.
İsrailin Qəzzadakı addımıları, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
7-04-2026, 19:37
ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək?


ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək?

ABŞ İrana qarşı nüvə silahından istifadə ediləcəyi ilə bağlı iddiaları təkzib edib.
Bu barədə “Middle East Eye” nəşri Ağ Evə istinadən xəbər yayıb.
Bldirilib ki, ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın mövcudluğuna bu gecə son qoyacağını bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!