10-03-2023, 15:55
Gürcüstan suverenlik şansını itirib - Volodin"Xarici agentlər haqqında qanun layihəsinin geri götürülməsi ilə Gürcüstan suverenlik şansını itirib". Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb. Onun sözlərinə görə, qanun qəbul olunarsa, Gürcüstan hakimiyyəti müxalifətin, medianın, "anti-gürcü gündəmini" formalaşdıran ictimai təşkilatların maliyyələşdirilməsi üçün xaricdən ölkəyə köçürülən vəsaitlərə nəzarət etmək hüququna malik olacaq. "Xarici agentlər haqqında qanun layihəsi ABŞ üçün qəbuledilməz idi. Bu, Vaşinqtonun ölkənin daxili siyasi həyatına təsirini məhdudlaşdırdı. Gürcüstan hakimiyyəti xalqın iradəsinə deyil, ABŞ-a tabe olmağa məcbur oldu", - deyə Volodin iddia edib. Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.
10-03-2023, 15:40
İsraildəki səfirimizdən İranla bağlı mühüm açıqlamaİsrailin İrana ola biləcək hücumu zamanı Azərbaycandan havadan yanacaqdoldurma bazası kimi istifadə edilməsinə icazə verilməyəcək. Bunu Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov "The Jerusalem Post"a açıqlamasında bildirib. Səfir eyni zamanda bu ayın əvvəlində “Haaretz” qəzetinin ölkənin İranın nüvə obyektlərinə hücum etməyə qərar verəcəyi təqdirdə İsrailə yardım etmək üçün aerodrom hazırlaması ilə bağlı xəbərini təkzib edib. “Azərbaycan əvvəlcədən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək. Xarici medianın iddia etdiyi xəbərlər yalandır”, - deyə səfir qeyd edib. Nəşr, həmçinin vurğulayıb ki, səfir cümə axşamı Prezident İsaak Herzoqa etimadnaməsini təqdim etməli idi, ancaq görüş ölkədə baş verən hadisələrə görə qeyri-müəyyən tarixə təxirə salınıb. Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Fevralın 28-də Muxtar Məmmədov İsrailə səfər edib.
10-03-2023, 13:49
Gürcü etirazazçılar hökümətin istefasını irəli sürübGürcüstanda etiraz aksiyaları axşam saatlarına kimi davam edib. "Xarici agentlər haqqında" qanun layihəsinə qarşı başlayan aksiyalarda əsas tələb hakimiyyətin istefasına yönəlib. Müxalif siyasətçilər növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbini irəli sürüblər. Bildirilib ki, tələbləri təmin olunmayana qədər etirazları davam etdirəcəklər. Növbəti aksiyanın sabah saat 11-də keçiriləcəyi anons edilib. Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.
10-03-2023, 13:39
İsraildə terror aktı törədilibİsrailin paytaxtı Təl-Əviv şəhərindəki kafelərdən birində terror aktı törədilib. Bu barədə "Jerusalem Post" nəşri yazıb. Bildirilir ki, silahlı şəxsin atəş açması nəticəsində 3 mülki vətəndaş yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır. İlkin məlumata görə, hücum iki silahlı şəxs tərəfindən həyata keçirilib, onlardan biri polis tərəfindən öldürülüb.
10-03-2023, 13:35
ABŞ prezidentindən rekord büdcə təklifi gəldiABŞ prezidenti Co Bayden 2024-cü ildə Pentaqonun büdcəsinin 842 milyard olmasını təklif edib. Bu barədə Ağ Ev məlumat yayıb. Bildirilir ki, bu, ABŞ Müdafiə Nazirliyinin 2023-cü il büdcəsindən 26 milyard dollar və ya 3,2% çoxdur, ABŞ-ın hərbi xərcləri üçün rekord məbləğdir. Büdcə layihəsində qeyd edilir ki, Pentaqonun Sakit okeanda Çinin təsirini və genişlənməsini cilovlaması üçün 9,1 milyard dollar lazım olacaq. Bundan əlavə, ABŞ nüvə arsenalının modernləşdirilməsinə 37,7 milyard dollar xərcləmək niyyətindədir.
10-03-2023, 13:32
NATO Türkiyə, Finlandiya və İsveç nümayəndələrini bir araya gətirdiNATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə, Finlandiya və İsveç hökumətlərinin nümayəndələrini bir araya toplayıb. Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilir. Stoltenberq iclas zamanı deyib ki, Finlandiya və İsveç Türkiyənin qanuni təhlükəsizlik narahatlığını aradan qaldırmaq üçün vacib addımlar atıblar: "İndi bütün müttəfiqlərin ratifikasiya prosesini başa çatdırmasının vaxtıdır". Görüş zamanı Türkiyə, Finlandiya və İsveç nümayəndələri üçtərəfli memorandumun həyata keçirilməsi üçün atılan addımları müzakirə ediblər. Sonda Türkiyə, Finlandiya və İsveç nümayəndələri NATO-nun Vilnüs Sammitinə qədər yenidən görüşmək barədə razılığa gəliblər.
9-03-2023, 20:19
Hulusi Akar yunanıstanlı həmkarı ilə telefon danışığı aparıbTürkiyə milli müdafiə naziri Hulusi Akar yunanıstanlı həmkarı Nikolaos Panagiotopoulos ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlər ölkələr arasında mehriban qonşuluq münasibətlərinə əsaslanan gündəmin hazırlamasına dair razılığa gəliblər.
9-03-2023, 20:14
Çexiyanın yeni prezidentinin andiçmə mərasimi keçirilibMartın 9-da Praqa qəsrində Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavelin andiçmə mərasimi keçirilib. Bu barədə ČT24 kanalı məlumat yayıb. "Mən Çexiyaya sədaqətlə and içirəm. Onun Konstitusiyasına və qanunlarına əməl etməyi öhdəmə götürürəm. Bütün xalqın rifahı naminə, biliyim və vicdanım daxilində vəzifələrimi yerinə yetirmək üçün şərəfimə and içirəm", - yeni prezident deyib. Pavel and içdikdən sonra çıxışında bildirib ki, o, tezliklə fəaliyyətinin ilk 100 günü üçün konkret hədəf planını dərc edəcək.
9-03-2023, 20:06
Polşanın Ukraynada hərbi mərkəz tikməsi münaqişə yaradacaq - ZaxarovaRusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Polşanın Ukrayna ərazisində hərbi mərkəz tikməsinə münasibət bildirib. O, brifinq zamanı bu barədə danışıb. "Polşanın Ukraynada hərbi mərkəz tikməsi rəsmi Varşavanı münaqişəyə cəlb edəcək. ABŞ silah biznesi Ukrayna münaqişəsində “böyük piroq diliminə” ümid edir", - deyə XİN rəsmisi vurğulayıb.
9-03-2023, 16:30
Podolyak Gürcüstandakı etirazlara dəstəyini bildirdiUkrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Gürcüstandakı etirazlara dəstəyini ifadə edib. O, twitter səhifəsində bu barədə yazıb. "Siz "Xarici agentlər haqqında" adı ilə repressiv qanunlar çıxara bilməzsiniz. Və ya azadlıq istəyən vətəndaşları döyə bilməzsiniz. Ya da Avropaya gedə-gedə Rusiyaya baxa bilməzsiniz. Prezidentinizi həbsxanada yavaş-yavaş öldürə bilməzsiniz. Ən önəmlisi isə Rusiyanın sözünə əsla qulaq asa bilməzsiniz. Gürcüstan mütləq azad və avropalı olacaq", - deyə Podolyak qeyd edib. Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdünüyü elan edib.