Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 11-09-2018, 13:41
Bakının azad olunmasının 100 illiyi ilə bağlı sərgi

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Bakının azad olunmasının 100 illiyi ilə bağlı sərgi təşkil edib.
Sentyabrın 15-i Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 100 il ötür. 1918-ci il sentyabrın 15-də həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bu hadisə XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Bakının azad olunmasının 100 illiyi ilə bağlı sərgi

AMEA Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda Bakının bolşevik-daşnak işğalından azad olunmasının və paytaxt elan edilməsinin 100 illiyi münasibətilə sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mühafizə edilən “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Nuru Paşa”, “Azərbaycan-Türkiyə münasibətləri”, “Qafqazın imdadına çatan türkün könül nəğmələri”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “1926-cı il I Bakı Türkoloji Qurultayı”, “Bakı qəhrəman şəhərdir”, “Bakı İslam mədəniyyətinin paytaxtıdır”, “Bakı - tarixin səhifələri”, “Bakının memarlıq ensiklopediyası”, “Bakı simfoniyası” və s. kitablar nümayiş olunur. Sərgi sentyabrın 30-dək davam edəcək.
Bakının azad olunmasının 100 illiyi ilə bağlı sərgi

Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.
Butov.az


Paylaş



Bölmə: Maarif / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!