Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
6-04-2026, 11:35
SEPAH-ın Kəşfiyyat rəhbəri ÖLDÜRÜLDÜ


SEPAH-ın Kəşfiyyat rəhbəri ÖLDÜRÜLDÜ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının rəhbəri general Seyid Məcid Xadəmi öldürülüb.
Bu barədə “Tasnim” agentliyi SEPAH-ın İctimaiyyətlə Əlaqələr idarəsinə istinadən məlumat yayıb.
Seyid Məcid Xadəmi bu gün səhər tezdən, ABŞ-İsrail koalisiyasının həyata keçirdiyi hücum nəticəsində öldürülüb.
O, İranda nüfuzlu generallardan biri hesab olunurdu.
"Seyid Məcid Xadəmi təxminən yarım əsr ərzində inqilabın və dövlətin müdafiəsi yolunda kəşfiyyat və təhlükəsizlik sahəsində fəaliyyət göstərmişdir", - deyə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi bəyan edib.
5-04-2026, 22:43
Ağac aşdı, üç nəfər öldü


Ağac aşdı, üç nəfər öldü

Almaniyada güclü külək 30 metrlik ağacı bir qrup insanın üzərinə aşıb.
Bu barədə "Bild" qəzeti məlumat yayıb. Hadisə Mittelangeln bələdiyyəsi ərazisindəki meşəlik massivdə baş verib. Təxminən 50 nəfər meşədə ənənəvi Pasxa yumurtası axtarışı keçirərkən ağac onların üzərinə aşıb.
Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib. Dörd nəfər aşan ağacın altında qalıb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
5-04-2026, 18:58
Ukrayna bu əraziləri azad etdi


Ukrayna bu əraziləri azad etdi

Ukrayna ordusu Aleksandrovski istiqamətində 480 kvadrat kilometr əraziyə nəzarəti bərpa edib.
Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.
“Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk bölgəsində səkkiz, Zaporojye bölgəsində dörd yaşayış məntəqəsinə nəzarət edir”, - Sırski bildirib.
Qeyd edək ki, mart ayında Ukrayna qoşunları təxminən 440 kvadrat kilometr ərazi üzərində nəzarəti bərpa etmişdi.
5-04-2026, 18:18
İran İsrail və ABŞ bazalarını yenidən vurdu


İran İsrail və ABŞ bazalarını yenidən vurdu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Gerçək vəd – 4” adlı hərbi əməliyyatın 96-cı mərhələsini icra etdiyini açıqlayıb. Bildirilib ki, bu çərçivədə İsrail və ABŞ-nin regiondakı bazalarına pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri endirilib.
Bu barədə SEPAH rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, İsrailin hərbi təyyarələrini yanacaqla təmin edən Hayfadakı neft emalı zavodu hədəfə alınıb və obyektin əsas hissəsi ciddi zərər görüb.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən, ölkənin əsas enerji mərkəzlərindən biri sayılan və dünyanın ən iri neft-qaz emalı komplekslərindən olan Həbşanda ABŞ-yə məxsus “ExxonMobil” və “Chevron” şirkətlərinə qarşı hücum həyata keçirildiyi bildirilib.
Məlumata əsasən, Ər-Rüveys bölgəsində yerləşən və ABŞ silahlı qüvvələrinə yanacaq, həmçinin İsrail üçün hərbi məhsullar istehsal edən Amerika neft-kimya zavodu raket zərbəsi ilə vurulub, nəticədə genişmiqyaslı yanğın baş verib.
SEPAH həmçinin bəyan edib ki, ABŞ-nin Bəhreynin Sitrə adasında yerləşən neft-kimya müəssisəsinə PUA hücumu edilib və orada da yanğın qeydə alınıb. Eyni zamanda, Küveytin Əş-Şueyba liman şəhərindəki neft-kimya obyektlərinə hücumdan sonra kompleksin fəaliyyətinin dayandırıldığı vurğulanıb.
Qurumdan əlavə edilib ki, mülki obyektlərə qarşı hücumlar davam edərsə, əməliyyatın növbəti mərhələsi daha genişmiqyaslı və daha sərt olacaq.
5-04-2026, 17:34
İranın yeni hədəfi - İsrailin elektrik stansiyaları


İranın yeni hədəfi - İsrailin elektrik stansiyaları

İran və onun dəstəklədiyi silahlı qruplaşmalar İsraildə yerləşən iki iri elektrik stansiyasını mümkün hədəflər siyahısına daxil edib.
Bu barədə "Tasnim" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata əsasən, İsrailin enerji təminatında mühüm rol oynayan iki böyük elektrik stansiyası müqavimət cəbhəsinin birgə əməliyyat qərargahı tərəfindən hədəf kimi müəyyənləşdirilib.
Bildirilir ki, bu addım əks-cavab strategiyasının tərkib hissəsidir və İranın kritik infrastrukturuna yönələ biləcək hücumlara qarşı hazırlıq kimi qiymətləndirilir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara start verib. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Həmçinin İran qüvvələri Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb. Regionda gərginliyin artması səbəbindən bir sıra ölkələr hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.
5-04-2026, 17:15
Hakan Fidan Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək


Hakan Fidan Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.
Bu barədə "Haber Global" məlumat yayıb.
H. Fidanı Dəməşq Beynəlxalq Hava Limanında suriyalı həmkarı Əsəd Hasan Şeybani qarşılayıb.
"Nazirlik mənbələrindən alınan məlumata görə, səfər çərçivəsində ikitərəfli mövzuların və regional məsələlərin müzakirə edilməsi nəzərdə tutulur", - məlumatda qeyd olunub və bildirilib ki, 17 və 29 yanvar razılaşmaları çərçivəsində Suriyanın şimal-şərqinin mərkəzi idarəetməyə inteqrasiya mərhələsinin qiymətləndirilməsi gözlənilir.
Qeyd olunub ki, Suriyanın təhlükəsizliyinə yönəlik təhdidlərin müzakirə edilməsi, bölgədəki müharibənin Suriyaya təsirləri, Livandakı vəziyyət başda olmaqla, digər regional məsələlərin müzakirə olunması da nəzərdə tutulub.
Bununla yanaşı, H, Fidanın Suriyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Ərəb Respublikasının Prezidenti Əhməd Əl Şaraa ilə üçtərəfli görüş keçirməsi planlaşdırılır.
5-04-2026, 16:56
F-15-in polkovnik pilotu xilas edildi - Tramp


F-15-in polkovnik pilotu xilas edildi - Tramp

ABŞ, İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilən F-15 qırıcısının ağır yaralanmış ekipaj üzvünü xilas edib.
Bu barədə ABŞ Prezidenti Donald Trump "Truth Social" platformasında paylaşım edib.
"İranın dağlıq ərazilərinin dərinliklərində ağır yaralanmış, lakin böyük cəsarət nümayiş etdirən F-15 ekipaj üzvünü – zabiti xilas etdik. İran hərbçiləri fəal axtarış aparır və ona yaxınlaşırdılar. O, yüksək hörmətə malik polkovnikdir. İnsanlar və texnika üçün risklərə görə belə əməliyyatlar çox nadir hallarda icra olunur", – deyə paylaşımda qeyd edilib.
Tramp bildirib ki, amerikalı hərbçi İran hava məkanında həyata keçirilən yeddi saatlıq ikinci əməliyyat nəticəsində xilas olunub.
"Bazar ertəsi saat 13:00-da Oval kabinetdə hərbçilərlə birlikdə mətbuat konfransı keçirəcəyəm", – deyə ABŞ rəhbəri əlavə edib.
Qeyd edək ki, bu açıqlama İran tərəfinin ABŞ Silahlı Qüvvələrinin vurulan təyyarənin pilotlarını xilas etməyə cəhdinin uğursuz olduğu barədə yaydığı məlumat fonunda səsləndirilib.
5-04-2026, 13:33
İran Küveytdə hökumət binasını vurdu


İran Küveytdə hökumət binasını vurdu

Küveyt gecə ərzində PUA hücumuna məruz qalıb.
Bu barədə ölkə mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində hökumət kompleksinə ciddi ziyan dəyib.
Bundan başqa, Əş-Şüveyxə neft yatağında da yanğınlar baş verib.
Küveyt Energetika Nazirliyi iki elektrik stansiyasına zərtbələr endirilib və nəticədə ölkənin əksər yerlərində elektrik enerjinini verilişi dayandırılıb.
5-04-2026, 12:44
İranda 30-dan çox universitet bombalanıb - 60 tələbə ölüb


İranda 30-dan çox universitet bombalanıb - 60 tələbə ölüb

ABŞ və İsrailin fevralın 28-də İrana hücumları başlayandan bəri 30-dan çox universitet hədəf alınıb, 60 tələbə ölüb.
30-dan çox İran universitet bombardman edilib, 60 tələbə həlak olub".
Qeyd olunub ki, İranın elmi təsisatları hücumlara qarşı hökumətlə həmrəylik ifadə edir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
5-04-2026, 11:17
Zori Balayan öldü


Zori Balayan öldü

Erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı, ictimai xadim Zori Balayan ölüb.
Bu barədə məlumatı onun oğlu Hayk Balayan yayıb.
O, 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Bu kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.
Z.Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.
1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməyi istəmişdi.
Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınırdı.
Bununla əlaqədar Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.
2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanıldıqdan 4 saat sonra sərbəst buraxılmışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!