“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
Tarix : 10-04-2019, 09:49
Mərkəzi Elmi Kitabxanada İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi açılıb

Bu il yazıçı, publisist, ictimai xadim İsmayıl Şıxlının 100 illik yubileyi qeyd edilir. AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda yazıçı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi təşkil edilib. Sərgidə yazıçının MEK fondlarında saxlanılan “Xatirəyə dönmüş illər”, “Dəli Kür”, “Ölüləri qəbirstanlıqda basdırın”, “Daim axtarışda”, “Ölən dünyam”, “Cəbhə yolları”, “Mənim rəqibim”, “Namərd gülləsi”, “Dostum Hüseyn Arifin lətifələri”, o cümlədən onun haqqında yazılmış “İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri”, “İsmayıl Şıxlının dilçilik görüşləri” (Buludxan Xəlilov), “Həyat və ədəbi tale” (Abbas Hacıyev), “İ.Şıxlının bədii nəsri” (Təyyar Salamoğlu), “İsmayıl Şıxlı. Həyatı, mühiti, sənəti” (Yaqub İsmayılov) və digər kitablar nümayiş olunur.
İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb.
Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar MEK-in elektron kataloquna daxil edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi 2019-cu ilin sonunadək davam edəcək.
Mərkəzi Elmi Kitabxanada İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi açılıb


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!